GLASS-ARTIST

n vitrajist, şüşə nəqqaşı

GLASS
GLASS-BLOWER
OBASTAN VİKİ
Artist
İncəsənət xadimi və ya artist — musiqi, dramaturgiya əsərləri, teatr tamaşaları, bədii filmlər, sənət məsələlərinə dair elmi əsərlər yaradan və incəsənətin inkişafında, habelə sənətkar kadrların hazırlanmasında və tərbiyə edilməsində xidmətləri olan bəstəkarlıqla, rejissorluqla, dirijorluqla, dramaturqluqla, ssenaristliklə, kinooperatorlıqla, sənətşünaslıqla və ədəbiyyatşünaslıqla məşğul olan şəxsdir.
Gorilla Glass
Gorilla Glass hal-hazırda bir çox mobil qurğular, və eləcə də notbuk və televizorların displeylərində istifadə edilən çox möhkəm şüşədir. Son illərdə geniş tətbiq sahəsi tapan bu texnoloji məhsulun tarixi 1962-ci ildən başlayır. == Tarixi == 1962-ci ildə Chemcor adlı material ixtira olunur, lakin tətbiq sahəsi tapmır. Üzərindən illər keçdikdən sonra isə bu texnoloji məhsul haqqında xatırlamağa başlayırlar. İlk Gorilla Glass displeyli telefon 2008-ci ildə Nokia N8 oldu. Hazırda isə dünya üzrə istehsal olunan mobil qurğular, və eləcə də notbuk və televizorların 20%-ində bu şüşədən istifadə olunur.Mobil telefonların əvvəl-əvvəl cızılma ilə bağlı problemləri yox idi, çünki onların displeyləri üçün möhkəm və bahalı sapfir şüşədən istifadə olunurdu. Daha sonralar cızılma ilə bağlı problemlər meydana gəldi. Mobil telefon istehsalçıları həll yolunu Gorilla Glass-da gördülər. Həm möhkəm, həm də yüngül olması bu yeni şüşələri əlverişli etmişdi. Bundan başqa bu cür şüşələrlə təchiz olunmuş sensorlu mobil cihazların sensor matrisi daha həssas olmuş və optik xüsusiyyətlər yüksəlmişdi.Gorilla Glass aluminosilikatdan hazırlanmış cızıq və zərbələrə davamlı çox etibarlı bir şüşədir.
Artist (film)
2011-ci ildə rejissor Mişel Hazanaviçus yenidən səssiz ağ-qara filmə qayıdır və növbəti ildə 5 Oskar mükafatı qazanır – o cümlədən ən yaxşı rejissor və ən yaxşı aktyor nominasiyaları üzrə. Bundan əlavə The Artist 3 Qızıl Qlobus mükafatı, 7 BAFTA mükafatı, 6 Sezar mükafatı və 1 Kann kinofestivalı mükafatı qazanır. Film doğrudan da möhtəşəm alınır və hər hansı bir rejissorun 2011-ci ildə bu cür sadə bir ssenarili səssiz ağ-qara filmdə bu qədər dramaturgiya göstərə biləcəyini az adam təsəvvür edərdi. === Qısa məzmun === Hollywood 1927-ci il. Səssiz Kino ulduzu Corc Valentayn kinematoqrafiyanın səsli filmə keçməsini heç cür qəbul edə bilmir. Tamaşaçılar isə yenilik tələb edir. Valentayna vasitəsilə kinematoqrafiyaya gəlmiş və ona aşiq olmuş Peppi Miller isə getdikcə səsli film sahəsində məşhurlaşır. Birinin yüksəlməsi və digərinin getdikcə publikadan kənarlaşması onları bir birindən daha da uzaqlaşdırır. The Artist aktyor oyunu və səssiz stilistikası ilə özünə sevgi qazandı. Film olduqca yüngül, pozitiv, rəqslər, komedik səhnələr və musiqilərlə bol olduğundan filmi izlədikcə dincəlirsən.
Əməkdar artist
Əməkdar artist — SSRİ-də, hal-hazırda isə bir çox keçmiş sovet respublikalarında və Azərbaycan Respublikasında mədəniyyət sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə verilən fəxri ad. "Əməkdar artist" fəxri adı mühüm bədii obrazlar, tamaşalar, kinofilmlər, musiqi əsərləri yaratmış teatr, kino, estrada, sirk, ansambl, kapella artistlərinə, rejissorlarına, orkestr və xor dirijorlarına, baletmeysterlərə, musiqi, xor, rəqs və digər kollektivlərin bədii rəhbərlərinə, musiqiçilərə, televiziya və radio verilişləri diktorlarına Azərbaycan incəsənətinin inkişafında xidmətlərinə görə verilir.
