GUR

GUR I sif. Toplu. Nəsrullanın iri gözləri yuxusuzluqdan qızarmış, gur saçları səliqəsiz halda alnına tökülmüşdü (Q.İlkin).

GUR II sif. Güclü, iti, dalğalı. Krandan axan gur suyun şırıltısı, yuyulan saxsı qabların cingiltisi söhbəti davam etdirməyə mane oldu (Q.İlkin).

GUR III sif. Bərk, uca. Otağa gur və zəhmli bir səs yayıldı (İ.Şıxlı).

GÖYLÜK
GÜL
OBASTAN VİKİ
Gur
Qövr vilayəti və ya Qur vilayəti (fars. غور‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin ərazisi 36.479 km², 2009-cu ilin əvvəlinə olan rəsmi təxminə əsasən əhalisi 625.2 min nəfər, inzibati mərkəzi Çağçaran şəhəridir. Əhalisini əsasən taciklər, həzaralar, aymaqlar, özbəklər və puştunlar təşkil edir.
Bəhram Gur
V Bəhram (pəhl. 𐭥𐭫𐭧𐭫𐭠𐭭 Uəhrām, fars. بهرام پنجم‎ Bəhrām) və ya Bəhram Gur (406 – 438, Midiya) — 15-ci Sasani şahənşahı. 420-438-ci illərdə 21 il hakimiyyətdə olmuşdur.
Gur-Əmir
Əmiri-Gur və ya Gur-Əmir – Orta Asiyanın görkəmli abidələrindən biri. Səmərqənddə XV əsrin əvvəllərinə aid türbə. Teymurun əmrilə tikilmişdir. 1420-ci illərdə Uluqbəy tərəfindən genişləndirilmişdir. Teymur, Uluqbəy və b. Teymurilər burada dəfn olunmuşlar.
"Bəhram Gur" stansiyası
"Bəhram Gur" stansiyası — Bakı funikulyorundakı 2 stansiyadan biri; Azneft meydanına çıxır. "Bəhram Gur" və "Şəhidlər Xiyabanı" stansiyalar arası məsafə 455 metrdir. == Tarixi == 1960-cı il mayın 5-də istifadəyə verilmişdir.
Bəhram Gur heykəli
Bəhram Gurun heykəli — Azərbaycanın paytaxtı Bakı şəhərində şəhər funikulyorunun qarşısında Azneft meydanında abidə və eyniadlı fontan. Abidədə Nizami Gəncəvinin "Yeddi gözəl" poemasının qəhrəmanı, Sasanilər sülaləsinin beşinci hökmdarı Bəhram Gurun ayağının ətrafına sarılan ilanabənzər əjdahanı qılıncla öldürməsi təsvir olunmuşdur. Bu heykəli 1959-cu ildə üç heykəltaraş - Albert Mustafayev, Qorxmaz Sücəddinov və Aslan Rüstəmov hazırlamışdır. Bəhram Gurun heykəli 2007-ci ilin sentyabrın ortalarında Bakının "Azneft" meydanı yaxınlığından götürüldükdən sonra Rəssamlar İttifaqı Bədii Fondunun tunc sexində üç aya yaxın müddətdə bərpa olunduqdan sonra yerinə qaytarılmışdır. 2007-ci ilin dekabrın 15-də heykəlin bərpasından sonra açılışı olmuşdur. Bəhram Gurun heykəli 47 il əvvəl hazırlanıb və Bakıda ilk heykəlli fəvvarə hesab olunur. Heykəlin hündürlüyü 3,5 metrdir.
Bəhram Gur stansiyası
"Bəhram Gur" stansiyası — Bakı funikulyorundakı 2 stansiyadan biri; Azneft meydanına çıxır. "Bəhram Gur" və "Şəhidlər Xiyabanı" stansiyalar arası məsafə 455 metrdir. == Tarixi == 1960-cı il mayın 5-də istifadəyə verilmişdir.
Bəhram Gur (film, 2015)
Bakı, mən səni sevirəm kinoalmanaxı 2015-ci ildə ekranlaşdırılmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə "Mosfilm" kinokonsernində istehsal edilmişdir. Kinoalmanaxa 10 qısametrajlı film daxildir: "Aziya", "Görüş", "Rəssam", "Həyət", "Bəhram Gur", "Lotereya bileti", "Xəzər Atlantidası", "Sevgi haqqında", "Aysel" və "Təsadüf". Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Əsas rolları Aziya Arcenti, Corc Qafarov, İlahə Həsənova, Vyaçeslav Razbeqayev, Tural Vaqifoğlu, Kamran Ağabalayev, Alessandro Bertoluççi, Eyşan Özhim, Cavanşir Hadıyev, Fuad Osmanov, Rasim Cəfər, Solmaz Süleymanlı, Ramil Əzimov, Şəbnur Qayıbova, Günel Məmmədova, Elşən Cəbrayılov, Aqniya Ditkovskite, Vadim Tsallati, Zemfira Sadıqova və Fərhad İsrafilov ifa edirlər. == Məzmun == Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Qısametrajlı filmlər insanlar arasında münasibətləri, onların sevgi və həsrətlərini, şad və qəmli anlarını canlandırır. Bu insanları, münasibətləri, həyatın müxtəlif anlarını birləşdirən baş qəhrəman isə Bakı şəhəridir.
