GEYİNMƏK

qayıd.
1. Öz-özünü geyindirmək, əyninə, yaxud ayağına bir şey geymək.
Mirzə durub libasını geyinib getdi usta Zeynalın dükanına. Ə.Haqverdiyev.
Camal həmin saat qalxıb geyindi. M.Rzaquluzadə.
Dan yerinə səda düşəndə Firəngiz geyinib hazırlaşmışdı. B.Bayramov.

2. Bu və ya başqa dəbdə, keyfiyyətdə, növdə paltar geymək. Qısa geyinmək. İpək paltarlar geyinmək.
– Getdik və yol gedərkən dostumu nəzərdən keçirdim, … başdanayağa şıq geyinmişdi. Çəmənzəminli.
Biz qalstuk taxırıq; Biz dəblə geyinirik. B.Vahabzadə.

3. məc. Örtülmək, üzərinə pərdə çəkilmək. Çöllər yaşıl geyinmişdi.
– Geyinmiş dan yeri yenə qırmızı; Doğmuş səhərlərin müjdə yıldızı. S.Vurğun.
Dərə-təpə al geyindi; Açdı əlvan gülün dağlar. Aşıq Şəmşir.

Antonimlər (əks mənalı sözlər)

  • GEYİNMƏK GEYİNMƏK – SOYUNMAQ Mən paltomu geyinmişdim (İ.Məlikzadə); Əli yatağının üstündə paltarını soyundu (Çəmənzəminli)
GEYİNMƏ
GEYİNMİŞ

Digər lüğətlərdə

ликвиди́рование манёвры насе́дочка трамбо́вочка хо́рда бомбарди́р радиа́льно триенна́ле удручённо accessorius callow iron myopic padishah siftings simultaneous sparkplug tide-lock vampire выруливать невидаль порошкообразный поселяться продёрнуть телеателье