GİZLƏTMƏK

f.
1. Başqasının görməməsi, tapmaması üçün gizlin yerdə saxlamaq, gizlin, gözdən uzaq yerə qoymaq.
Kəndlilər … qorxularından uşaqları gərmə qalaqlarının içində gizlədib uçitelə deyiblər ki, bizim kənddə heç qədimdən uşaq olmaz. C.Məmmədquluzadə.
[Səfər Gülnaza:] Telli məndən gizlədən kimi, sən də pulu atandan gizlədirsənmi? Çəmənzəminli.

2. Bildirməmək, hiss etdirməmək, sezdirməmək. Fikrini (niyyətini) gizlətmək. Qorxusunu gizlətmək.
– Ələmdar titrəməsini gizlətməyə çalışaraq, dönüb buradan getmək istədi. S.Rəhimov.
[Zəhra] ancaq halındakı dəyişikliyi də gizlədə bilmirdi. M.İbrahimov.

// Bilə-bilə bir şeyi xəbər verməmək, üstünü örtmək. Heç bir şeyi gizlətmədən söylədi.
3. Bir şeyin üstünü örtmək, qapamaq. Bahadır yanı üstə çevrildi.
Başını yorğanın altında gizlətdi. M.Hüseyn.
Sifətini qulaqlı papaq altında gizlətmiş ( f.is. ) dəmiryolçu qarşımdan ötürdü. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GİZLƏTMƏK 1. GİZLƏT(M)ƏK Şeir gizlətdiyin çəkmələrinin; Qəzəblə əzmisən, kinlə əzmisən; Şanlı azadlığın düşmənlərini (M
GİZLƏTMƏ
GİZLİ

Digər lüğətlərdə

антраци́товый где́ уж там доноси́тельство кера́мика штырёк врукопа́шную зашелуши́ться исчисля́ться покрути́ть голову сивола́пый си́мвол веры chaussée enthymeme fast-and-loose gasometry hot-dogger jocosely nepman nested doll spiv visored -балльный болт застрачивать усобица