GİLAVAR

is. Cənub və cənub-şərqdən əsən külək adı.
Əsdikcə gilavar, oynardı bulvar. M.Müşfiq.
Şiddətli bir gilavar (cənub küləyi) əsdiyindən dənizin gurultusu eşidilirdi. S.Hüseyn.
Asta əsən gilavar ruzgarın sərin dalğalarını sahildəki evlərin içərisinə gətirirdi. B.Talıblı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GİLAVAR GİLAVAR Yüngül və soyuq gilavar əsirdi (Y.Əzimzdə); CƏNUB KÜLƏYİ Otağa cənub küləyinin ilıq şüaları dolur, beləliklə, ev bir az daha qızırdı (Ə
GİLASLIQ
GİLDİR-GİLDİR
OBASTAN VİKİ
Gilavar (külək)
Gilavar — il ərzində Azərbaycan şərq ərazisində, xüsusən də Abşeron yarımadasının Bakı və Sumqayıt şəhərləri, Şamaxı rayonu ərazisində əsən isti cənub küləyinin adıdır. Xəzri ilə birlikdə Abşeron yarımadasında əsən iki əsas küləkdən biridir. Əsasən yay ayları müşahidə edilir. Bununla belə ilin digər mövsümlərində müşahidəsi mümkündür. Qurudan dəniz istiqamətində əsir. Yay ayları əsdikdə havanın tempuraturunu artırır, rütubəti azaldır, insanda tənəffüsü çətinləşdirir. Qış və yaz ayları havanın temperaturunu mülayimləşdirir. Gilavar sözünün etimologiyası Azərbaycanın şərqində danışılan Tat dili ilə bağlıdır. Bu söz Tat dilindəki gilə (gilə) və var (külək) sözlərinin birləşməsindən yaranmışdır.

Digər lüğətlərdə

впятеро́м гипе́рбола коро́ткий повы́мотать пришко́льный растасо́вывать серде́чная торфяно́й узкопрагмати́чный ши́ллинг ау́канье горбоно́сый разбрани́ться те́льце фанеро́вщик час пробил! balance-room careful rettery roller-skate stellation subscriber trunk dialling successional trochanter перекипеть