GİLAN

is. məh. Qapını bağlamaq üçün arxasına keçirilən taxta və ya dəmir; kilid.
GİLABISATAN
GİLAS
OBASTAN VİKİ
Gilan
Gilan ostanı — İranın şimal-qərbində ostan. Gilan dili — Şimal-qərbi İran dillərindən biri. Xaraba Gilan — Ordubad şəhəri yaxınlığında orta əsrlərə aid şəhər xarabalığı. Gilan Holding — Azərbaycanda şirkət.
Abkənar (Gilan)
Abkənar - İranın Gilan ostanında kənd.. == Coğrafi yerləşməsi == Ənzəli şəhristanının Mərkəzi bölgəsinin Çaharfərizə kəndistanında, Ənzəli şəhərindən 26 km qərbdədir.
Acıbuzayə (Gilan)
Acıbuzayə — İranın Gilan ostanında kənd.. == Coğrafi yerləşməsi == Rəşt şəhristanının Küçsəfəhan bölgəsinin Ətraf kəndistanında, Küçsəfəhan qəsəbəsindən 6 km şimaldadır.
Ahkəlan (Gilan)
Ankəlan - İranın Gilan ostanında kənd.. == Coğrafi yerləşməsi == Talış şəhristanının Masal Şandirmən bölgəsinin Masal kəndistanında, Masaldan 6 km cənubdadır.
Ahənkərməhlə (Gilan)
Ahənkərməhlə — İranın Gilan ostanında kənd.. == Coğrafi yerləşməsi == Talış şəhristanının Rizvandeh bölgəsinin Pərəsər Talışdolab kəndistanında, Rizvandeh qəsəbəsindən 11 km şimal-qərbdədir.
Alabəxşməhlə (Gilan)
Alabəxşməhlə - İranın Gilan ostanında kənd.. == Coğrafi yerləşməsi == Talış şəhristanının Rizvandeh bölgəsinin Miyandeh kəndistanında, Ənzəli-Astara avtomobil yolunun kənarındakı Punel körpüsünün 7 kilometrliyindədir.
Alalan (Gilan)
Alalan - İranın Gilan ostanında kənd.. == Coğrafi yerləşməsi == Talış şəhristanının Mərkəzi bölgəsinin Əsalim kəndistanında, Həştpər qəsəbəsindən 16 km cənubda, Ənzəli-Astara avtomobil yolunun 5 kilometrliyindədir.
Baladeh (Gilan)
Baladeh — İranın Gilan ostanında kənd. == Coğrafi yerləşməsi == Talış şəhristanının Mərkəzi bölgəsinin Əsalim kəndistanında, Həştpər qəsəbəsindən 11 km. cənubda, Ənzəli-Astara avtomobil yolunun 2 kilometrliyindədir.
Gilan (ostan)
Gilan — İranın şimal-qərbində ostan. == Tarix == 1920-ci ildə İranın mərkəzi hökumətindən və Rusiyanın müdaxiləsindən narazı qalan gilak sərkərdəsi Mirzə Kiçik xan Gilanın və Gilək xalqının müstəqilliyi üçün çalışaraq Yaxın Şərqdə ilk sosialist respublikası olan Gilan Respublikasını qurdu. == Ərazi == Ostan Xəzər dənizinin qərbində yerləşir. Gilan ostanının ərazisi 14.106 km² (İSM-nə görə 14.042 km²)-dir. == Əhali == Əhalisi 2006-cı il siyahıya almasına əsasən 669,221 ailədə 2.381.063 nəfərdir. === Milli tərkib === Ostan əhalisinin çoxluğu giləklərdən ibarətdir. Geridə qalan əhalini Azərbaycan türkləri (qeyri-rəsmi qaynaqlara görə əhalinin 1/3-ni) , talışlar, tatlar, kürdlər, türkmənlər, yunanlar, ermənilər, farslar, yəhudilər, Hind-Avropa dil ailəsinə aid olan bir neçə köçəri kiçik etnik qrup (Sasani , Ağacani və sairə) və qaraçılar təşkil etməkdədir. Giləklər, Azərbaycan türkləri, talışlar, tatlar və kürdlər etnik ərazi areallarına malikdirlər, yəni kompakt halda həm kəndlərdə həm də şəhərlərdə məskunlaşmışdırlar. Farslar, yunanlar, türkmənlər, ermənilər və yəhudilər dağılmış şəkildə yalnız şəhərlərdə yaşamaqdadırlar. Giləklər: Gilan ostanında ən böyük etnik qrup giləklərdir.
