Githorn
== Haqqında ==
Githorn (Niderlandca tələffüz: [ˈɣitɦʊːrn]) Niderlandda Overeysel bölgəsində yerləşən kənddir.Stinviykerland bələdiyyəsinə tabe olub,Stinviyk şəhərinin 5 kilometr cənub qərbində yerləşir.
Githorn "Şimal Venesiyası" və ya "Niderland Venesiyası" kimi tanınır.Kənddə 150-dən çox körpü var.Holland rejissor Bert Haanstranın 1958-ci ildə çəkdiyi komediya filmi Fanfara ilə daha da məşhurlaşmışdır.Ərazinin qədim hissəsində heç bir yol yoxdur(hal hazırda isə velosiped yolu var)
Nəqliyyat yalnız kəndi tamam əhatə etmiş kanallarla mümkündür.
== Əsası ==
Kəndin əsası 1230-cu ildə qoyulub.1973-cü ilə qədər Breveyde bölgəsinin tərkibində qalıb
== Referanslar ==
J. Kuyper, Gemeente Atlas van Nederland, 1865—1870, «Giethoorn» Карта бывшего муниципалитета, около 1868.