1. Axmaq, səfeh, ağıldan kəm, sarsaq.
Qurbani der: bəsdir məni puç etdin; Aldın əqlim əldən, dəli, gic etdin.
İslam gülə-gülə yavaş səslə [Telliyə] deyirdi: – Ay qız, gic olma!
□ Gic etmək (eləmək) məc. – beynini yormaq, təngə gətirmək, bezikdirmək, çaşdırmaq, baş-beynini aparmaq.
2. məc. Yersiz, mənasız, qeyri-adi.
Mehribanı gic bir gülmək tutdu.