GİLLƏ

сущ. нугъ. калар (тӀанурда ичин ва я чуьхвердин паквар кьурурун патал ччепедин даяз къаб).
GİLQARIŞDIRAN,
GİLLƏMƏK²
OBASTAN VİKİ
Ağardıcı gillər
Ağardıcı gillər – müxtəlif maddələrin, əsasən, mayelərin boyayıcı, zərərli və çirkləndirici qarışıqlardan təmizlənməsində istifadə edilən faydalı qazıntılar. Ağardıcı gillərin tərkibində 4–10% qələvi və qələvi-torpaq metallar olan alümosilikatların hidratlarından ibarətdir. Ağardıcı gillərin təbii və ya aktivləşdirilmiş halda tətbiqi onların piqmentləri, selikləri, xıltı, qatranları və s. udmaq qabiliyyətinə əsaslanır. Ağardıcı Gillərin əsas kütləsi tərkibində kvars, çöl şpatı, biotit, piroksen və digər minerallar qarışığı olan gilli minerallardan-montmoril lonit, beydellit və saponit ibarətdir. Onların tərkibində ölçüsü 0,01 millimetrdən az olan hissəciklər üstünlük təşkil edir. Ağardıcı Gillər tərkibində çox miqdarda suyun olması və yüksək udma qabiliyyəti ilə səciyyələnir. Ağardıcı Gillərə, başlıca olaraq, Təbaşir, Paleogen və Neogen dövrləri çöküntülərində, vulkanik sahələrdə rast gəlinir. Gillərlə yanaşı, neft məhsullarını, bitki yağlarını, piyləri, sirkəni, şərabı, meyvə şirələrini təmizləmək ücün trepel və opokadan, şəkər sənayesində, əsasən, diatomit kimi ağardıcı torpaqlardan istifadə edilir. Gildən fərqli olaraq bunlar turşularla aktivləşdirildikdən sonra öz adsorbsiya xassələrini artırmır.
Bentonit gilləri
Bentonit gilləri−əsas tərkibini montmorillonitdən təşkil olunmuş mineral. Montmorillonit mineralı eyni tipli profilat qəfəsindən ibarətdir və ikiqatlı təbəqəyə malikdir. Gil mineral adsorbsiya prosesi üçün adsorbent kimi istifadə edilə bilər ki, bu da kation mübadiləsi və ion-mubadilə adsorbsiya qabiliyyəti ilə xarakterizə olunan minerallar şəklində tapılır. Bentonit gilləri əsasında səmərəli adsorbentlerin hazırlanması, onların tullantı sularının təmizlənməsində, lak –boya sənayesi üçün koaqulyantların alınmasında istifadə olunur. Xüsusiyyətlər- Təbii bentonit gilləri ağır metal ionlara qarşı seçici sorbsiya tutumuna və ağır metal ionlarının ionogen və qeyri-ionogen üzvi boyalarının tullantı sularının tərkibindən çıxarılmasına malikdirlər. Təbii bentonit gilləri əsasında alınmış kation formaları sorbentlər Pb+2,Mn+2,Co+2,Cd+2 ionlarina qarşı seçici sorbsiya qabiliyyətinə malikdirlər. Təbii bentonitdən fərqli olaraq Na-bentonit həmin ionlara qarşı yüksək sorbsiya tutumuna malikdir. Bentonitin orqanofil təbəqələrində hissəciklər arasında formalaşmaya və orqanofil təbəqənin yaranmasında səthi aktiv maddələr mühüm rol oynayır. Qeyri-üzvi kationlarla mübadilə apardıqda kationun yükündən və ölçüsündən asılı olaraq məsamələrin ölçüsü 9,6Ǻ-dən 13,5 Ǻ-ə qədər dəyişmiş olur. Üzvi kationla işlədikdə isə (SAM) bu məsafə 25 Ǻ-ə qədər böyüyür.
Odadavamlı gillər
Odadavamlı gillər - odadavamlı materiallar (kərpic, tigel, tökmə qumlarının sementi və keramika) istehsalında işlənən və odadavamlılığı 1580° C-də yüksək olan suda islanmayan plastik gillər. Odadavamlı gillər tərkibində kaolinit, montmorillonit, illit, bəzilərində isə diaspor və başqa minerallar üstünlük təşkil edir. Gillərin odadavamlılığı onların tərkibində illit və başqa qarışıqlaylı mineralların miqdarının artması ilə azalır və əksinə, kaolinitin miqdarı artdıqca yüksəlir. == Həmçinin bax == Gillər == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Paliqorskit gilləri
Palıqorskit (Mg,Al)2 [(OH)|Si4O10] · 4 H2O — rombik və ya monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Ca - palıqorskit ( ~8,3% CaO), ferripalıqorskit ( ~6% Fe2O3), ferropalıqorskit (~4% FeO), pilolit – palıqorskitin Al2O3-lə kasıb növ müxtəlifliyi. == Xassələri == Rəng – müxtəlif çalarlı ağ, ferripalıqorskitin – yaşıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – tutqun, ipəyi, mum; Şəffaflıq – yarımşəffaf, qeyri-şəffaf; Sıxlıq – 2,1-2,5; Sərtlik – 2,5; Kövrəkdir; Lifləri əyilgəndir, lakin elastik deyil; Ayrılma – yoxdur; Sınıqlar – düz, qeyri-hamarlifli, qabıqvarı; Başqa xassələr – olduqca məsaməlidir, suda asan üzür; yüksək adsorbsiya qabiliyyəti və ağardıcı xassəsi ilə səciyyələnir; Morfologiya – Mineral aqreqatları: dolaşıqlifli, gil - və keçəyəbənzər, gizlikristallik «dağ dərisi və probkası», «dağ ağacı və əti» və başqa müxtəlif adlar almış dəriyəoxşar, təbəqə - və vərəqvari və s. kütlələr. == Mənşəyi və yayılması == Palıqorskitin əsas yığınları ekzogen mənşəlidir. Maqnezial süxurların aşınması zamanı əmələ gəlir və autigen mineral kimi müxtəlif çökmə süxurlarda müşahidə edilir. Serpentinitlərin aşınma qabığında rast gəlir, habelə gillərdə, mergellərdə, əhəngdaşlarında və səhra torpaqlarında və b. qeyd edilir. Bəzən hidrotermal yolla meydana çıxır, puskürmə süxurlarda və bəzi filiz yataqlarında damarlar əmələ gətirir.

Значение слова в других словарях

безотры́вный втора́чивать вы́куп кры́нка ни́щая разлипа́ть старожи́льский четверору́кое копчёности кропа́тель ложка́рный размыва́ться рассиде́ться расходи́мость согла́сно прототип abed hawthorn high-duty lamellose show ring truepenny виноградный скандинавка сменяться