Gilan Holding
Xəzri Solutions — Azərbaycanda fəaliyyət göstərmiş məhdud məsuliyyətli cəmiyyət (MMC). 2023-cü ilin iyuluna qədər Gilan Holdinq adı ilə fəaliyyət göstərib. 30 avqust 2023-cü ildə ləğv olunduğunu elan edib.1987-ci ildən Azərbaycanda irimiqyaslı layihələrə sərmayələr yatırır. Baş ofisi Bakıda yerləşir. Gilan Holdinq üç əsas biznes sahəsi üzrə fəaliyyət göstərir. Bunlar inşaat, turizm, kənd təsərrüfatı, logistika və gündəlik tələbat malları (FMCG) sahələrini əhatə edir. Şirkət həmçinin idman klublarının, stadionların və təsislərin qurulmasına sərmayə qoyur. Holdinq həmçinin beynəlxalq filiallar da təsis etmişdir.Azərbaycanda turizm, tikinti, qida maliyyə və s. sahələrdə fəaliyyət göstərib. == Haqqında == “Gilan Holdinq” 2005-ci ildən dövlət qeydiyyatında olub.
Gilan Holdinq

Gilan Qərb
Gilan Qərb — İranın Kirmanşah ostanında şəgər, Gilan Qərb şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 19,431 nəfər və 4,620 ailədən ibarət idi.
Gilan dili
Gilan dili, Gilək dili, Giləkcə — Hind-Avropa dil ailəsinə aid İrani dillərin şimal-qərbi qoluna bağlı bir dil. İranın Gilan ostanında yayılmışdır. Talış və mazandaran dillərinə yaxın dildir. İki dialekti var.
Gilan ostanı
Gilan — İranın şimal-qərbində ostan. == Tarix == 1920-ci ildə İranın mərkəzi hökumətindən və Rusiyanın müdaxiləsindən narazı qalan gilak sərkərdəsi Mirzə Kiçik xan Gilanın və Gilək xalqının müstəqilliyi üçün çalışaraq Yaxın Şərqdə ilk sosialist respublikası olan Gilan Respublikasını qurdu. == Ərazi == Ostan Xəzər dənizinin qərbində yerləşir. Gilan ostanının ərazisi 14.106 km² (İSM-nə görə 14.042 km²)-dir. == Əhali == Əhalisi 2006-cı il siyahıya almasına əsasən 669,221 ailədə 2.381.063 nəfərdir. === Milli tərkib === Ostan əhalisinin çoxluğu giləklərdən ibarətdir. Geridə qalan əhalini Azərbaycan türkləri (qeyri-rəsmi qaynaqlara görə əhalinin 1/3-ni) , talışlar, tatlar, kürdlər, türkmənlər, yunanlar, ermənilər, farslar, yəhudilər, Hind-Avropa dil ailəsinə aid olan bir neçə köçəri kiçik etnik qrup (Sasani , Ağacani və sairə) və qaraçılar təşkil etməkdədir. Giləklər, Azərbaycan türkləri, talışlar, tatlar və kürdlər etnik ərazi areallarına malikdirlər, yəni kompakt halda həm kəndlərdə həm də şəhərlərdə məskunlaşmışdırlar. Farslar, yunanlar, türkmənlər, ermənilər və yəhudilər dağılmış şəkildə yalnız şəhərlərdə yaşamaqdadırlar. Giləklər: Gilan ostanında ən böyük etnik qrup giləklərdir.
