GIVE

give1

n 1. elastiklik qabiliyyəti, elastiklik, yumşaqlıq; genəlmə (parça haq.); the apparent ~ in the weather havanın xeyli yumşalması; There is no give in this cloth Bu parça genəlmir; 2. tez təsir altına düşmə, yolayovuqluq, güzəşt, üzüyolalıq;

◊ ~ and fake 1) qarşılıqlı güzəşt, kompromis; 2) fikir mübadiləsi, lütfkarlıq göstərmə

give2

v 1. vermək; I gave Nijat a book Mən Nicata kitab verdim; to ~ lessons dərs keçmək / vermək; to ~ one’s word söz vermək; to ~ smth. as a keepsake bir şeyi yadigar olaraq vermək / bağışlamaq; 2. yetirmək, göndərmək; to ~ regards salam göndərmək; 3. vəsiyyət etmək; to ~smb. smth. in one’s will bir kəsə nəyisə vəsiyyət etmək; 4. yoluxdurmaq; to ~smb. his due bir kəsi öz xidmətinə / ləyaqətinə görə qiymətləndirmək; to ~ encouragement ürək-dirək vermək, təqdir etmək; to ~ permission icazə vermək; to ~ an order əmr vermək; to ~ birth doğmaq, həyat vermək; 5. yetirmək, vermək, həsr etmək; to ~ one’s attention to diqqət vermək / yetirmək; to ~ a party qonaqlıq vermək; 6. səbəb olmaq, ziyan / zərər vurmaq / vermək; to ~ ground, to ~ way geri çəkilmək, tabe olmaq, tab gətirməmək; Our troops had to give way Ordumuz geri çəkilməli oldu; to ~ back qaytarmaq, berpa etmək; to ~ a man back his liberty bir adamın azadlığını özünə qaytarmaq; to ~ in 1) tabe / təslim olmaq; güzəştə getmək, etiraf etmək; The rebels were forced to give in Qiyamçıları təslim olmağa məcbur etdilər; 2) təhvil vermək, vermək; Please give in your examination papers now Lütfən indi imtahan yazı işlərini təhvil ver / verin; to ~ off buraxmaq, vermək; to ~ smoke off tüstü vermək / buraxmaq; to ~ smell off iy buraxmaq / vermək; to ~ on to baxmaq, açılmaq; to ~ out 1) tükənmək, qurtarmaq; Our food supplies began to give out Bizim ərzaq ehtiyatımız tükənməyə başladı; 2) paylamaq, göndərmək; to ~ out books kitabları paylamaq; 3) xarab olmaq; The car gave out Maşın xarab oldu, to ~ up 1) tərk etmək, qoyub getmək; 2) imtina etmək (işdən, təklifdən, yarışda iştirakdan və s.), tərgitmək; 3) əl çəkmək, almaq (vərdişi, papiros çəkməyi və s.), to ~ smb. up 1) bir kəsdən əlini üzmək; Even his teachers have given him up Hətta müəllimləri ondan əllərini üzmüşdülər; 2) təslim etmək, təhvil vermək; Shall we let the thief go or give him up to the police? Oğrunu buraxaq getsin ya onu polisə təhvil verək?;

◊ to ~ a hand əl vermək; kömək əlini uzatmaq; to ~ one's hand evlənmək, ərə getmək; to ~ fits söymək, başağrısı vermək; to ~ it smb. hot / strong bir kəsin abrını vermək / ətəyinə bükmək, bir kəsə toy tutmaq; to ~ smb. hell bir kəsə od qoymaq / toy tutmaq; to ~ the lie to yalanın üstünü açmaq; to ~ ground 1) geri çəkilmək; 2) güzəşt etmək; 3) əsaslandırmaq; to ~ a handle əlinə bəhanə / fürsət vermək; to ~ ear to qulaq vermək / asmaq; to ~ oneself airs özünü dartmaq / çəkmək, lovğalanmaq; to ~ the bird 1) işdən çıxarmaq; 2) xoruzunu qoltuğuna vermək; Give him an inch and he will take an ell ≅ Üz versən, astar da istəyər

