goplamaq
gorbagor
OBASTAN VİKİ
Goranboy
Goranboy (1991-ci ilə qədər Qasım İsmayılov) — Goranboy rayonunun mərkəzi, Goranboy şəhər inzibati ərazi dairəsində şəhər. Azərbaycanın şimal-qərbində yerləşir. 1966-cı ildən şəhər statusuna malikdir. Əhalisi 11 000 nəfərə yaxındır. == Tarixi == Goranboy qədim insanların yaşadığı və məskunlaşdığı məkan olmuşdur. Əsasən, bunu müasir dövrdə aparılan tarixi araşdırmalar, arxeoloji tədqiqatlar da sübut etmişdir. Bundan əlavə müasir dövrümüzə qədər gəlib çatmış materiallar və dəlillər bunu sübut edir. Orta əsrlərdə Gəncə xanlığının tərkibində olmuşdur. Sonradan Goranboyun tarixi adı, sənədlərdə Goranboy-Əhmədli olub. 1938-ci ildə qəsəbənin adı dəyişdirilərək Qasım İsmayılov adlandırılmışdır.
Abbasqulular (Goranboy)
Abbasqulular (keçmiş adı Şurakənd) — Azərbaycan Respublikasının Goranboy rayonunun Goranboy şəhər inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı ilə Goranboy rayonunun Goranboy şəhər inzibati ərazi vahidi tərkibindəki Şurakənd kəndi Abbasqulular kəndi adlandırılmışdır. == Tarixi == Gəncə-Qazax düzənliyində yerləşən yaşayış məntəqəsini 1928-ci ildə Cənubi Azərbaycandan rəncbərlik etmək üçün gələnlər salmışlar. Sonralar Sovet hökumətinin şərəfinə (rusca "sovet" sözünün azərbaycanca "şura" şəklində tərcümə edilməsi ilə) kənd Şurakənd adlandırılmışdı. 2002-ci ildən kənd Abbasqulular kimi rəsmiləşdirilmişdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 537 nəfər əhali yaşayır.
Alpout (Goranboy)
Alpout — Azərbaycan Respublikasının Goranboy rayonunun Alpout kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Alpout kəndi Fəxralı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Alpout kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == 1953-cü ildə keçmiş Samux rayonunun Alpout kəndinin buraya köçürülməsi ilə yaranmış yaşayış məntəqəsi keçmiş kəndin adını saxlamışdır. == Tarixi == Əvvəllər Azərbaycanın Quba, Ağdam, Şamaxı, Samux rayonlarının ərazilərində də Alpout adlı kəndlər qeydə alınmışdır. Etnotoponimdir. Məlumdur ki, VIII əsrdən adları çəkilən alpoutlar Səfəvilərə hərbi xidmət etdiklərinə görə Cənubi Qafqazın müxtəlif yerlərində torpaqlar almışdılar. Buda Alpout adının yayılma arealına öz təsirini göstərmişdir. Hazırda bu adda yaşayış məskəni Qazax, Göyçay, Ucar, Laçın və Bərdə rayonlarında da vardır. Mənbələrdə bu sözə Alp Azux, Alp-ər Tonqa, Alp-Arslan tərkiblərinədə rast gəlirik. Alp igid mənasında XV əsərə qədər dilimizidə işlənmişdir.XV əsrdən sonra mənbələrdə bu sözə rast gəlinmir.
Azad (Goranboy)
Azad — Azərbaycan Respublikasının Goranboy rayonunun Dəyirmanlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Baxçakürd kənd Sovetindən Azad kəndi Mixaylovka kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Kənd 1949-cu ildə Xanlar rayonunun Azad kəndindən gəlmiş ailələr tərəfindən salındığına görə belə adlandırılmışdir. Tarixi mənbələrin verdiyi məlumata görə, III-V əsrlərdə Azərbaycanda feodal istehsal üsuluna keçildi. Feodallar iki qrupa ayrılırdı: dünyəvi və ruhani feodallar. Dünyəvi feodallar iri və xırda feodallar təbəqəsindən ibarət idi. Xırda feodallar "azatlar" adlanırdı. Hökmdarların və iri I feodalların dayağı olan azatlar onların vassalları hesab edilirdilər. I Xosrov Ənuşirəvanın zamanında azatların sayı artırdı. Azatlar kahinlər kimi böyük imtiyaza malik idilər.
