GIBE

gibe1

n istehza, masqara, lağa qoyma, rişxənd

gibe2

v ələ salmaq, lağa qoymaq, rişxənd etmək; to ~ at smb.’s mistakes kiminsə səhvlərini lağa qoymaq

GIBBOUS
GIDDINESS
OBASTAN VİKİ
Baccharis gibertii
Baccharis gibertii (lat. Baccharis gibertii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Carassius gibelio
Gümüşü daban balıq (lat. Carassius gihelio) == Yayılması == Terek çayının deltasında yaşayır . Volqada isə çox nadirdir. Asiyadan gətirilmiş karp körpələri ilə təsadüfən 1980-ci ildə balıq əmtəə təsərrüfatlarına düşmüşdür. Qazaxıstanın şimalındakı göllərdə 38 sm-lik və 2 kq-lıq fərdlərə də rast gəlinir. == Morfoloji əlamətləri == Balığın bədəninin yanları gümüşü rəngdədir, elə buna görə də həmin adı almışdır. Uzunluğu 26,5 sm, kütləsi 650 q olur. Bədəninin uzunluğu 26,5 sm-ə, kütləsi 650-q-a çatır. == Çoxalması == Çoxalmanın nadir forması - kinogene bu balıq üçün səciyyəvidir. Bu zaman dişi və erkək fərdlərin cinsi hüceyrələrinin nüvələri qovuşmur, spermatozoid rolunu isə yumurta hüceyrəsinin inkişaf üçün aktivləşdirilməsi oynayır.
Cənnət qapısı (Giberti)
Cənnət qapısı (it. Porta del Paradiso) — Florensiya vəftizxanasının Santa Maria del Fiore kafedralı ilə üzbəüz yerləşən əsas giriş qapısı; qapı vəftizxananın şərq fasadında olduğuna görə həm də "Şərq qapısı" adlandırılır. 1425-1452-ci illərdə italyan heykəltaraş və zərgər Lorenzo Giberti tərəfindən yaradılmış (oğlu Vittore Gibertinin aktiv iştirakı ilə) "Cənnət qapısı" sənətkarın şah əsəri, Florensiya intibahının ən məşhur nümunələrindən biridir. Tamamilə qızıl suyuna çəkilmiş qapı Mikelancelo Buonarroti tərəfindən "Cənnət qapısı" (it. del Paradiso) adlandırılmışdır. Cənnət qapısının 1966-cı ildə Arno çayının daşması zamanı zədələnmiş orijinal plastinləri bərpa edildikdən sonra qonşuluqdakı Opera-del-Duomo muzeyində saxlanılmaqdadır. == Tarixi == Florensiya vəftizxanasının cənub fasadında yerləşən ilk qapısı 1336-cı ildə Andrea Pizano tərəfindən hazırlanmış və quraşdırılmışdır. 1401-ci ildə vəftizxananın şimal qapısının hazırlanması üçün müsabiqə keçirilmiş, Filippo Brunelleski də daxil olmaqla, bir çox sənətkarın iştirak etdiyi müsabiqədə Lorenzo Giberti qalib gəlmişdir. 1424-cü ildə Giberti tərəfindən hazırlanmış qapılar vəftizxananın şimal fasadında quraşdırılmış, bundan sonra, işin keyfiyyətindən razı qalan şəhər şurası, vəftizxananın Santa Maria del Fiore kafedralına yönələn və əsas hesab edilən şərq fasadında qapının hazırlanması işi də yenicə Venesiyadan qayıtmış Gibertiyə həvalə edilmişdir (müqavilə 2 yanvar 1425-ci ildə imzalanmışdır). Sənətkarın işləməli olduğu mövzular respublika kansleri və dövrün böyük humanisti olan Leonardo Bruni tərəfindən Əhdi-ətiq mövzuları arasından seçilmiş, lakin, Gibertiyə seçilmiş mövzuları müstəqil təfsir etmək imkanı verilmişdir.
Gibelinlər
Qvelflər — XII - XVI əsrlərdə İtaliyada Müqəddəs Roma imperiyası imperatorlarının öz ağalığını Appenin yarımadasında bərqərar etmək cəhdlərinə etiraz edən siyasi qruplaşma. Tacir-sənətkar təbəqələrindən olan qvelflər imperator tərəfdarları olan gibellinlərlə mübarizə aparırdılar. Gibellinlər — 12-13-cü əsrlərdə qvelflərlə münaqişədə olan siyasi qruplaşma. Əsasən zadəganlardan ibarət olan gibellinlər imperator tərəfdarları idilər. Gibellin sözü Müqəddəs Roma imperiyasında hakim sülalə olan Hohenştafuenlərə (?-1268) məxsus Haubelinq qalasının (alm. Weiblingen) adından götürülmüşdür.
Passiflora gibertii
Passiflora gibertii (lat. Passiflora gibertii) — qonaqotukimilər fəsiləsinin qonaqotu cinsinə aid bitki növü.
Qvelflər və gibellinlər
Qvelflər — XII - XVI əsrlərdə İtaliyada Müqəddəs Roma imperiyası imperatorlarının öz ağalığını Appenin yarımadasında bərqərar etmək cəhdlərinə etiraz edən siyasi qruplaşma. Tacir-sənətkar təbəqələrindən olan qvelflər imperator tərəfdarları olan gibellinlərlə mübarizə aparırdılar. Gibellinlər — 12-13-cü əsrlərdə qvelflərlə münaqişədə olan siyasi qruplaşma. Əsasən zadəganlardan ibarət olan gibellinlər imperator tərəfdarları idilər. Gibellin sözü Müqəddəs Roma imperiyasında hakim sülalə olan Hohenştafuenlərə (?-1268) məxsus Haubelinq qalasının (alm. Weiblingen) adından götürülmüşdür.
Lorenso Giberti
Lorenso Giberti (1378[…], Florensiya – 1 dekabr 1455, Florensiya) – italyan heykəltaraş və zərgər. Zərgərliyi atalığı Bartolo di Mikeledən öyrənib. Yaradıcılığı Florensiyadan başqa Venesiya, Siena və Roma ilə də bağlı olub. Antik incəsənətin təsirilə, mənsub olduğu beynəlmiləl qotika ənənəsini dəf edərək, intibah mədəniyyətinin banilərindən birinə çevrilib. Antik heykəltaraşlıq nümunələrinə əsaslanmış, monumental heykəltaraşlığın bürüncdən tökmə texnikasını dirçəltmiş və təkmilləşdirmişdir. Donatello ilə paralel olaraq yastılanmış relyef üsulunu işləyib hazırlamışdır. 1401–1402-ci illərdə Florensiya kilsəsinin baptisterisinin ikinci (şimal) qapılarının tərtibatı üzrə keçirilən müsabiqə üçün "İbrahimin qurban kəsməsi" bürünc relyefini hazırlamış, Filippo Brunelleski ilə bərabər qalib olmuşdur. Ömrünün sonlarında incəsənət tarixinin antik dövrdən öz dövrünə qədər ilk şərhini, öz avtobioqrafiyasını, perspektiv, optika, anatomiya və s. haqqında elmi sübutları əhatə edən "Şərhlər" traktatını yaratmışdır.
кро́ссовый оппоне́нт по-моря́цки полотёр сброс сохра́нность бесповоро́тно вывола́киваться плашко́ут про́фи-клуб скепти́чно фюзеля́жный шинкова́ние accretive animalization clearing dog-in-a-blanket life-estate pungency reoccupy skewbald snick and snee toadstool активированный прибывать