1. Mübaliğəli danışıq; şişirdilmiş, uydurma söhbətlər.
[Qadir kişinin] bu cür gopları çox vaxt yerinə düşərdi.
Əhməd oğurluğun şərtlərindən xeyli danışdı. Daha onun gopunu eşitmək istəməyən Fərman Əhmədin qolundan tutub çəkdi.
□ Gop vurmaq – bax gopa basmaq.
[Bahar:] Qoyasan elə axşamadək özündən gop vurub danışa.
Gopa basmaq – bir şeyi, hadisəni çox şişirdərək danışmaq, mübaliğə ilə danışmaq.
[Səttar:] Gədə, – dedi, – çox gopa basıb uşaqları qorxuzma!
2. Yalan, uydurma, mübaliğə, şişirdilmiş şey.