GUR

sif.
1. Güclü, qüvvətli, şiddətli. Günəşin gur şüaları.
– Ocağı gur (z.) qaladı; Günortaya hazır oldu çığırtma. R.Rza.
Üfüqdən, buludlar arasından meşənin üzərinə alov rəngində gur şüalar çilənirdi. İ.Hüseynov.

// Bərk. Ocaq gur (z.) yanır.
// Qızğın. Gur alver gedir.
2. Bol və qüvvətli, güclü, coşqun. Gur çay. Gur çeşmə.
– Sərin göllər, dərin çaylar keçmişəm; Bulaqların gur suyundan içmişəm. Ə.Cavad.

3. Güclü, qalın.
[Anatolunun] gur səsindən pəncərələrin şüşələri cingildədi. S.Vəliyev.

4. Qalın, sıx.
[Xədicənin] …gur saçları nəzər-diqqəti cəlb edirdi. İ.Hüseynov.
Qaşqanın gur yalı doğrudan da dəniz kimi ləpələnirdi. Q.İlkin.

5. Çox adam olan, qələbəlik, səs-küylü; gediş-gəliş, hərəkət çox olan, izdihamlı. Gur bazar. Gur şəhər.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GUR 1. GUR, GÜCLÜ, ŞİDDƏTLİ 2. gur bax izdihamlı 3. gur bax sıx 3
  • GUR gurultulu — təmtəraqlı — dəbdəbəli
  • GUR qalın — sıx — toplu
  • GUR bərk — uca — gurultulu — zil (səs)
  • GUR iti — sürətli
  • GUR güclü — şiddətli

Omonimlər

  • GUR GUR I sif. Toplu. Nəsrullanın iri gözləri yuxusuzluqdan qızarmış, gur saçları səliqəsiz halda alnına tökülmüşdü (Q

Antonimlər (əks mənalı sözlər)

  • GUR GUR – SAKİT Gah sakit, gah gur axıb; Dəhnəsindən darıxıb; Sahilə çıxan sular! (R.Rza)
GUPSAMAQ
GUR-GUR

Digər lüğətlərdə