GEOMORFOLOGİYA

yun. geo – Yer + yun. morphe – forma + yun. logos – elm

GEOLOGİYA
GEOPOLİTİKA
OBASTAN VİKİ
Geomorfologiya
Geomorfologiya (q.yun. γῆ — Yer + μορφή — Forma + λόγος — Tədris) — çox mürəkkəb daxili və xarici quruluşa malik olan relyefdə baş verən bütün prosesləri, qanunauyğunluqları öyrənən elm. Yer səthində yaranan relyef formaları açıq (çay dərələri, yarğan, qobu və s.) və ya qapalı (təpə, çalalar, çüxurlar, karst qıfları və s.) olurlar. Onlar həmçinin müsbət (qabarıq) və ya mənfi (çökək) formalara malik olurlar. Ən böyük müsbət formaya materik qalxmaları, mənfi formaya isə okean çökəkliyi aiddir. Relyef dedikdə, yerin bütün kələ-kötürlüklərinin məcmuyu nəzərdə tutulur.O, müxtəlif istiqamətli daxili ( endogen ) və xarici ( ekzogen ) geoloji proseslərin yer qabığına təsiri nəticəsində yaranır. Həm də bu və ya digər prosesin üstünlük təşkil etməsi, onun davamiyyəti və coğrafi zonallığı əsas rol oynayır. Əgər endogen proseslər ( tektonik və vulkanik ) yer səthində ilkin müsbət və mənfi formalar əmələ gətirir. Yer səthində inkişaf etmiş bütün relyef formaları endogen və ekzogen qüvvələrin qarşılıqlı təsirinin məhsulu olub, müsbət və mənfi, sadə və mürəkkəb olmaqla planetar relyef, meqarelyef, makrorelyef, mezorelyef, mikrorelyef və naporelyef kateqoriyalarına ayrılır. Planetar relyef – tektonik mənşəli olub, bir planet kimi Yerin zahiri görünüşünü müəyyənləşdirən yer səthinin ən iri elementlərini – materikləri və okeanları əhatə edir.
Abraziya (geomorfologiya)
Abraziya və ya abrazion proses — dəniz dalğaları və axınların köklü süxurları mexaniki parçalama prosesidir. Abrazion proses nəticəsində sahil yuyulur, hamarlaşır və abrazion düzənliklər, terraslar və b. relyef formaları əmələ gəlir. Abraziya dalğavə ləpədöyənin ölçülərindən, suyun və süxurların xassələrindən aslıdır və əsasən hövzənin 10-20 metr dərinliynə qədər təzahür edir. Геологический словарь, М: Недра, 1978 В. Б. Караулов, М. И. Никитина. Геология.
Konstruktiv Geomorfologiya
Konstruktiv Geomorfologiya (rus. конструктивная геомор-фология, ing. constructive geomorphology) — geomorfologiyanın bir bölməsi, daha geniş mənada, tətbiqi geomorfologiya. Yer səthində mövcud olan və onu mürəkkəbləşdirən relyef formalarının təcrübi məqsədlər üçün istifadə etmək yollarını izah edir və onu istiqamətləndirir.

Значение слова в других словарях