GLASS-WORK

n 1. şüşə istehsalı; 2. şüşə məmulatı

GLASS-WOOL
GLASSED-IN
OBASTAN VİKİ
Gorilla Glass
Gorilla Glass hal-hazırda bir çox mobil qurğular, və eləcə də notbuk və televizorların displeylərində istifadə edilən çox möhkəm şüşədir. Son illərdə geniş tətbiq sahəsi tapan bu texnoloji məhsulun tarixi 1962-ci ildən başlayır. == Tarixi == 1962-ci ildə Chemcor adlı material ixtira olunur, lakin tətbiq sahəsi tapmır. Üzərindən illər keçdikdən sonra isə bu texnoloji məhsul haqqında xatırlamağa başlayırlar. İlk Gorilla Glass displeyli telefon 2008-ci ildə Nokia N8 oldu. Hazırda isə dünya üzrə istehsal olunan mobil qurğular, və eləcə də notbuk və televizorların 20%-ində bu şüşədən istifadə olunur.Mobil telefonların əvvəl-əvvəl cızılma ilə bağlı problemləri yox idi, çünki onların displeyləri üçün möhkəm və bahalı sapfir şüşədən istifadə olunurdu. Daha sonralar cızılma ilə bağlı problemlər meydana gəldi. Mobil telefon istehsalçıları həll yolunu Gorilla Glass-da gördülər. Həm möhkəm, həm də yüngül olması bu yeni şüşələri əlverişli etmişdi. Bundan başqa bu cür şüşələrlə təchiz olunmuş sensorlu mobil cihazların sensor matrisi daha həssas olmuş və optik xüsusiyyətlər yüksəlmişdi.Gorilla Glass aluminosilikatdan hazırlanmış cızıq və zərbələrə davamlı çox etibarlı bir şüşədir.
Work and Travel USA
İş və səyahət Amerika-(ing. Work and Travel USA).Proqramı Amerika Dövlət Departamenti tərəfindən idarə edilən, dünyanın müxtəlif yerlərindən tələbələrin yay tətili ərzində Amerika Birləşmiş Ştatları işləyib ingilis dilini təkmilləşdirmək imkanları verən, dünyanı və fərqli mədəniyyətləri tanımalarını təmin edən bir tələbə mübadilə proqramıdır. == Proqram haqqında == Work and Travel (WAT) Amerika Birləşmiş Ştatları hökumətinin nəzarəti altında olan tələbə mübadilə proqramıdır. Bu proqram dünyanın müxtəlif ölkələrindəki universitet tələbələrinə yay tətili müddətində Amerikada işləyib, ingiliscə danışıq təcrübəsini inkişaf etdirmək, dünya və müxtəlif xalqların mədəniyyətləri ilə tanış olmaq imkanı verir. WAT həmçinin, tələbələrin turist kimi deyil, Amerika vətəndaşı kimi yaşamağı və düşünməyi təmin edən və bununla yanaşı səyahət xərclərini qazanıb, əlavə olaraq müəyyən miqdarda pul yığmaq fürsətini verir. == Şərtlər == Work and Travel proqramının əsas şərtləri bunlardır: 18-28 yaş arası olmaq Ali məktəblərin birinin tələbəsi olmaq.Proqramda sonuncu kurs tələbələrinin iştirakına icazə verilmir. Ən azı orta səviyyədə ingilis dilini bilmək.(Burada əsas tələb olunan şərt, qarşında olan şəxsə öz fikrini normal formada izah etdirməkdir.) Ali məktəb qiymətlərinin normal olması. == Proqramın faydaları == Hər il bir çox ölkələrdən gələn minlərlə universitet tələbəsi WAT proqramına qoşularaq yüksək səviyyəli beynəlxalq təcrübə qazanmaq fürsəti əldə edir.Əsasən proqramın tələbələr üçün faydaları sırasında bunları qeyd etmək olar.Ayda təqribən 1000-1500 ABŞ dolları qazana bilmək və proqram üçün lazımi yaşayış və səyahət xərclərini ödəyə bilmək imkanı. Eyni zamanda həm işləmək, həm də dincəlmək fürsəti, Proqramın sonunda ömür boyu unudulmayacaq təcrübə və xatirələr qazanmaq.Amerikada qalınan 4 ay müddətində ingiliscə danışıq qabiliyyətini inkişaf etdirmək və ingilis dili məlumatını real həyatda praktiki olaraq tətbiq etmək fürsəti əldə etmək.Tələbələrin gələcək karyerası üçün təcrübə qazanmaq.Həm Amerika Birləşmiş Ştatları vətəndaşları, həm də digər ölkələrdən gələn tələbələrlə tanış olub onların mədəniyyətlərini yaxından tanımaq, eyni zamanda öz milli mədəniyyətlərini də əcnəbilər arasinda nümayiş etdirmək və tanıtmaq fürsəti qazanmaq. == Proqram şərtləri == Work and Travel USA proqramına qatılmaq üçün ciddi şərtlər tələb olunmadığından, dünyanın hər bir yerindən, hər il təxminən 150.000 tələbə iştirak edir.Proqram üçün tələb olunan ən önəmli şərt, iştirakçının tələbə olmasıdır.Proqramda yalnız əyani şöbədə oxuyan tələbələr yararlana bilər.Digər bir şərt isə,tələbənin orta səviyyədə ingilis dilini bilməsi hesab olnurur.Bu əsasən tələbələrin Amerika Birləşmiş Ştatlarında öz fikirlərini sərbəst ifadə etməsi üçün lazımdır.Tələbənin xeyrinə olacaq sonuncu məsələ isə, onun illik qiymətlərinin kafi olmamasıdır.Bütün bu şərtlərə cavab verən, tələbələrin viza almaq ehtimalı 95% hesab olunur.
дошали́ться зы́чность настига́ться беля́к беспринци́пный инвентаризова́ть неудобо... протести́ровать протра́титься разниза́ть хану́рик фаза affronte alight bathylite crooked Edna electrodynamical futurism kok-saghyz non-stick slavelike очумелый потенция сверхкомплектный