Ballıqaya (Goranboy)
Yuxarı Ballıqaya
Borsunlu (Goranboy)
Borsunlu — Azərbaycan Respublikasının Goranboy rayonunun Borsunlu kənd inzibati ərazi dairəsində kənd.Borsunlu regionun qədim yaşayış məskənlərindən biridir. Borsunlu Bələdiyyəsinə, Borsunlu və Qazaxlar kəndləri daxildir. Bu mahalda erkən orta əsrlərdə hun tayfalarından bir hissə də yaşamışdır. Borsunlu "Boris hunlu", yəni "Boris mahalında yaşayan hunlar" mənasındadır. Əslində Borsunlu coğrafi adı Azərbaycanda indiyədək hun etnonimini saxlamış yeganə toponimdir. 1804-cü il tarixli Gəncəbasarın kameral təsvirində 18 ev olmaqla Borsunlu kimi qeydə alınmışdır. Bəziləri kəndin əsasının Gürcüstanın Bolnis rayonundan, digərləri Tərtər rayonunun Borsunlu kəndindən, bir qismi isə XVIII əsrdə qazax zonasından gələnlər tərəfindən qoyulduğunu göstərir. Ola bilsin ki, kəndin adı xəzərlərin borsula tayfasının adı ilə bağlıdır. IV-V əsrlərdə Xəzər dənizinin şimal-qərb sahilində yaşayan türkdilli tayfa olan barsillər (bersillər, basillər, barseltlər) etnik və dil cəhətdən bulqarlar, savirlər və avarlarla yaxın olmuşdur. Borsunlu kəndinin adını həm həmin tayfa ilə, həm də "bol sulu", "boru ilə su gətirilən yer" sözləri ilə bağlayırlar.
Buzluq (Goranboy)
Buzluq — Azərbaycan Respublikasının Goranboy rayonunun Buzluq kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd adını Buzluqçayın adından almışdır. Başqırdıstanda Buzdak, Rusiyanın Orenburq vilayətində Buzuluk adlı yaşayış məntəqələri qeydə alınmışdır. == Tarixi == Kənd əvvəllər Talış nahiyəsinə ait idi. 1727-ci il Osmanlı qaynağında adı keçir. Qarabağ münaqişəsi başlayan zaman Ermənistandan bu əraziyə çoxlu silahlı ermənilər gələrək kənddə nəzarəti ələ keçirmişdilər. Onlar buradan qonşu azərbaycanlı kəndlərinə quldur basqınları edirdilər. 1991-ci ilin iyulun 18-də Sovet ordusu ilə Azərbaycan OMON-nun birgə əmliyyatı nəticəsində kənd quldurlardan azad edildi, kəndin əhalisi isə Ermənistana və Rusiyaya köçdü. Kənddə isə Ermənistandan deportasiya edilmiş azərbaycanlılar məskunlaşdırıldı. Kəndə sonradan ermənilər dəfələrlə hücum etmiş, qısa müddətə kəndi ələ keçirsələr də, kənd Azərbaycan silahlı Qüvvələri tərəfindən azad olunmuşdu.
Börü (Goranboy)
Börü (əvvəlki adı: Erməni Borisi) — Azərbaycan Respublikasının Goranboy rayonunun Börü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Goranboy rayonunun Erməni Borisi kəndi Börü kəndi adlandırılmışdır. == Tarixi == == Toponimikası == Börü kəndi Gəncə-Qazax düzənliyindədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 155 nəfər əhali yaşayır.
