geostrategiya

geostrategiya
geostatistika
geostrateji
OBASTAN VİKİ
Geostrategiya
Geostrategiya şahmat oyunu kimi bir "oyundu", lakin burada fiqurları real dünya üzərində oynadırlar. Geostrategiya (coğrafi strategiya) - siyasi elm, dövlət və ya müttəfiq ölkələrin bir qrup geosiyasi məqsədlərinə nail olmaq üçün üsullar müəyyən edən, dövlətlərin və ittifaqların qorunması və ya dövlət və ittifaqın gücünün artırılması, böhranın mənfi təsirləri şəraitində dövlət zərərlərindən yayınmaq və ya bu zərərləri minimuma endirmək üçün tətbiq olunman elm sahəsi. Geosiyasət ilə bir başa əlaqəsi olan elm sahəsidir. Geostrategiya XIX əsrin ortalarından etibarən ayrıca bir elm sahəsi kimi formalaşmışdır.
Geostrategiya (jurnal)
Geostrategiya — Azərbaycanda nəşr olunan aylıq ictimai-siyasi, elmi-publisistik jurnal. == Haqqında == Geostrategiya jurnalının təsisçisi "Kaspi" Geosiyasi Araşdırmalar Mərkəzi, baş redaktoru isə tarix elmləri doktoru, professor Əli Həsənovdur. Jurnal Azərbaycanın hazırkı və perspektiv geostrateji mövqeyi, ölkənin regional təhlükəsizliyin təminatındakı rolunun elmi tədqiqinə böyük diqqət ayırır. Nəşrin hər nömrəsində Azərbaycanın strateji maraqlarının, tarixinin, mədəniyyətinin, incəsənətinin, iqtisadiyyatının, karbohidrogen ehtiyatlarının təhlilinə yer verilir. Jurnalda neft və təhlükəsizlik strategiyasının hazırlanması və həyata keçirilməsi, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması kimi aktual məsələlərə də diqqət ayrılır. Jurnal, əsasən, Azərbaycan dilində fəaliyyət göstərsə də, rusdilli auditoriyanın istəyi nəzərə alınaraq rus dilində də yazılar dərc edilir. Geostrategiya jurnalı Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərdəndir.

Digər lüğətlərdə