Gili məhlul, yuyucu məhlul

gilin suda dispers məhlulu; qazma prosesində işlədilir. Hazırlanmasında əsasən, bentonit gilindən istifadə edilir. Qazılan süxurlardan, quyuların dərinliyindən, temperaturdan və s. asılı olaraq lazımi xasəli G.m. almaq üçün müxtəlif kimyəvi reagentlər, ağırlaşdırıcı madələr və s.-dən istifadə olunur. Nasosla quyuya vurulan G.m. baltanın quyu dibində doğradığı süxurları quyudan çıxarır, quyunun dibinə və divarlarına hidrostatik təzyiq yaradaraq quyu divarının davamlığını təmin edir, neft, qaz və sulu laylara əks təzyiq göstərir, işləyən baltanı soyudur və s.
Geoloji axtarış
Hasilat sənayesi
OBASTAN VİKİ
Bərk məhlul
Bərk məhlul– müxtəlif elementlərin atomlarının ümumi kristallik qəfəsdə yerləşdiyi dəyişən tərkib fazaları. == Təsnifat == Nizamsız (atomların xaotik yerləşməsi ilə), tam və ya qismən nizamlı ola bilərlər. Eksperimental olaraq, nizamlılıq əsasən rentgen struktur analizi ilə müəyyən edilir. Bərk məhlul yaratma qabiliyyəti bütün kristallik bərk cisimlər üçün xarakterikdir. Bir çox hallarda bu dar konsentrasiya həddləri ilə məhdudlaşır, lakin davamlı bərk məhlullar sıralı sistemlər də məlumdur (məsələn, Cu-Au, Ti-Zr, GaAs-GaP). Əslində, təmiz hesab olunan bütün kristallik maddələr, çox az tərkibli qarışığı olan bərk məhlullardır. Üç növ bərk məhlul var: əvəzedilmiş bərk məhlullar; daxil edilmiş bərk məhlullar; çıxarılmış bərk məhlullar.Yum-Rozerinin yarıempirik qaydalarına əsasən, əvəzedilmiş bərk məhlulların davamlı sırası metallik sistemlərdə ancaq o elementlərlə yaradılır ki, onlar birincisi, ölçülərinə görə bir-birinə yaxın olan atom radiuslarına malikdirlər (15%-dən çox fərqli olmamaq şərtilə) və ikincisi, gərginliyin elektrokimyəvi sırasında bir-birindən çox uzaq yerləşmirlər. Bu zaman elementlər eyni tip kristallik qəfəsə malik olmalıdırlar. Yarımkeçirici və dielektrik əsaslı bərk məhlullarda, daha “boş” kristallik qəfəslər sayəsində əvəzedilmiş bərk məhlulların yaranması atom radiuslarının böyük fərqi zamanı da mümkündür. Əgər komponentlərin atomları öz ölçülərinə və ya elektron strukturuna görə əhəmiyyətli dərəcədə fərqlənirlərsə, bir elementin atomlarının digər elementin yaratdığı qəfəsin düyün birləşmələrinin arasına daxil edilməsi mümkündür.
Doymuş məhlul
Doymuş məhlul — mövcud şəraitdə (temperatur və təzyiqdə) həll olmuş maddə ilə sabit kimyəvi tarazlıqda olan məhlul. Belə məhlulda şərait dəyişmədikcə həmin maddənin bir hissəsi həll olmamış halda, yəni ilk götürüldüyü kristal halında qalır. Doymuş məhlulun qatılığına, yəni onda həll olmuş maddənin miqdarına həmin maddənin həllolma əmsalı deyilir. Məlum həlledicidə yaxşı həll olan maddənin həllolma əmsalı xeyli böyük, pis həll olanınkı isə çox kiçik ola bilər. Həll olmuş maddənin miqdarı eyni şəraitdə götürülən doymuş məhluldakından az olan məhlullar doymamış məhlul adlanır. Doymuş məhlulda maddənin kristalları qalmamışsa, soyuduqda kristallaşma getməyə bilər və belə məhlula ifrat doymuş məhlul deyilir. Onda doymuş məhluldakından bir qədər artıq həll olmuş maddə olur. Belə məhlula həll olmuş maddənin kiçik bir kristalı salındıqda məhluldan kristallar ayrılır.