Bəşirli (Goranboy)
Bəşirli (əvvəlki adları: Bəşirabad; Leninabad) — Azərbaycan Respublikasının Goranboy rayonunun Hazırəhmədli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Goranboy rayonunun Hazırəhmədli kənd inzibati-ərazi vahidinin tərkibindəki Leninabad kəndi Bəşirli kəndi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsini XX əsrin əvvəllərində Cənubi Azərbaycanın Qaradağ mahalından gələrək Qarasuçu, Göynüyən, Hazırəhmədli və b. kəndlərdə rəncbərlik edənlər salmışdılar. 1924-cü ildə kənd partiya və dövlət xadimi Mirbəşir Qasımovun (1879–1949) şərəfinə Bəşirabad adlandırılmışdı. 1930-cu ildə burada Lenin adına kolxoz təşkil edildi və kəndin adı dəyişdirilərək Leninabad adlandırıldı. 1997-ci ildə yaşayış məntəqəsi Bəşirli adı ilə rəsmiləşdirilmişdir. 1933-cü ildə bu kəndlə yanaşı Sabirabad rayonunda da Bəşirabad adlı kənd qeydə alınmışdı. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 483 nəfər əhali yaşayır.
Düzqışlaq (Goranboy)
Düzqışlaq (digər keçmiş adları - Abdullabəykürdü, Ağamalıoğlu) — Azərbaycan Respublikasının Goranboy rayonunun Düzqışlaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Goranboy rayonunun Ağamalıoğlu kənd inzibati ərazi dairəsi tərkibindəki Ağamalıoğlu kəndi Düzqışlaq kəndi adlandırılmış, Ağamalıoğlu kənd inzibati ərazi dairəsi Düzqışlaq kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == Kənd Gəncə-Qazax düzənliyindədir. Antropotoponimdir. 1925-ci ilədək kəndin adı Abdullabəykürdü olmuşdur. İnqilabdan əvvəl Düzqışlaq adlanan bu ərazidə Goranboy rayonunun Bağçakürd kəndindən olan abdullabəykürdü nəsli məskunlaşmışdı. Sovet dövründə kəndin adı sovet dövlət xadimi, publisist Səmədağa Həsən oğlu Ağamalıoğlunun şərəfinə adlandırılmışdır. Memorial toponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2776 nəfər əhali yaşayır.
Eyvazlılar (Goranboy)
Eyvazlılar — Azərbaycan Respublikasının Goranboy rayonunun Boluslu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Eyvazalılar kəndi Gəncə-Qazax düzənliyindədir. Bəzi ədəbiyyatlarda səhvən Eyvazlılar variantında qeydə alınmışdır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrin axırlarında indiki Qazax rayonunun ərazisindən gəlmiş Eyvazalı adlı şəxs saldığına görə belə adlandırılmışdır. Lakin qazax tayfalarının bir qolu olan eyvazalılar (yerli tələffüz formasında ayvazalılar) Qazax rayonunun Xanlıqlar kəndində bu gün də yaşamaqdadır. Oykonim etnotoponim olub, eyvazalılar nəslinin adını əks etdirir. 1933-cü ildə Qaradonlu (İmişli) r-nu ərazisində də Eyvazallar adlı kənd qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 125 nəfər əhali yaşayır.
Goran (Goranboy)
Goran — Azərbaycan Respublikasının Goranboy rayonunun Boluslu kənd inzibati ərazi dairəsində qəsəbə. == Tarixi == Goran qəsəbə və dəmir yolu stansiyası düzənlikdədir. Yaşayış məntəqəsi öz adını dəmir yolu stansiyasından, stansiya isə yaxınlığındakı çaydan almışdır. == Əhalisi == 220 nəfər əhali mövcuddur. Qadınlar üstünlük təşkil edir.