Artist (film, 2011)
2011-ci ildə rejissor Mişel Hazanaviçus yenidən səssiz ağ-qara filmə qayıdır və növbəti ildə 5 Oskar mükafatı qazanır – o cümlədən ən yaxşı rejissor və ən yaxşı aktyor nominasiyaları üzrə. Bundan əlavə The Artist 3 Qızıl Qlobus mükafatı, 7 BAFTA mükafatı, 6 Sezar mükafatı və 1 Kann kinofestivalı mükafatı qazanır. Film doğrudan da möhtəşəm alınır və hər hansı bir rejissorun 2011-ci ildə bu cür sadə bir ssenarili səssiz ağ-qara filmdə bu qədər dramaturgiya göstərə biləcəyini az adam təsəvvür edərdi. === Qısa məzmun === Hollywood 1927-ci il. Səssiz Kino ulduzu Corc Valentayn kinematoqrafiyanın səsli filmə keçməsini heç cür qəbul edə bilmir. Tamaşaçılar isə yenilik tələb edir. Valentayna vasitəsilə kinematoqrafiyaya gəlmiş və ona aşiq olmuş Peppi Miller isə getdikcə səsli film sahəsində məşhurlaşır. Birinin yüksəlməsi və digərinin getdikcə publikadan kənarlaşması onları bir birindən daha da uzaqlaşdırır. The Artist aktyor oyunu və səssiz stilistikası ilə özünə sevgi qazandı. Film olduqca yüngül, pozitiv, rəqslər, komedik səhnələr və musiqilərlə bol olduğundan filmi izlədikcə dincəlirsən.
Elmira Hüseynova (artist)
Elmira Əmbər qızı Hüseynova - A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının yüksək dərəcəli artisti == Həyatı == Elmira Əmbər qızı Hüseynova 8 noyabr 1952-ci ildə Bakı şəhərində anadan olub və burada 159 saylı orta məktəbi bitirib. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına 1970-ci ildə müsabiqə yolu ilə qəbul olub və bu günə qədər dram artisti vəzifəsində çalışır. Yüksək dərəcəli artisdir. İşlədiyi illərdə Yəməndə (1973), Daşkənd şəhərində (1979), Hindistanda (1980), İranda (1993) beynəlxalq qastrol səfərlərində iştirak edib. Sənətə bağlandığı otuz doqquz il ərzində F.Məmmədovun «Tələ quran özü düşər» (Ördək balası), R.Heydərin «Göylər qonağı» (Ulduz), Ə.Məmmədovun «Cəsur uşaqlar» (I qız), N.Zamanov və M.Məmmədovun «Səfərin nağılı» (Səfər), V.Rabadanın «Zəncirlənmiş pəri» (Qarı), S.Marşalın «Bu ev kimin evidir?» (Qurbağa), H.Ziyanın «Əkiz qardaşlar» (Əkiz tayı), Anarın « Qaravəlli» (Fəridə Fəridova), T.Qarabağlının «Du, du yol verin» (Dovşan), Ü.Hacıbəyovun «Məşədi İbad» (Qızlar), R.Moskvanın «Hara qaçırsan dayça?» (Uşaq), S.Dağlının «Uşağı gecə əyləndirməli» (Meymun), F.Məmmədovun «Ac qulağum, dinc qulağım» (Təlxək), Ə.Vəliyevin «Madarın dastanı» (Şah qadın), M.Lermontovun «Aşıq Qərib» (Qız), Ç.Ələsgərov «Yabançı dostlar» (Qarğa), Namiq Ağayevin«Bakı həyətinin rekviyemi» (Anaxanım), Həsənağa Hüseynovun «Saz əhvalatı» (Qarğa), «Ulamaqdan mələməyə» (Tülkü), Mərkəz Quliyevin «Dovşanın məhkəməsi» (Xoruz), Rəhman Əlizadənin «Sindibadın xoşbəxtlik adasına səyahəti» (Fərraş), «Tıq-tıq xanım» (Yengə, Nübar), «Bilqamıs əfsanəsi» (Aysel), «Damdabaca» (Tükəz), «Dəcəl çəpişlər, belə-belə işlər» (Şəngül), Mirmehdi Seyidzadənin «Sehirli nar» (Qız), Əli Səmədlinin «Əzablı günlərin sonu» (Mimoza), «Artıq tamah baş yarar» (İsgəndər), «Meşədə konsert» (II dovşan), Əyyub Abbasovun «Keçinin qisası» (Şəngülüm), Şahmar Hüseynovun «Sehirli güzgü» (Dadaş), Xanımana Əlibəylinin «Gözəllər gözəli» (Nar), Abdulla Şaiqin «Üç nağıl» (Qarğa, Leylək), «Ovçu məstan» (Xalis xeyransa, Pişik), Mirzə Fətəli Axundovun «Parisi dağıdanlar» (Xanpəri), Tofiq Kazımovun «Qoçaq Polad» (Bənövşə), Tofiq Mütəllibovun «Məşə nağılı» (Süsən), «Danışan qayalar» (Sadıq), Mirzağa Atəşin «Cırtdan» (Gombul), Nicat Kazımovun «Ələddin» (Ana), Eldar Baxışın «Məlikməmməd» (Ortancıl qardaş), Qrim qardaşlarının «Bremen musiqiçiləri» (Cangüdən, Xoruz) tamaşalarında rollarını məharətlə ifa edib.