Bəhram Gur və qoca çoban
Bəhram Gur və qoca çoban — Nizami Gəncəvinin "Yeddi gözəl" poemasında təsvir edilmiş səhnə əsasında Mir Seyid Əli tərəfindən çəkilmiş rəsm əsəridir. == Mövzu == Nizaminin “Yeddi gözəl” poemasında Bəhram şahın vəziri Rast Rövşən xalqa əzab verir. Şərab və əyləncə Bəhramın gözlərini o qədər dumanlandırmışdır ki, vəzirin əməllərini görə bilmir. Nəhayət, bir gün Bəhram köpəyini ağacdan asmış bir qoca çobana rast gəlir. Şah öyrənir ki, köpək xəyanət etdiyi üçün cəzalandırılmışdır: Çobanın ibrətli, müdrik kəlamı Bəhramı ayıldır. O, çobanın sözlərini eşitdikdən sonra: == Təsvir == Burada bütün insan və heyvan fiqurları təbii, həm də miniatür üslubu daxilində real işlənilmişdir. İnsan fiqurlarının duruş və hərəkətləri, heyvanlar və onlara xas olan vərdişlər maraqlı təsvir edilmişdir. Fonda dağ mənzərəsi, qarşıda ağacdan asılmış it, azca aşağıda isə digər personajlar görünür. Bəhram şahla üzbəüz dayanan çoban, sanki süjeti tamaşaçıya nəql edir. Miniatürdə hər şey sadə, təbii və poetikdir.
Bəhram Gur və Fitnənin ova çıxması
Bəhram Gur və Fitnənin ova çıxması - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Müzəffər Əli tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin "Yeddi gözəl" poemasında, Bəhram şahın Fitnə adlı ay üzlü, zirək və ağıllı bir kənizi var idi. Bir gün şah növbəti ov səfərinə Fitnəni də özü ilə aparır. Onun şücaəti hamını heyrətə salsa da, Fitnə şahın qoçaqlığına qarşı susur, nazındanmı, hiyləsindənmi, nədənsə şahı tərifləmir. Bu zaman uzaqda bir maral qaçır: Fitnə şaha cavab verir ki, == Təsvir == Miniatürdə Bəhramın oxla gurun dırnağını qulağına tikdiyi an təsvir edilmişdir. Burada əsas fiqurlardan əlavə daha dörd süvari, müxtəlif səmtlərə qaçışan iki gur və dağ keçisi təsvir olunmuşdur. Əlində musiqi aləti tutan Fitnə şahı müşayiət edir. Gənc xidmətçi onun atını yedəyə almışdır.
Əmiri-Gur
Əmiri-Gur və ya Gur-Əmir – Orta Asiyanın görkəmli abidələrindən biri. Səmərqənddə XV əsrin əvvəllərinə aid türbə. Teymurun əmrilə tikilmişdir. 1420-ci illərdə Uluqbəy tərəfindən genişləndirilmişdir. Teymur, Uluqbəy və b. Teymurilər burada dəfn olunmuşlar.
Aechmea gurkeniana
Aechmea gurkeniana (lat. Aechmea gurkeniana) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Aquila gurneyi
Qurney qartalı (lat. Aquila gurneyi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü.
Artemisia gurganica
Artemisia gurganica (lat. Artemisia gurganica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Bəhram Gurun heykəli
Bəhram Gurun heykəli — Azərbaycanın paytaxtı Bakı şəhərində şəhər funikulyorunun qarşısında Azneft meydanında abidə və eyniadlı fontan. Abidədə Nizami Gəncəvinin "Yeddi gözəl" poemasının qəhrəmanı, Sasanilər sülaləsinin beşinci hökmdarı Bəhram Gurun ayağının ətrafına sarılan ilanabənzər əjdahanı qılıncla öldürməsi təsvir olunmuşdur. Bu heykəli 1959-cu ildə üç heykəltaraş - Albert Mustafayev, Qorxmaz Sücəddinov və Aslan Rüstəmov hazırlamışdır. Bəhram Gurun heykəli 2007-ci ilin sentyabrın ortalarında Bakının "Azneft" meydanı yaxınlığından götürüldükdən sonra Rəssamlar İttifaqı Bədii Fondunun tunc sexində üç aya yaxın müddətdə bərpa olunduqdan sonra yerinə qaytarılmışdır. 2007-ci ilin dekabrın 15-də heykəlin bərpasından sonra açılışı olmuşdur. Bəhram Gurun heykəli 47 il əvvəl hazırlanıb və Bakıda ilk heykəlli fəvvarə hesab olunur. Heykəlin hündürlüyü 3,5 metrdir.