Goranboy bələdiyyələri
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Goranboy bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Goranboy rayonu
Goranboy rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Goranboy rayonu Şimal-Qərbdən Samux, Qərbdən Göygöl, Cənub-Qərbdən Kəlbəcər, Cənub-Şərqdən Tərtər, Şərqdən Yevlax rayonları ilə həmsərhəddir. Rayonun şimalında “Mingəçevir su anbarı” yerləşir. Goranboy rayonu ilə Bakı arasında məsafə 317 km-dir.Rayonun mərkəzi Goranboy şəhəridir. Şəhərin yaxınlığında qədim Şətəl şəhər-qalası yerləşir.Azərbaycan Respublikası Milli Məclisinin 14 aprel 2009-cu il tarixli, 793-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun inzibati ərazisindən 574,82 ha (o cümlədən, Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Qaşaltı Qaraqoyunlu kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 26,4 ha və Qasımbəyli kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 11,9 ha, Tatarlı kənd inzibati ərazi dairəsi tərkibindəki Tatarlı kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 2,5 ha, habelə meşə fonduna aid 534,02 ha) torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmişdir.Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2010-cu il tarixli, 1018-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun inzibati ərazisindən 489,0 ha (o cümlədən Tap Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Tap Qaraqoyunlu kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 133,84 ha, Tatarlı kənd inzibati ərazi dairəsi tərkibindəki Tatarlı kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 229,68 ha və xüsusi mülkiyyətdə olan 125,48 ha (cəmi — 355,16 ha) torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmiş, Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi əhatə etdiyi ərazi vahidləri (ərazisi müvafiq olaraq 1321,1 ha və 882,7 ha təşkil edən Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndləri) ilə birlikdə Naftalan şəhər inzibati ərazi vahidinin tərkibinə daxil edilmişdir. == Etimologiyası == "Goranboy" sözünü alimlər müxtəlif cür izah edirlər. Həqiqətə yaxın olan isə "Goranboy" sözünün Strabonun 17 kitabdan ibarət "Coğrafiya" əsərində göstərilən müxtəlif dilli 26 tayfadan biri olan "gel", "ger" tayfasının adı ilə bağlanmışdır. Yəni Goranın (Gelan, Geran) gel, ger tayfasının yaşadığı, məskunlaşdığı yer, ərazi mənasında işlədiyini bildirirlər. == Tarixi == Vaxtilə çox inkişaf etmiş bu şəhər qədim Gəncə və Bərdə şəhərləri arasındakı karvan yolunun üstündə yerləşirdi. Alban salnaməçisi Musa Kalankatlı özünün "Albaniya tarixi" kitabında qeyd etmişdir ki, Şatal Şəki, Şamaxı, Şabran və Şəmkirlə eyni səviyyədə idi.
Goranboy əməliyyatı
Goranboy əməliyyatı və ya Ağdərə əməliyyatı — 1992-ci ilin yayında Azərbaycan Ordusu tərəfindən keçirilmiş irimiqyaslı hərbi hücum. Məqsəd Dağlıq Qarabağda nəzarəti ələ keçirmək və oradakı qanunsuz separatçılıq əməllərinə son qoymaq olmuşdur. Hücum istənilən şəkildə alınmış, bütöv 6 ildə Dağlıq Qarabağda Azərbaycan Ordusunun uğurlu irəliləyişinin pik nöqtəsi hesab olunur. Bu, həmçinin, yeni, daha gərgin bir mərhələnin başlağıcı idi. Hücumda 8.000-dən çox qoşun, əlavə 4 batalyon, 90 tank və 70 piyada döyüş maşını, Mi-24 zirehli hərbi döyüş vertolyotundan istifadə edilmişdir. [mənbə göstərin]Azərbaycanın ilkin uğurlu hücumlarından sonra, yenidən yaradılmış erməni qrupları əks-hücuma keçmiş və itirdikləri ərazilərin əksəriyyətini geri qaytarmışdır. == Hücumun başlanması == 12 iyun, 1992-ci il tarixində, Azərbaycan Xalq Cəbhəsi sədri Əbülfəz Elçibəyin prezident seçilməsindən sadəcə 5 gün sonra, Azərbaycan hərbi qüvvələri Dağlıq Qarabağ mərkəzində Əsgəran bölgəsi istiqamətində şərqdən genişmiqyaslı hücum başlayır. Ümumi 4.000 qoşundan ibarət 2 qrup Əsgərana şimal və cənub istiqamətində hücum edir. Şiddətli döyüşlərin nəticəsində azərbaycanlılar Əsgəran rayonunda bəzi yaşayış məntəqələrini ələ keçirirlər: Naxçıvanlı, Dovşanlı, Pircamal, Dəhrəz, Ağbulaq. == Əsas hücum == 13 iyun, 1992-ci ildə Azərbaycan hərbi qüvvələri Dağlıq Qarabağın şimalında 3 gün davam edəcək erməni könüllü dəstələrinin müdafiə etdiyi Goranboy rayonu istiqamətində (Azərbaycan SSR dövründə Şaumyan rayonu) irimiqyaslı hücuma keçdi.
