GUMBULTU

təql. Ağır bir şey düşdükdə, yaxud bir şeyə dəydikdə çıxan çox bərk, boğuq səs.
Gecədən xeyli keçmiş bacadan gumbultu ilə bir şey içəri düşdü. S.S.Axundov.
Ağaclar gumbultu ilə qatarın hər iki tərəfində yerə düşdü. Q.İlkin.

// Təbil, nağara, dəf və b. zərbli musiqi alətləri çalınarkən çıxan səs.
Sinclərin amansız cingiltisi, təbillərin müdhiş gumbultusu göyə yüksəlir. Ə.Məmmədxanlı.

// bax gurultu 1-ci mənada.
…Uzaqlardan arabir top mərmilərinin gumbultusu eşidilirdi. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GUMBULTU tappıltı — gurultu — şaqqıltı — patırtı
GUMBULDATMAQ
GUMUR-GUMUR

Digər lüğətlərdə

монобло́к несгово́рчивый окарикату́ривать омуто́к по-хулига́нски повыва́ть серпови́дный скорпио́нный автотра́сса жури́ть механосбо́рочный облуча́ться прилага́ться раска́яние ретирова́ться лемки шуликоничать crowning newshound provableness Quasimodo встарь невыразительность скользнуть укипать