Gilan türbəsi
Gilan türbəsi (Culfa) — Culfada türbə
Böyük Gilan (İrəvan)
Böyük Gilan - 1728-ci ildə İrəvan əyalətinin Qarni nahiyəsində kənd adı
Gilan xanlığı
Gilan xanlığı — 1747-ci ildə Gilan əyalətində yaranan xanlıq. == Tarixi == Nadir şah Qırxlı-Avşarın qətlindən sonra Gilanda hakim Tarumlu əmir Əmirgunə xan Əmirli-Avşar idi. Nadir şahın öldürülməsindən sonra Gilanda da hakimiyyət uğrunda mübarizə başladı. Bir tərəfdən Əmir Dibac Fuməninin törəmələri, bir yandan da Şah Sultan Hüseyn Səfəvinin dönəmində Gilan hakimi olan Ağa Kamalın övladları. Ağa Safi Gilanı ələ keçirib, özünü xan elan etdi. Məhəmmədhəsən xan Qovanlı-Qacar və Kərim xan Zəndin arasında gedən taxt-tac qovğasından istifadə edib, yerini möhkəmlətdi. 1752-ci ildə Ağa Camal Fuməninin qızı ilə evlənib, köklü ailə tərəfindən dəstək qazandı. 1753-cü ildə Ağa Hadi Şəfti ilə ədavəti nəticəsində öldürüldü. Ağa Hadi Mirzə Zəki Kəskərinin yardımı ilə Gilanda xanlıq taxtına əyləşdi. Onun xanlığı 4 ay çəkdi.
Gilan İspahbadları
Gilan İspahbadları (fars. اسپهبدان گیلان‎) və ya Gilan İspahbadlığı — İranda Talışlar tərəfindən idarə olunan kiçik knyazlıq. Vladimir Minorskiyə görə 11-ci əsrdə qurulan bu knyazlığı ilk Talış dövləti hesab etmək olar. Paytaxtı əvvəlcə Şindan qalası, 14-cü əsrdən etibarən isə Astara olub. Bu dövlət barədə məlumat olduqca azdır. Qətran Təbrizinin divanında Rəvvadi hökmdarı Vəhsudanın Ərdəbilə ordu göndərməsi və oranın hakimini özündən asılı salmasını qeyd etməsi onu göstərir ki, bu dövlət 11-ci əsrdən gec olmayaraq qurulub. == Tarixi == Vladimir Minorskinin fikrincə, Gilan və Muğan arasındakı ərazidə uzun müddət mövcud olmuş və hökmdarları ispəhbad və ya sipəhbad tituluna malik olan knyazlıq haqqında ətraflı məlumat demək olar ki, yoxdur. İbn Xordadbehə görə, Muğan Şəklə mənsub idi. 936-cı ilə doğru Muğanın ispəhbadı İbn-Dalüla, Gilanın üsyançı başçılarından olan Ləşkəri ibn-Mərdinin yanında yer alır ve Azərbaycanda kürd kökənli hökümdar Daysam ibn-İbrahimə qarşı çıxır. Yenə Minorksi öz əsərində qeyd edir ki, onların qərargahı Arazın şimal sahillərində idi fəaliyyətləri isə daha çox cənubda, Talışda mərkəzləşmişdi.