Gülməmmədli (Goranboy)
Gülməmmədli — Azərbaycan Respublikasının Goranboy rayonunun Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Goranlı kənd Sovetindən Gülməmmədli kəndi Qırıqlı kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Kəndin keçmiş adı Eminalılar olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini vaxtilə Gədəbəydən gəlmiş miskinli elatına mənsub Eminalı adlı şəxs bina etmiş və ona görə də kənd bir müddət onun, sonralar isə oğlu Gülməmmədin adı ilə adlandırılmışdır. Oykonim "Gülməmmədin nəslindən olanlar" deməkdir. == Tarixi == == Coğrafiyası və iqlimi == == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 273 nəfər əhali yaşayır.
Gülüstan (Goranboy)
Gülüstan — Azərbaycan Respublikasının Goranboy rayonunun Gülüstan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1813-cü il Gülüstan müqaviləsi burada imzalanıb. Birinci Qarabağ müharibəsinin başlanğıcında erməni quldur dəstələri rus ordusunun köməyi ilə kənddə nəzarəti ələ keçiriblər. Lakin 1992-ci ilin iyun ayında hücuma keçən Azərbaycan Silahlı Qüvvələri kəndi erməni işğalından azad edib. Lakin kəndin Azərbaycanın nəzarətində olduğu dövlərdə erməni ordusu bura bir neçə dəfə həmlə edərək mülki əhalini və hərbçiləri öldürməyə cəhd etmişdir. 19 sentyabr 1992-ci ildə erməni birləşmələrinin Gülüstan kəndinə silahlı basqın nəticəsində 22 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır.Qarabağ müharibəsindən sonra neytral ərazidə qalan Gülüstan kəndi xarabalıqlar içindədir və orada əhali yaşamır. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan ordusu Gülüstan kəndi istiqamətində bəzi yolları işğaldan azad edərək cəbhə xəttində irəliləyib. == Toponimikası == Gülüstan kəndi Murovdağ silsiləsinin yamacındadır. Kənd İncəçayın sahilindəki qədim Gülüstan qalasının adı ilə adlanmışdır. == Mədəniyyəti == Kəndin ərazisində 12-ci əsrdə tikilmiş Gülüstan qalası yerləşir.
Hacallı (Goranboy)
Hacallı — Azərbaycan Respublikasının Goranboy rayonunun Qarqucaq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Etimologiyası == Hacallı kənd yaşayış məntəqəsi hacıllı/hacıalılı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 389 nəfər əhali yaşayır.
Kürəkçay (Goranboy)
Kürəkçay — Azərbaycan Respublikasının Goranboy rayonunun Qazançı kənd inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 10 oktyabr 2006-cı il tarixli, 151-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun Kürəkçay qəsəbəsi Goranlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qazançı kəndi mərkəz olmaqla, Qazançı kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Qəsəbə Kürəkçay dəmir yolu stansiyası yanında salınmışdır. Dəmir yolu stansiyası 1908-ci ildə tikilmiş, yaxınlıqdan axan Kürəkçayın adı ilə adlandırılmışdır. Yaşayış məntəqəsinin adı da çayın adındandır. == Coğrafiyası və iqlimi == Qəsəbə düzənlikdə yerləşir.
Kəhrizli (Goranboy)
Kəhrizli (əvvəlki adları: — Böyük Dəliməmmədli; Əzizbəyov) — Azərbaycan Respublikasının Goranboy rayonunun Kəhrizli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Goranboy rayonunun Əzizbəyov kənd inzibati ərazi dairəsi tərkibindəki Əzizbəyov kəndi Kəhrizli kəndi adlandırılmış, Əzizbəyov kənd inzibati ərazi dairəsi Kəhrizli kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Tarixi == == Toponimikası == Gəncə-Qazax düzənliyindədir. Keçmiş adları Böyük Dəliməmmədli və inqilabçı Məşədi Əzizbəyovun şərəfinə Əzizbəyov (rusca Azizbekovo / Азизбеково) olmuşdur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 760 nəfər əhali yaşayır.
