GOR

is. [ fars. ] Qəbir, məzar. Atanın goru haqqı (and kimi işlədilir). – Qırxında öyrənən gorunda çalar. ( Ata. sözü ).
[Hümmətəli:] Yox, verə bilmərəm, atamın goruna and içmişəm ki, heç kəsə nisyə verməyəm. Ü.Hacıbəyov.
Hazırlan qətlə, edamə! Əcəb gorun, məzarın var! Ə.Nəzmi.

□ Gora getmək – ölmək, basdırılmaq.
◊ Gor qonşusu məc. – çox yaxın qonşular haqqında. [Piti Namaz:] Mənnən nahaq qaçırsan, Bağır dayı.
Gor qonşuyusuq, birbirimizə lazımıq biz. İ.Məlikzadə.

Gora (goruna) aparmaq – qoruyub saxlamaq, işlətməmək, sərf etməmək (adətən istehza kimi işlənir). Bir sandıq yığmışam, xərcləməyə yer tapmıram.
Saxlayıb özümnən gora aparmayacağam ki! M.Hüseyn.

Gora başıaşağı getmək – ölərkən özündən yaxşı xatirə qoymamaq, xəcalətli getmək.
İndi ömrümün son çağında gora başıaşağı gedirəm. S.Rəhimov.

Gora kəfənsiz gedəsən! (getsin!) – qarğış ifadəsi.
Meynələrdə qora; İlişdim, düşdüm tora; Səni mənnən eləyən; Kəfənsiz getsin gora. (Bayatı).

Goruna od qalansın! – qəbri(n) yansın! (qarğış ifadəsi). Goruna od qalansın; A bu sarsaq kişini əkən dədə! “M.N.lətif.
” Baş gora aparmaq – ölmək, ölüb getmək.
Bədbəxt, mən o kəsə deyərəm ki, bu beş qara günü ləzzət-damaq ilə keçirib baş gora aparmaya. Ə.Haqverdiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GOR gor bax məzar
  • GOR qəbir — məzar
GOPPULDATMAQ
GORBAGOR

Digər lüğətlərdə