Gilan əyaləti
Gilan — İranın şimal-qərbində ostan. == Tarix == 1920-ci ildə İranın mərkəzi hökumətindən və Rusiyanın müdaxiləsindən narazı qalan gilak sərkərdəsi Mirzə Kiçik xan Gilanın və Gilək xalqının müstəqilliyi üçün çalışaraq Yaxın Şərqdə ilk sosialist respublikası olan Gilan Respublikasını qurdu. == Ərazi == Ostan Xəzər dənizinin qərbində yerləşir. Gilan ostanının ərazisi 14.106 km² (İSM-nə görə 14.042 km²)-dir. == Əhali == Əhalisi 2006-cı il siyahıya almasına əsasən 669,221 ailədə 2.381.063 nəfərdir. === Milli tərkib === Ostan əhalisinin çoxluğu giləklərdən ibarətdir. Geridə qalan əhalini Azərbaycan türkləri (qeyri-rəsmi qaynaqlara görə əhalinin 1/3-ni) , talışlar, tatlar, kürdlər, türkmənlər, yunanlar, ermənilər, farslar, yəhudilər, Hind-Avropa dil ailəsinə aid olan bir neçə köçəri kiçik etnik qrup (Sasani , Ağacani və sairə) və qaraçılar təşkil etməkdədir. Giləklər, Azərbaycan türkləri, talışlar, tatlar və kürdlər etnik ərazi areallarına malikdirlər, yəni kompakt halda həm kəndlərdə həm də şəhərlərdə məskunlaşmışdırlar. Farslar, yunanlar, türkmənlər, ermənilər və yəhudilər dağılmış şəkildə yalnız şəhərlərdə yaşamaqdadırlar. Giləklər: Gilan ostanında ən böyük etnik qrup giləklərdir.
Rizvanşəhr (Gilan)
Rizvanşəhr — İranın Gilan ostanında yerləşən şəhər. Rizvanşəhr əhalisinin əksəriyətini azərbaycanlılar, talışlar və Giləklər təşkil edir.
Rüstəmabad (Gilan)
Rüstəmabad — İranın Gilan ostanında yerləşən şəhər.
Tarixi-Gilan
Tarix-i Gilan (fars. تاریخ گیلان‎) — Molla Əbdül Fəttah Fuməninin əsəri. Bu kitab fars dilində yazılıb. Gilan tarixinin səfəvi dövrünə aid qismini ifadə edir.
Xaraba Gilan
Kiran, Gilan və ya Giran — Ordubad rayonunun Kələntər Dizə kəndi yaxınlığında yerləşən orta əsrlərə aid şəhər. Şəhərin xarabalıqları elmi ədəbiyyatda Xarabagilan adı ilə tanınır. Mənbələrin məlumatına görə, Xarabagilan abidəsinin yerləşdiyi ərazi ən qədim dövrdə Urartu, Midiya, Atropatena, Böyük Ermənistan və Qafqaz Albaniyasının tərkibinə daxil olmuşdur. Xarabagilan ərazisində yaşayışın nə vaxtdan başlaması dəqiq olmasa da, abidə yaxınlığında yerləşən Muncuqlutəpə nekropolu e.ə. IX–IV əsrlərə aid edilmişdir. Naxçıvan ərazisindəki ən əhəmiyyətli orta əsr arxeoloji abidələrindən biri olan Xarabagilanın tədqiqinə XIX əsrin sonlarından başlanılmışdır.1896-cı ildə Xarabagilanı ziyarət etmiş arxeoloq Karl Dumberq, abidə ərazisindən ərəb yazılı iki daş plitəni Qafqaz muzeyinə (hazırda Gürcüstan Milli Muzeyi) aparmışdır. XX əsrin əvvəllərində E. Lalayan Xarabagilan ərazisində qısa tədqiqat işləri aparır. "Moskva arxologiya cəmiyyətinin Qafqaz bölməsinin Xəbərləri"ndə Lalayan tərəfindən tərtib edilmiş alboma çoxlu sayda üzəri yazılı məzar daşları və Xarabagilan şəhərinin xarabalıqlarının fotolarının daxil edilməsi haqqında məlumat verilir. Xarabagilan ərazisində ilk arxeoloji tədqiqatlar 1913-cü ildə Moskva arxologiya cəmiyyətinin Qafqaz bölməsinin üzvü S. V. Ter-Avetisyan tərəfindən aparılmışdır. 1926-cı ildə V. M. Sısoyev Xarabagilanda yoxlanış qazıntılarına başlayır.