Yuyucu maddələr
Yuyucu maddələr -səthi aktiv maddələrdir. == Xassələri == Səthi aktiv maddələrin ən əhəmiyyətli xassələrindən biri, onların yuyucu maddə olmasıdır. Onlar yuyucu maddələr kimi çoxlu miqdarda alınır və geniş sürətdə işlədilir. Bəşəriyyət tarixində ən qədim səthi aktiv yuyucu maddə olan sabunun işləmə tarixi 2000 ilə yaxındır. == Səthi aktiv maddələrin yuyucu təsiri == Səthi aktiv maddələrin, o cümlədən sabunların yuyucu təsiri onların suda həll olduqda su fazasının səthi gərilməsini artıq dərəcədə azaltması ilə izah olunur. Bu cür su fazası hidrofob çirkləri yaxşı isladır, daha doğrusu bu su bərk cismin (parçanın) səthindən axaraq onun kiçik məsamələrinə hopur, onu isladır və çirk hissəciklərini bərk cisim (parçanın lifləri) ilə olan rabitəsinin zəifləməsinə səbəb olur. Bu zaman molekulların hidrofob aqreqatları olan çirk hissələri parçalanaraq, kiçik kolloid hisəciklərinə çevrilir. Yuyucu maddənin molekulları və ya mitselləri bu çür hidrofob hissəciklərdə adsorbsiya olunaraq, hidrofil qatlar əmələ gətirir. Bu qatlar hissəciklərin bərk cisimlə (parça ilə) əlaqəsibi daha da zəiflədir. Bu zaman zəif mexaniki təsirdən (sürtünmə, çalxalanma) yuyucu, maddə ilə əhatə olunmuş çirk hissəciklərinin parça ilə, habelə bir-biri ilə rabitəsi qırılır, onlar su məhluluna və köpüyə çevrilir.
Yuyucu toz
Yuyucu toz ― paltarların əllə və ya paltaryuyan maşında yuyulması üçün nəzərdə tutulmuş tozlu yuyucu vasitə. Məişət kimyəvi maddələrinə aiddir. == Növlər == Sabun tərkibli — sabun və qələvi duzların qarışığı, yalnız pambıq və kətan parçaları 40 ° C temperaturda yumşaq suda yumaq üçün nəzərdə tutulmuşdur. Sintetik (tərkibində sintetik səthi aktiv maddələr olan) — suyun sərtliyinə, temperaturuna, turşuluq dərəcəsinə və parça növünə görə çox yönlü olması ilə fərqlənir. Qələvi — suyun sərtliyini azaltmaq, çamaşırları islatmaq və qaynatmaq üçün istifadə olunur. == Yuyucu tozların tərkibi == Müasir yuyucu tozların tərkibində anion və qeyri-ion səthi aktiv maddələr, soda, natrium silikat (toza qələvilik əlavə edir və tozu qranullara bağlayır), həmçinin seyreltici kimi duz balastı (adətən natrium sulfat (təxminən 40%) var. paltaryuyan maşında hər yuma üçün 150 q dozada konsentratsız yuyucu toz) və ya daha az tez-tez natrium xlorid) 5% −10% -dən çox olmayan miqdarda. Həmçinin, yuyucu tozların tərkibində digər komponentlər də ola bilər: kationik səthi aktiv maddələr, kimyəvi və optik parlatıcılar, ətirlər, kalsium və maqnezium ionlarını birləşdirən maddələr: (natrium tripolifosfat) seolitlər, sitratlar, Trilon B). Tozun tərkibində həmçinin fermentlər, sabun, tozun özünə gözəl rəng vermək üçün rəng qatqıları və çirkin səthə çökməsinin qarşısını alan maddələr ola bilər. Yuyucu toz məhlulunun pH səviyyəsini müəyyən edilmiş hədlərdə saxlamaq üçün onun tərkibinə müvafiq əlavələr, ən çox limon turşusu daxil edilə bilər.Yuyucu tozun tərkibindəki fosfatlar suyun sərtliyini aradan qaldırır, bununla da səthi aktiv maddələrin təsirini artırır və yuyucu tozun effektivliyini artırır.
Ariel (yuyucu toz)
Ariel — Procter & Gamble şirkətinə daxil olan yuyucu toz markası. Ariel Avropa ölkələri, Meksika, Braziliya, Türkiyə, Pakistan, Hindistan, Kolumbiya, Çili, Venesuela və Filippində əsas yuyucu toz markası hesab olunur. Ariel ilk dəfə 1967-ci ildə Böyük Britaniyada satışa çıxarıldı. Ariel xüsusi ləkə çıxarma enzimləri ilə ilk yuyucu toz hesab olunurdu. Paltaryuyan maşınların dəyişməsi və daha da inkişaf etdirilməsi nəticəsində Arielin məhsullarında da dəyişikliklər edilid. 80-cı illərdən etibarən satışa çıxarılan məhsullar bol köpükləndiricilik xüsusiyyəti ilə fərqlənirdi. 2010-cu ildə Airel üçün hazırlanmış reklam çarxının hazırlanmasında Çarli Çaplin, Mahatma Qandi və Corc Buş kimi simalardan istifadə olunmuşdur.
