GİLƏNAR

GİLƏNAR (meyvə və ağacı) Gülərüzlü qızların oydu başının tacı; Salamlayardı onu hər gilənar ağacı (M.Rahim); ALBALI Aslan bayaq yerə atdığı albalı budağını yaşıl otların arasından tapdı, iri-şirəli albalıları bir-bir yeməyə başladı (M.Hüseyn); VİŞNƏ (dan.) Hər ikisi əl-ələ, qol-qola verib çarhovuzun üstündən düşüb gəldilər vişnə ağacının altına (“Simanın nağılı”); TURŞ GİLAS.

GİLƏ-GİLƏ
GİLƏNDAR
OBASTAN VİKİ
Gilənar
Adi albalı və ya gilənar (lat. Prunus cerasus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Avropada, Şimali Amerikada, Cənubi Asiyada, Qafqazda təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 10 m-ə çatan, gövdəsinin qabığı qonur, qışda yarpaqlarını tökən, sallaq çətirli ağacdır. Yarpaqları növbəli yerləşir, sadə, saplaqlı, uzunluğu 7-12 sm, eni 3-5 sm-dir. Yarpaq ayası ellipsvari və ya yumurtavari, kənarları dişli, üst səthi tünd-yaşıl, alt səthi açıq-yaşıl, hər iki üzü çılpaq və ya tüklü, ucu bizdir. Çiçəklər ağdır, 2-4 ədəd olmaqla çətir çiçək qrupuna yığılmışdır, aprel-may aylarında çiçəkləyir, meyvəsi açıq və ya tünd-qırmızı rəngli çəyirdəkmeyvədir, çəyirdək lətdən asanlıqla ayrılır, iyulda yetişir. == Ekologiyası == Rütubətli, çimli torpaqlarda, qida elementləri zəngin olan sahələrdə, çay ətrafı ərazilərdə, işıqlı yerlərdə bitir. Şaxtaya davamlıdır. == Azərbaycanda yayılması == Böyük Qafqaz, Kiçik Qafqaz, Kür-Araz ovalığı, Talış və Naxçıvan MR-da təbii halda, Abşeronda isə həyatyanı sahələrdə rast gəlinir.
Adi gilənar

Digər lüğətlərdə

атрофи́я Афроди́та глици́ния де́мпинговый жигулёнок лозохо́дец обдёргать свят аксиомати́ческий истомлённый непроизво́дственный неско́ро перее́здный прище́п раскочега́риться тлен умире́ние Beautiful People copyread distribution network equilibrator euphory namable symbolize trusty