Gilan qızı
Gilan qızı — rejissor Leo Murun 1928-ci ildə ekranlaşdırdığı tammmetrajlı bədii film. == Məzmun == Filmdə 1920-ci illərdə İranda gedən milli-azadlıq hərəkatından, qüvvəcə üstün olan şah və ingilis qoşunlarının güclü təzyiqi altında Gilanın faciəli süqutundan bəhs olunur. == Film haqqında == Film Yuri Slyozkinin "Tunc Ay" romanının mövzusu əsasında çəkilmişdir.Film aktyor Lətif Səfərovun kinoda ilk işidir. Azərbaycan kinematoqrafı tarixində ilk dəfə bu filmdə qısa montajdan istifadə edilir. Bu da filmə dinamika qatıb. Film çəkildiyi günlərdə yazıçı Seyid Hüseynin "Gilan qızı" adlı bir hekayəsi çıxmış və az vaxt ərzində geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. "Tunc ay" romanı kimi, "Gilan qızı" hekayəsi də eyni mövzuya həsr edilmişdir. Çox güman ki, rejissor hekayənin adını münasib görmüş və öz filmini də "Gilan qızı" adlandırmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Leo Mur Ssenari müəllifi: Leo MurA.V.Bıxovski Əsərin müəllifi: Yuri Slyozkin Operator: İvan Frolov Rəssam: Aleksandr S.Qonçarski == Rollarda == Sidqi Ruhulla — Hacı Zəkidər S.A.Makuxina — Səkinə Lətif Səfərov — Gülgül Georgi Parisaşvili — kiçik xan Ağarza Quliyev — Əli Əhsənullah — Əhsənullah A.İ.Bəzirganov — Hacı Mübarək Z.D.Tsıs — Rəqqasə Maro Qasım Zeynalov — Hacıbəy A.A.Qlinski — kababxana sahibi V.M.Korolyov — Həsən Mirseyfəddin Kirmanşahlı A.Aleksandrovski == İstinadlar == == Mənbə == Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust.
Baharistan (Gilan)
Baharistan (fars. بهارستان‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 82 nəfər yaşayır (15 ailə).
Anthemis gilanica
Anthemis gilanica (lat. Anthemis gilanica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Böyük Gilanlar
Böyük Gilanlar — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 28 km şimal-şərqdə, Yelincə çayının sahilində yerləşir. 1930 - cu ildə Vedi (Ararat) rayonunun inzibati ərazi bölgüsünə daxil idi. «İrəvan əyalətinin icmal dəftərin»də Böyük Gilan, Qafqazın 5 verstlik xəritəsində Böyük Gilyanar formalarında qeyd edilmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 143 nəfər, 1873 - cü ildə 146 nəfər, 1886-cı ildə 194 nəfər, 1897-ci ildə 310 nəfər, 1914 - cü ildə 389 nəfər, 1916-cı ildə 272 nəfər azərbaycanlı yaşamışdır. 1918-1919 - cu illərdə kəndin sakinləri ermənilər tərəfindən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan gilanlarlılar öz kəndlərinə dönə bilmişlər. Burada 1922-ci ildə 120 nəfər, 1926-cı ildə 178 nəfər, 1931-ci ildə 230 nəfər, 1939 - cu ildə 339 nəfər, azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin 1948-ci il tarixli xüsusi qərarı ilə kəndin sakinləri - azərbaycanlılar zorla Azərbaycana köçürülmüşdür. İndi burada təkcə ermənilər yaşayır.
Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani Beynəlxalq Simpoziumu
Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani Beynəlxalq Simpoziumu - Dekabrın 13-dən 15-dək Lənkəran şəhərində AMEA-nın Tarix İnstitutu, Lənkəran Dövlət Universiteti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiyənin Nəcməddin Ərbakan Universitetinin təşkilatçılığı ilə keçirilən beynəlxalq simpozium. Lənkəranın yetişdirdiyi elm və hikmət sahiblərindən biri də Mövlana Cəlaləddin Rumi ilə eyni dövrdə- XIII əsrdə yaşamış olan məşhur müdrik Şeyx Zahid Gilanidir. Tam adı Şeyx Tacəddin İbrahim Zahid Gilani olan bu şəxs, 1218-ci ildə Lənkəranın Siyavrud (indiki Siyavar) kəndində doğulmuş və 1301-ci ildə vəfat edərək Lənkəranın Hilyəkaran (indiki Şıxakəran) kəndində dəfn edilmişdir. Şeyx Zahidin İranın Gilan əyalətində də türbələri var. Türbəsi Lənkəranda əsrlər boyu xalqın ziyarət yeri olan Şeyxin mistik həyat və mənəviyyatı Azərbaycan və İranla məhdudlaşmayıb hətta Anadoluya qədər çatmışdır. Belə ki,Şeyx Zahid Xəlvətiyyə, Səfəviyyə, Bayramiyyə, Cəlvətiyyə və s. kimi bir çox sayda sufi təriqətlərinin irşad silsilələrində yer almaqdadır. Azərbaycan, Türkiyə, İran və həmçinin Qərb ölkələrində Şeyx Zahid əfsanəvi həyatı, məsləhətləri, öyüdləri, bəyanları və kəlamları haqqında qaynaqlarda əks olunan müxtəlif tədqiqatlar aparılmışdır. Konfransın təşkilatçılarının məqsədi Şeyx Zahidin doğumunun 800-cü ilində xatirəsinin anılması məqsədilə onun mənəvi irsini öyrənən alimləri bir araya gətirilməklə fikir mübadiləsi aparılmasının, ortaya çıxan son tapıntıları paylaşmağın və gələcək işlər üçün yeni bir üfüq açılmasının lazım olduğu fikirindədir. Bu məzmunda Lənkəran şəhərində 11-13 oktyabr 2018 tarixləri arasında Türkiyə Respublikası Necmettin Erbakan Universiteti ilə Azərbaycan Respublikası Lənkəran Dövlət Universitetinin ortaq şəkildə təşkil edəcəkləri “Doğumunun 800-ci ildə Şeyx Zahid Gilani” mövzulu beynəlxalq simpoziumun əhəmiyyət kəsb etdiyi qənaətindədirlər.
Gilan Qərb şəhristanı
Gilan Qərb şəhristanı — İranın Kirmanşah ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Gilan Qərb şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 60,671 nəfər və 13,452 ailədən ibarət idi.
Gilan Sosialist Respublikası
İran Sovet Sosialist Respublikası və ya Gilan Sovet Sosialist Respublikası, (fars. جمهوری شوروی سوسیالیستی ایران ‎ — jomhuri-ye šuravi-ye sosiâlisti-ye İran)- 1920-ci ilin iyunundan 1921-ci ilin sentyabrına qədər İranın Gilan əyalətində mövcud olmuş qısamüddətli sovet respublikası. İran konstitusiyaçı hərəkatının lideri Mirzə Kiçik xan və onun Cəngəli (Meşəçilər Hərəkatı) partizanları və Sovet Qızıl Ordusunun köməyi ilə yaradılmışdır. == Tarixi == 1918–1922-ci illərdə iran xalqının ingilislərə qarşı milli azadlıq hərəkatının yüksəlişi dövründə, 1920-ci il iyunun 5-də Gilan əyalətində yaradılıb. Cənubi Qafqazda İngiltərənin məğlubiyyəti, ingilis işğalçılarının əvvəlcə Ənzəlidən, sonra isə bütün Gilandan qovulması azadlıq hərəkatının yüksəlişinə şərait yaradıb. 1920-ci il iyunun 4-də mücahid dəstələri Rəşti tutaraq elan etdilər ki, Kiçik xanın başçılığı ilə əsasən ticarət burjuaziyası və liberal mülkədarlardan ibarət müvəqqəti inqilabi hökumət və inqilabi ordu yaradıldı. İnqilabi qüvvələr vahid milli cəbhədə birləşdi, lakin Kiçik xanın inqilabı məhdudlaşdırmaq siyasəti, eləcə də İran Kommunist Partiyası sol qüvvələrinin bütün mülkədar torpaqlarının, o cümlədən xırda torpaq sahibliyinin müsadirə edilməsi və s. tələbləri vahid cəbhənin süqutu ilə nəticələndi və beləlikə Kiçik xan hökumətin tərkibindən çıxdı. 1920-ci il iyulun 31-dә yaradılmış Ehsanulla xan hökumәti dә inqilabi qüvvәlәrin birliyinә nail ola bilmәdi. 1921-ci il mayın әvvәlindә inqilabda iştirak edәn bütün qrupların birlәşmiş müşavirәsindәn sonra yeni hökumәt – İnqilabi komitә yaradıldı və 4 avqustda Sovet Respublikası elan olundu.