Yuyucu-dispersiyaedici aşqarlar
Yuyucu-dispersiyaedici aşqarlar – tərkibində metal saxlayan yuyucu, alkilsalisilat, sulfonat, alkilfenolyat, ditiofosfatlar və külsüz dispersiyaedici yüksək molekullu Mannix əsasları, suksinimid aşqarlardır. Küllü yuyucu aşqarlar qələvi ədədi 20–300 mq KOH /q olan əsasən Ca, Mg və Ba duzlarıdır, külsüz dispersiyaedici aşqarların qələvi ədədi 45 mq KOH /q yüksək deyil. == Təsir mexanizmi == Bu aşqarların əsas vəzifəsi: mühərrik detallarının karbon çöküntülərindən təmiz saxlamaq (solyubilizasiya və dispersiyaedici xassələri), onların səthinə yağlardan çöküntünün çökməsinin qarşısını almaqdan (stabilizasiya və peptizasiya xassələri), mühərrik yağının oksidləşməsi nəticəsində əmələ gələn və yanma kamerasından mühərrikə daxil olan turş maddələri neytrallaşmaqdan ibarətdir. Müxtəlif növ yuycu-dispersiyaedici aşqarların təsir effektliyi onların kolloid quruluşlarının xüsusiyyətlərindən asılıdır. Yüksək qələvili aşqarlar yağda metal karbonatın kolloid dispersiyasından ibarətdir və tərkibləri aşağıdaki kimi göstərilir: sulfonat ( ArRSO3)2 Ca • [ CaCO3]m fenolyat ( OC6H4RSn )2 Ca • [ CaCO3]m salisilat ( HO C6H4COO )2 Ca • [ CaCO3]m == Suksinimid aşqarlar == Külsüz polimer aşqarlar (kəhraba turşusunun imid törəmələri) – alkenilsuksinimidlər geniş yayılmışdır. Suksinimid aşqarlarının digər tip yuyucu aşqarlardan fərqli cəhəti ondadır ki, onların yuyucu və dispersedici təsirinin effektivliyi daha yüksəkdir. Suksinimid aşqarlarının sintezi əsasən α-olefinlərin və ya onların kiçik molekullu polimerlərinin malein anhidridi ilə qarşılıqlı təsirindən və alınan kəhraba anhidridi törəmələrinin müxtəlif aminlərlə işlənməsi ilə həyata keçirilir. Malein anhidridinin olefinlərlə və bir-biri ilə bağlı olmayan dienlərlə reaksiyası az öyrənilmişdir. İlk dəfə malein anhidridinin olefinlərlə kondensləşməsi 1934-cü ildə verilmişdir. Reaksiya avtoklavda 1800C–də 2saat müddətində aparılmışdır.
Biləcəri Yuyucu Buxarlayıcı Stansiyası
Biləcəri Yuyucu Buxarlayıcı stansiyası (YBS) — əsas iş fəaliyyəti neft məhsulları boşaldılmış dəmir yol çənlərini yuyub, yenidən yük altına və təmirə hazırlamaqdır. == Ümumi məlumat == Biləcəri Yuyucu Buxarlayıcı stansiyası Keşlə istiqamətindən Biləcəri Dəmiryol Stansiyasının cüt boğazında yerləşir. Biləcəri Dəmiryol Stansiyasının 11-ci postu istiqamətindən yuyucu Buxarlayıcı stansiyaya çən vaqonlarının qəbulu və göndərilməsi yerinə yetirilir.
Daş Salahlı bentonit gili yatağı
Daş Salahlı bentonit gili yatağı — Ağstafaçayın sol sahilində, Qazax çökəkliyinin cənub-qərb qanadında, Qızılqaya dağının cənub-şərq kənarında yerləşən yataq. Yatağın geoloji quruluşunda Üst Santon yaşlı orta-turş tərkibli vulkanoklastik süxurlar iştirak edir. Subvulkanik və ekstruziv kütlələrin təmasları boyu və onların aralarında qalan sahələrdə hidrotermal proseslər nəticəsində süxurlar güclü bentonitləşməyə məruz qalmış və yüksək keyfiyyətli bentonit gilinə çevirilmişdir. Yatağın ehtiyatları B+C1 kateqoriyası üzrə 86,0 mln. ton, C2 kateqoriyası üzrə isə 63,1 mln. ton təşkil edir.
Əbdülhəmid İbnü ət-Türki əl-Gili
Əbülfəzl Əbdülhəmid b. Vasi İbnü ət-Türki əl-Gili — İslam aləmində məşhur Türk riyazıyatçı alim. == Mənşəyi == Əbu Məhəmməd onun kunyasıdır, ləqəbi isə İbnü ət-Türki - onun etnik mənsubiyətini (nisbə) bildirir. Bəzi ehtimallara görə xəzər əsillidir. Bəzi qaynaqlar onun başqa ləqəbini də verir: əl-Gili, əl-Cili, lakin ən çox "əl-Huttalı" ləqəbi ilə bilinir. Lakin, ehtimal ki onun əli ilə yazılmış bir əlyazmada, əl-Gilli ya da əl-Cilli kimi qeyd edilir. Apriori bu ləqəb üçün mənşə adı Gilan sözü hesab olunur. Belə ləğəb, doğrudan da buradan çıxan bəzi alimlər daşıyır. Lakin yenə apriori bunu həm də qumuq kəndi Gelini də hesab etmək olar. Bu sözə orta əsr türklərində həm etnonim kimi (gilə, gülə) həm də özəl Geli ad kimi də rast gəlmək olar.
беспрекосло́вный бу́нкерный иу́душкин мозаи́ст оби́тель ополосну́ть плагиа́тор полихро́мный хромолитогра́фия анна́лы куполообра́зно обрю́згший спрогнози́ровать тюльпа́нный хмели́нушка я́ркий архитрав Titus Willie woodenhead восьмилетие найдёныш неразгаданный риф хвощ