GİLYOTİN

Fransa inqilabı günlərində inqilabi qanunverici orqanın üzvü, həkim Jozef İqnas Gilyoten məhkumların edam olunması üçün mexaniki bıçaqdan istifadə edilməsi təklifini irəli sürdü. Onun fikrincə, bu həm daha humanistcəsinə idi, həm də edam prosesini o qədər asanlaşdırırdı ki, demək olar, istisnasız olaraq bütün caniləri edam etməyə imkan verirdi.

1792-ci il aprelin 25-də mexaniki bıçaq ilk qurbanının həyatına son qoydu. Bu, qəddar bir quldur idi. Mexaniki bıçaq onun istifadəsi üçün mübarizə aparmış insanın şərəfinə “gilyotin” adlandırıldı. Bu sözü 1793–94-cü illərdə hökm sürən dəhşətli terrordan ayrı təsəvvür etməyən insanlar gilyotini az qala qəddarlığın sinonimi hesab edirdilər. Ancaq ölüm hökmü mövcud olan müddətdə gilyotin, ola bilsin, bu hökmün yerinə yetirilməsinin ən humanist üsulu olaraq qalacaq.

Belə söz-söhbət gəzir ki, guya Gilyotenin özünün də başını gilyotinlə kəsiblər, amma bu belə deyil. O, terrorun hökm sürdüyü vaxtdan iyirmi bir il sonra, yetmiş altı yaşında öz əcəli ilə, çarpayısında vəfat edib. (Ayzek Azimov. Sözlərin tarixi)

GİLƏVAR
GİMNAZİYA
OBASTAN VİKİ
Gilyotin
Gilyotin — bir sıra Avropa ölkələrində barəsində ölüm hökmü çıxarılmış məhkumun boyun nahiyəsindən üzülməsi ilə icra olunmuş edam üsulunda istifadə edilən alətə verilən ad. Müəssislər məclisinin deputatı Jozef İqnas Gilyoten adı ilə adlandırılmışdır. Konstruksiyasını isə cərrah Antuan Lui işləyib hazırlamışdır. Alətin adı əvvəllər "luizetta" olub. 1792-ci il martın 20-ndə Qanunverici məclis tərəfindən ölüm hökmlərinin həyata keçirilməsi vasitəsi kimi qəbul edilmişdir. Fransada 1792-ci il aprelin 25-dən edam hökmünün ləğv edilməsinədək tətbiq olunmuşdur. Sonuncu dəfə 1977-ci il sentyabrın 10-da tətbiq edilmişdir. Yaxın tarixdə digər ölkələrdə də, o cümlədən nasist Almaniyasında tətbiq edilirdi.

Digər lüğətlərdə

босни́йцы культпросветрабо́та недошива́ть органолепти́ческий подстыва́ть посла́нец сне́жно штурмова́ть вы́тянуть душу как водо́й смыло ли́тник мертворождённый расщёлкивать филантропи́н брюзга лузнуть inequal lentoid presanctified protohippus septennary serous tangage turbaned передрогнуть