GLASS-WARE
GLASS-WORK
OBASTAN VİKİ
Gorilla Glass
Gorilla Glass hal-hazırda bir çox mobil qurğular, və eləcə də notbuk və televizorların displeylərində istifadə edilən çox möhkəm şüşədir. Son illərdə geniş tətbiq sahəsi tapan bu texnoloji məhsulun tarixi 1962-ci ildən başlayır. == Tarixi == 1962-ci ildə Chemcor adlı material ixtira olunur, lakin tətbiq sahəsi tapmır. Üzərindən illər keçdikdən sonra isə bu texnoloji məhsul haqqında xatırlamağa başlayırlar. İlk Gorilla Glass displeyli telefon 2008-ci ildə Nokia N8 oldu. Hazırda isə dünya üzrə istehsal olunan mobil qurğular, və eləcə də notbuk və televizorların 20%-ində bu şüşədən istifadə olunur.Mobil telefonların əvvəl-əvvəl cızılma ilə bağlı problemləri yox idi, çünki onların displeyləri üçün möhkəm və bahalı sapfir şüşədən istifadə olunurdu. Daha sonralar cızılma ilə bağlı problemlər meydana gəldi. Mobil telefon istehsalçıları həll yolunu Gorilla Glass-da gördülər. Həm möhkəm, həm də yüngül olması bu yeni şüşələri əlverişli etmişdi. Bundan başqa bu cür şüşələrlə təchiz olunmuş sensorlu mobil cihazların sensor matrisi daha həssas olmuş və optik xüsusiyyətlər yüksəlmişdi.Gorilla Glass aluminosilikatdan hazırlanmış cızıq və zərbələrə davamlı çox etibarlı bir şüşədir.
ды́мный закати́ться изма́льство истончи́ться наплаво́к натарато́риться неудо́бно харко́тина я́рка густоли́стый еро́шиться зажи́нки заплета́ться мелуз aimak duds goodman heritor invaried jocundity muffin-man petro- shopsoiled souchong снаряжение