Gilan Sovet Sosialist Respublikası

Gilan qızı (film, 1928)
Gilan qızı — rejissor Leo Murun 1928-ci ildə ekranlaşdırdığı tammmetrajlı bədii film. == Məzmun == Filmdə 1920-ci illərdə İranda gedən milli-azadlıq hərəkatından, qüvvəcə üstün olan şah və ingilis qoşunlarının güclü təzyiqi altında Gilanın faciəli süqutundan bəhs olunur. == Film haqqında == Film Yuri Slyozkinin "Tunc Ay" romanının mövzusu əsasında çəkilmişdir.Film aktyor Lətif Səfərovun kinoda ilk işidir. Azərbaycan kinematoqrafı tarixində ilk dəfə bu filmdə qısa montajdan istifadə edilir. Bu da filmə dinamika qatıb. Film çəkildiyi günlərdə yazıçı Seyid Hüseynin "Gilan qızı" adlı bir hekayəsi çıxmış və az vaxt ərzində geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. "Tunc ay" romanı kimi, "Gilan qızı" hekayəsi də eyni mövzuya həsr edilmişdir. Çox güman ki, rejissor hekayənin adını münasib görmüş və öz filmini də "Gilan qızı" adlandırmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Leo Mur Ssenari müəllifi: Leo MurA.V.Bıxovski Əsərin müəllifi: Yuri Slyozkin Operator: İvan Frolov Rəssam: Aleksandr S.Qonçarski == Rollarda == Sidqi Ruhulla — Hacı Zəkidər S.A.Makuxina — Səkinə Lətif Səfərov — Gülgül Georgi Parisaşvili — kiçik xan Ağarza Quliyev — Əli Əhsənullah — Əhsənullah A.İ.Bəzirganov — Hacı Mübarək Z.D.Tsıs — Rəqqasə Maro Qasım Zeynalov — Hacıbəy A.A.Qlinski — kababxana sahibi V.M.Korolyov — Həsən Mirseyfəddin Kirmanşahlı A.Aleksandrovski == İstinadlar == == Mənbə == Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust.
Gilan türbəsi (Culfa)
Gülüstan türbəsi – Culfada türbə, o cümlədən XIII əsr Azərbaycan memarlığının ən maraqlı nümunələrindən biridir. == Tarixi == Mərkəzi Azərbaycanın, həmçinin Naxçıvan bölgəsinin orta çağ memarlığından danışan araşdırmaçıların çoxu əsas tikinti materialının təkcə kərpic olduğunu iddia edir və yüksək daş memarlığı nümunələrinin az olduğunu qeyd edirlər. Bununla belə Gülüstan türbəsinin nümunəsində qeyd etmək olar ki, orta əsr Azərbaycan memarlarının zəngin daş memarlığı təcrübəsi olmuşdur. Atabəylərin Naxçıvandakı içqalası daşdan inşa edilmişdi. Başqa Naxçıvan qalaları, çaylar üstündən atılan körpülər, eləcə də qədim başdaşları azərbaycanlı sənətkarların həm monumental abidələrin tikintisində, həm də bədii plastika örnəkləri yaratmaqda daşdan necə bacarıqla istifadə etdiklərini nümayiş etdirir. Culfa yaxınlığında yerləşən Gülüstan türbəsi isə Azərbaycan memarlarının daş sənəti incisidir. Üstündə kitabəsi qalmadığından türbənin tikilmə tarixi, sifarişçisi, kimin şərəfinə tikilməsi və memarı bilinmir. Mütəxəssislər türbəni üslubi xüsusiyyətlərinə görə XIII əsrin başlanğıcına aid edirlər. == Memarlıq xüsusiyyətləri == === Konstruktiv quruluşu === Gülüstan türbəsi sərdabə qatı yer üstünə qaldırılan və ona görə bayır tutumu ikiqatlı quruluş alan qülləvari türbə tipinə aiddir. Bu tipin formalaşmasında, türbənin ikiqatlı quruluş gələnəyini saxlamaq şərtilə, memarın yerüstü tutuma daha mürəkkəb və plastik biçim vermək istəyi, eləcə də abidənin nisbətən kiçik ölçülü olması müəyyən rol oynamışdır.