Kəpənəkçi (Goranboy)
Kəpənəkçi — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Kəpənəkçi Goranboy rayonunun eyniadlı i.ə.v-də kənd. Gəncə-Qazax düzənliyindədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 112 nəfər əhali yaşayır. === Tanınmışları === Maşallah Abdullayev—Azərbaycanın Milli Qəhrəmanı.
Meşəli (Goranboy)
Meşəli (əvvəlki adı: Xarxaput) — Azərbaycan Respublikasının Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbə inzibati ərazi vahidi tərkibindəki Xarxaput kəndi Meşəli kəndi adlandırılmışdır. == Toponimikası == Xarxaput toponiminin erkən orta əsrlərdə Qafqaz Albaniyasının Arsax əyalətində mövcud olmuş Xarx qalasının adı ilə eyni mənşədən olmasını güman edilir, digər qismi isə türk dillərindəki karqa (dağ) və bud (təpə) sözlərindən yarandığı ehtimal edilir. Həmçinin oykonim Azərbaycan dilinin dialektlərində işlənən qədim türk dillərindəki xarxa (kimsəsiz, dərin) və bud/put (ağac, meşə) komponentlərindən düzəlib, "dərin meşə" mənasındadır. == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 14 nəfər əhali yaşayır.
Mixaylovka (Goranboy)
Dəyirmanlar (əvvəlki adı: Mixaylovka) — Azərbaycan Respublikasının Goranboy rayonunun Dəyirmanlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Mixaylovka kəndi Baxçakürd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Mixaylovka kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Goranboy rayonunun Mixaylovka kəndi Dəyirmanlar kəndi, Mixaylovka kənd inzibati ərazi vahidi Dəyirmanlar kənd inzibati ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Kəndin əvvəlki adı Dəyirmanlar olmuşdur. Yaşayış məntəqəsini 1949-cu ildə Xanlar rayonundakı Mixaylovka kəndindən ayrılmış molokan ailələri saldığına görə əvvəlcə Novomixaylovka, sonralar isə Mixaylovka adlandırılmışdır. Kənddə 1950-ci illərdə Ermənistandan qanunsuz olaraq zorla köçürülmüş xeyli azərbaycanlı ailə də məskunlaşmışdır. == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 432 nəfər əhali yaşayır.
Qarapirimli (Goranboy)
Qarapirimli — Azərbaycan Respublikasının Goranboy rayonunun Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Goranlı kənd Sovetindən Qarapirimli kəndi Qırıqlı kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Oykonim əfşarların qırıqlı tayfasının qarapirimli tirəsinin adı ilə bağlıdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kəndi Kürəkçayın sahilində, düzənlikdə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 303 nəfər əhali yaşayır.
96 saylı Goranboy-Naftalan seçki dairəsi
97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi
Alpout bələdiyyəsi (Goranboy)
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Baş Qışlaq (Goranboy)
Başqışlaq — Azərbaycan Respublikasının Goranboy rayonunun Buzluq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Baş Qışlaq kəndi Buzluq çayının sol sahilində, Murovdağ silsiləsinin şm.-ş. yamacındadır. Oykonim "yuxarıda, yüksəkdə olan qışlaq" deməkdir. Kəndin əhalisi vaxtilə Gədəbəy r.nunun Çaldaş, Çalburun və Dəyəqarabulaq kəndlərindən köçüb gəlmiş ailələrdən ibarətdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 0 nəfər əhali yaşayır.
Borsunlu bələdiyyəsi (Goranboy)
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Buz mağarası (Goranboy)
Buz mağarası — Goranboy rayonunda mağara. == İnzibati yeri == "Buz mağarası" adlanan təbiət abidəsi Goranboy rayonunun Buzluq kəndinin cənub qurtaracağında, Kürəkçayın sol tərəfində, dəniz səviyyəsindən 1800 m hündürlükdə, Goranboy Meşə Mühafizəsi və Bərpası Müəsisəsinin xidməti ərazisinin meşə ilə örtülü sahəsi ilə həmsərhəd Buzluq kəndinin bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində yerləşir. == Tarixi == Mağara uzaq keçmişdə təbii fəlakət zamanı bərk süxurlardan ibarət iri qaya parçalarının mütləq hündürlüyü daha çox olan ərazilərdən yuvarlanaraq qala şəklində Kürəkçayın məcrasına toplanması nəticəsində əmələ gəlmişdir. İri qaya parçalarının toplandığı ərazi 0,22 hektar sahəni təşkil etməklə hər bir təərəfi ağaçlarla əhatələnmişdir. Buz mağarası təxminən onun mərkəzi hissəsində qaya parçalarının altında yerləşir və içərisində daim buz olur. Mağaraya daxil olmaq üçün qaya parçalarının arasından 3-3,5 metr şaquli istiqamətdə çox çətinlikə keçilə bilən dar keçidlərlə aşağıya düşmək lazım gəlir. Yay fəslinin və ərazidə yüksək hərarətin olmasına baxmayaraq mağaradan buz parçaları çıxarılır.