Akif Mirzəyev (əməkdar artist)
Akif Mirzəyev (10 aprel 1944, Bakı) — Azərbaycan Respublikasının "Əməkdar artist"i (2011). == Həyatı == Akif Mirzəyev 1944-cü il aprelin 10-da Bakı şəhərində anadan olub. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayevin sinfində təhsil alıb. 1990-cı il 20 Yanvar faciəsinə həsr etdiyi matəm musiqisi olan "Yanvar mərsiyələri", Heydər Əliyevin xatirəsinə həsr etdiyi "Dahi Prezidentə xatirə duaları" adlı əsəri ABŞ, Fransa və Almaniyada ifa olunub. Hazırda Alman Azərbaycan Forumunun mədəniyyət üzrə müşaviri, Fulda şəhərindəki Yohannesriş (Johannesrische) kilsəsində orqan ifacısıdır. == Mükafatları == 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə mədəniyyət, incəsənət sahəsindəki nailiyyətlərinə görə "Əməkdar artist" fəxri adına layiq görülüb.
Sevinc Sarıyeva (əməkdar artist)
Sevinc Ərşad qızı Sarıyeva (1972, Qarakənd, DQMV) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının əməkdar artisti (2015). == Həyatı == Sarıyeva Sevinc Ərşad qızı 1972-ci ildə Xocavənd rayonunun Qarəkənd kəndində anadan olub. Əslən Ağdam rayonunun Mərzili kəndindəndir. 1979-cu ildə Ağdam rayonunda Xudu Məmmədov adına Mərzili kənd orta məktəbində 1-ci sinifə daxil olub. 1989-cu ildə həmin məktəbi bitirmişdir. Eyni zamanda 1985-ci ildə Ağdam rayon Xan Şuşinski adına musiqi məktəbinin xanəndəlik sinifinə daxil olub və 1990-cı ildə həmin məktəbi uğurla başa vurmuşdur. Sevinc Sarıyevanın təhsil aldığı illər ağır bir dönəmə təsadüf etdiyi üçün həmin illərdə doğulub boya-başa çatdığı doğma yurd yerlərinin işğala məruz qalması və eyni zamanda atası Ərşad Sarıyevin erməni əsirliyinə düşməsi ona təhsilini davam etdirməkdə çətinlik yaratmışdır. Daha sonra o Bakıya gəlmiş və təhsilini burada davam etdirərək 1997-ci ildə Asəf Zeynallı adına musiqi texnikumunun xanəndəlik sinifinə daxil olaraq ustad xanəndə Vahid Abdullayevin sinifində muğam sənətinin sirlərini öyrənmişdir. 2000-ci ildə A.Zeynallı adına musiqi texnikumunu bitirmişdir. 2001-2005-ci illərdə Azərbaycan Milli Konservatoriyasında Xalq artisti, professor Arif Babayevin sinifində təhsil almışdır.
воскипа́ть выпрями́тель зловре́дность наве́тница отстороня́ться полуобнажённый разъединённый театра́льщина ультракоро́ткий баттерфля́й в полном параде концентри́роваться на пове́рку сень успока́ивающе ча́до baggageman bogtrotter couching hard clam брасс букинистический версификация защебетать посох