Gilan türbəsi (Ordubad)
Səkkizbucaqlı Kiran türbəsi — Naxçıvan-Marağa memarlıq məktəbinin nailiyyətlərini özündə əks etdirən ən vacib memarlıq abidələrindən biri. Konstruktiv həlli və memarlıq xüsusiyyətlərinə görə türbənin XII əsrin 80-ci illərində inşa edildiyi güman edilir.Səkkizbucaqlı Kiran türbəsi giriş qapılarının həlli və dizaynı, detalların profilləşdirilməsi və künclərin ornamentasiyası, fasad naxışlarının bloklara bölünməsi və konstruktiv bütövlüyü ilə Yusif ibn Küseyr və Mömünə Xatun türbələrinin memarlıq xüsusiyyətlərini təkrarlayır. Bütün bu xüsusiyyətləri nəzərə alan tədqiqatçı B. İbrahimov Səkkizbucaqlı Kiran türbəsinin də Əcəmi Naxçıvaninin əsəri olması ehtimalını irəli sürür. Bu ehtimalın həqiqiliyi qəbul edilərsə, memarın yaradıcılığında Yusif ibn Küseyr və Mömünə Xatun türbələrinin inşası arasında keçən 25 illik fasilənin olması məsələsi özünü doğrultmur. == Tarixi == Dövrümüzə xarabalıqları çatmış abidə ərazisində 1980-ci ildən arxeoloji tədqiqat işlərinin aparılmasına başlanılmışdır. Kiran şəhristanının dördüncü məhəlləsinin yerlşdiyi təpənin enişində inşa edilmiş abidəni ilk dəfə S. V. Ter-Avetisyan, daha sonra isə V. M. Sısoyev təsvir etmişlər. == Memarlıq xüsusiyyətləri == Səkkizguşəli Kiran türbəsi qüllə tipli mərkəzi günbəzli türbələr qrupuna daxildir. Türbə binası iki hissədən ibarətdir: səkkizguşəli olan yerüstü hissə kvadrat formalı (20x20x5 sm) kərpiclərdən tikilmişdir; yeraltı sərdabə hissəsi xaricdən kvadrat, daxildən isə xaçvari formaya malikdir. Türbənin yerüstü hissəsi yalnız cənub-qərb tərəfdə 0.8 metr hündürlükdə saxlanmış (iki sıra bişmiş kərpic hörgüsü və üzlük), qalan yerlərdə isə dağlkaraq ətrafa tökülmüşdür. === Yerüstü hissə === Türbənin divarlarının qalınlığı 1.5-0.12 metr, səkkizguşəlinin küncləri 4.72-4.78 metr, üzbəüz künclər arasındakı daxili məsafə isə 9 metrə bərabərdir.

Digər lüğətlərdə

безгла́сный берло́жий боксёр вы́кройка игнора́нция лососи́нный наду́мываться негражда́нка тонизна́ брать за жа́бры возде́лывание разруши́тельно теки́нка уга́дывание ча́стное эстети́чность antinode frankincense homorganic lumbrical oversell stonemason wittingly просаливать суягная