Börü (Goranboy rayonu)
Börü (əvvəlki adı: Erməni Borisi) — Azərbaycan Respublikasının Goranboy rayonunun Börü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Goranboy rayonunun Erməni Borisi kəndi Börü kəndi adlandırılmışdır. == Tarixi == == Toponimikası == Börü kəndi Gəncə-Qazax düzənliyindədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 155 nəfər əhali yaşayır.
Düzqışlaq bələdiyyəsi (Goranboy)
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Goranboy-Ağdam-Tərtər seçki dairəsi
Goranboy-Naftalan seçki dairəsi
Goranboy - oğuz eli (film, 1989)
Goranboy Dövlət Rəsm Qalereyası
Gоrаnbоy Dövlət Rəsm Qаlеrеyаsı — 1986-cı ildə yаrаdılıb. Goranboy şəhərində yerləşir. Qalereyada ekspоnаtlаrın sаyı 108 ədəddir. Burada Azərbaycanın Tаğı Tаğıyеv, Güllü Mustаfаyеvа, Mаrаl Rəhmаnzаdə və s. kimi tаnınmış rəssаmlаrın əsərləri nümаyiş еtdirilir. == Haqqında == Goranboy Dövlət Rəsm Qalereyası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 13 fevral 1986-cı il tarixli 100 saylı əmrinə əsasən yaradılmışdır. Dövlət Rəsm Qalereysı 1986-cı ildən 2005-ci ilin may ayına qədər Qızılhacılı qəsəbəsində fəaliyyət göstərmişdir. May ayının əvvəlində rayon mərkəzində Mədəniyyət və İstirahət Parkında yerləşmişdir. 2005-ci il may ayında Goranboy rayon Dövlət Rəsm Qalereyasının açılışı olmuşdur. Açılışda hörmətli Prezdentimiz cənab İlham Əliyev və "Heydər Əliyev Fondu"nun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva iştirak etmişdir.
Goranboy Tarix-Diyarşünaslıq Muzeyi
Goranboy Tarix-Diyarşünaslıq Muzeyi — Goranboy rayonunda yaradılmış muzey. == Muzeyin tarixi == Goranboy rayon Tarix-Diyarşünaslıq muzeyi 1981-ci ildən fəaliyyətə başlayıb. 2014-cü il dekabr ayında muzey yeni inzibati binaya köçürülmüşdür. Muzey Heydər Əliyev prospekti 5 ünvanında yerləşir. Muzey 1 mərtəbəli binadan ibarətdir: ekspozisiya zalı, fond otağı, işçi otağı və yardımcı otaq. == Muzeyin eksponatları == Muzeyin ümumi sahəsi 954 kv.m-dir. Ekspozisiya sərgisinin sahəsi 167 kv.m, fond saxlama otağının sahəsi 56 kv.m-dir. Muzeydə keçmiş və müasir dövrümüzü əks etdirən 2658 ədəd eksponat qorunub saxlanılır. Eskpozisiya zalında 1600 çox eksponat nümayiş etdirilir. Muzey üç bölmədən ibarətdir: qədim, orta və müasir dövr.
воссозида́ться замыва́ть комедиа́нтствовать недолива́ние слаби́тельное цветна́я це́нности изоба́рный напра́вщица приколи́стка роди́лка физиопрофилакто́рий кортик кранбал(ка) секира bed-wetting carton cicisbeo foot-locker jaw-twister midship putrid zetetic волынить киот