GITH
GIVE-AWAY
OBASTAN VİKİ
Give In To Me
Give In To Me, Pop müğənnisi Maykl Ceksonun Dangerous albomundan çıxan yeddinci sinqldır. Sinql, Epic Records tərəfindən yayımlanmışdır. Mahnının prodüserliyini Maykl Cekson və Bill Bottrell üstlənmişdir. Mahnı, Guns N' Roses gitaristi Slashın gitar sololarını özündə əks etdirir. Sinql, Şimali Amerika və Asiyada heç yayımlanmadı. Sinql, B üzündə yenə Cekson'un hard rok mahnılarından "Dirty Diana" və "Beat It"ə oxşaması baxımından əhəmiyyətlidir.
Never Give Up on You
Never Give Up on You (azərb. Səndən əsla imtina etmərəm‎) — Böyük Britaniyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Lusi Cons "Never Give Up on You" mahnısı ilə Böyük Britaniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Mahnı 2013 Avroviziya Mahnı Müsabiqəsinin qalibi olan Emmili de Forest tərəfindən bəstələnmişdir.
What More Can I Give
What More Can I Give (isp. Todo para ti) - Pop musiqisinin kralı Maykl Cekson tərəfindən yazılmış və 2001-ci il 11 sentyabr terror aktlarına həsr edilmiş mahnı.Mahnı ən məşhur müğənnilərdən ibarət qrup tərəfindən ifa edilmiş və Epic Records şirkəti tərəfindən yayımlanmışdır.Mahnı iki dildə ingilis dili və ispan dilində ifa edilmişdir.İspan dilində sözlərin müəllifi Rubén Bladesdir.
Give Me Peace On Earth (Modern Talking)
Give Me Peace On Earth (azərb. Mənə sülh dünyası verin‎) – Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Ever Given
Ever Given — dünyanın ən böyük yük gəmilərindən biridir. Gəmi Shoei Kisen Kaisha-ya məxsusudur və Tayvanın, Taoyuan şəhərində yerləşən konteyner nəqliyyat gəmiçilik şirkəti olan Evergreen Marine tərəfindən idarə olunur.23 mart 2021 ildə Malayziyanın Tanjung Pelepas limanından Niderlandın Rotterdam şəhərinə səyahət edərkən gəmi Süveyş kanalında dayaz yerdə ilişib qalmış və saya oturmuşdur və bununla da kanalı bağlamışdır. Hərəkətin iflic olunmasına gətirmiş bu tıxac, altı gün davam etdikdən sonra, 29 mart 2021 tarixində gəminin saydan çıxarılması ilə aradan qalxmışdır. == Təsviri == Gəminin tam adı MV Ever Given classTriple E, uzunluğu 400 metrdir, 224 min ton yükgötürmə gücünə malikdir. Dünyanın ən iri 13 konteyner daşıyan gəmilərdən biridir. Imabari Shipbuilding gəmiqayırma şirkəti tərəfindən 25 dekabr 2015 ildə yaradılıb, 9 may 2018 ildə suya buraxılıb. 11 silindrli Mitsui – MAN B&W 11G95ME-C9 mühərriki ilə təchiz olunub və dəqiqədə 79 dövriyyədə gücü 59 300 kVt (79 500 at gücü) təşkil edir, bu güc gəmiyə 22,8 (42,2256km/saat) düyün sürətə gədər yüksəlməyə imkan verir. Limanlarda manevr etmək üçün əlavə 2500 kVt (3400 at gücü) gücündə qurğulara malikdir. Konteyner tutumu 20124 TEU təşkil edir. Panamada qeydiyyatdadır, texniki xidmətinə görə Almaniyanın Bernhard Schulte Shipmanagement şirkəti cavab verir.
Uilyam Gives
Vilyam Gives (ing. William Gyves; d. iyul 1867, Mançester, İngiltərə – ö. məlum deyil) — ingilis futbolçu; onun müntəzəm mövqeyi qapıçı idi. "Mançester Yunayted" komandasında çıxış edib. == Həyatı == Vilyam Gives 1867-ci il ilin iyul ayında İngiltərənin Mançester şəhərində anadan olmuşdur. == Karyerası == 1890-cı ildə "Nyuton-Hit" (indiki "Mançester Yunayted") komandasında 1 oyunda meydana çıxmışdır.
Vilyam Gives
Vilyam Gives (ing. William Gyves; d. iyul 1867, Mançester, İngiltərə – ö. məlum deyil) — ingilis futbolçu; onun müntəzəm mövqeyi qapıçı idi. "Mançester Yunayted" komandasında çıxış edib. == Həyatı == Vilyam Gives 1867-ci il ilin iyul ayında İngiltərənin Mançester şəhərində anadan olmuşdur. == Karyerası == 1890-cı ildə "Nyuton-Hit" (indiki "Mançester Yunayted") komandasında 1 oyunda meydana çıxmışdır.
-льн-(ый) без переме́жек вороши́ть ко́зни поопаса́ться прозоде́жда тяну́чка вчерне́ глоссола́лия само собой разуме́ется фабрикова́ться чунтук credibility gap cross-link date-sugar drilling-machine gee-whizz Golden State hylotheism Lias sergeant-armourer лидер неурочный побоище эскимоска