Bəhram Gurun şir ovu
Bəhram Gurun şir ovu - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Sultan Məhəmməd tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin "Yeddi gözəl" poemasında, Bəhram Gurun vəhşi heyvan ovunu çox sevməsi, atdığı oxların boşa çıxmaması tərif olunur. Şair yazır ki, hətta Bəhram bir dəfə guru pəncələri altına almış şiri oxla hədəfə alıb, onu öz qurbanı ilə bir-birinə tikmişdir. == Təsvir == Nizaminin təsvir etdiyi bu qəhrəmanlıq epizodu bir çox rəssamlar kimi Sultan Məhəmmədi də maraqlandırmışdır. Miniatürün mərkəzində atlı Bəhram, onu müşayiət edən saray əyanları və şahın sevimli kənizi Fitnə təsvir olunmuşdur.XVI əsr Təbriz miniatür məktəbinin üslubuna uyğun olaraq Sultan Məhəmməd öz kompozisiyasında əsl süjetlə əlaqəsi olmayan çoxlu heyvan və başqa personajlara geniş yer vermişdir. Bütün bunlarla yanaşı, o, əsas süjet fonunda heyvanat aləminə xas olan kiçik bir epizod da təsvir etmişdir. Bu epizod təbiətən bir-birinə düşmən olan xallı pələnglə aynın əhvalatıdır; sıldırım qaya üzərində dayanan ayı özündən aşağıda ona tərəf dırmanan pələngə atmaq üçün iri bir qaya parçasını havaya qaldırmışdır. Ayının sui-qəsdini təsvir edən bu epizod nə qədər maraqlı olsa da, tamaşaçının diqqətini əsas süjetdən yayındırmır.Miniatürün aşağı hissəsində imza olaraq "Ustad Sultan Məhəmmədin əməli" sözləri yazılmış, ətrafdakı kitabələrə isə poemanın müvafiq mətnindən yeddi beyt göçürülmüşdür.
Bəhram Gurun əjdahanı öldürməsi
Bəhram Gurun əjdahanı öldürməsi - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Məhəmməd Zaman tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatür əlyazmasına sonradan əlavə edilmişdir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Təsvir == Əsərdə şərq miniatürlərinə xas olan kompozisiyanın ənənəvi sistemi dəyişdirilmişdir. Atlı Bəhram, ön planda qabarıq verilmiş caib əjdahaya ox atır. Arxa planda ağaclı dağlar və Avropa tipli bir ev görünür. Rəssam şərq üslubunu yalnız Bəhramın geyimində və surətində saxlamışdır. == Tədqiqi == 1675-ci ildə Bəhram Gurun əjdahanı öldürməsi mövzusunda miniatür işləmiş Məhəmməd Zaman, İtalyan rəssamlığından təsirlənmişdir. Nadir Zamanov qeyd edir ki, "İtaliyada təhsil almış bu rəssamın yaradıcılığında klassik miniatür üslubu ilə realistik Avropa boyakarlığının xüsusiyyətləri birləşir." İvanovun fikrincə isə, Məhəmməd Zaman İsfahanda hansısa italyan rəssamdan təhsil almışdır.
Fəxrəddin Əsəd Gurgani
Fəxrəddin Əsəd Gurgani — XI əsr fars şairi.
Grande de Gurupa
Tupinambarana (port. Ilha Grande de Gurupá) — Braziliyada Amazon çayı hövzəsində yerləşir. == Coğrafiyası == Adanın sahəsi 4,864 km² təşkil edir. Sahəsinə görə Banabal və Tupinambarana adasından sonra çayla əhatələnmiş ikinci böyük Çay adasıdır. Ada ilə əlaqə hava və su nəqliyyatı vastəsi ilə yaradılır. Amazon çayının deltasında qərarlaşır.
Gurab Zərmix
Gurab Zərmix — İranın Gilan ostanında yerləşən şəhər.
Gurakani
Böyük Moğol İmperiyası (fars. گورکانیان‬‎, translit. Gūrkāniyān; urdu مغلیہ سلطنت‬, translit. Mughliyah Saltanat) və ya Baburlu İmperiyası (fars. امپراتوری مغولی هند‎, translit. Empīrāturī-ye Moġolī-ye Hend) — 1526–1857-ci illər arasında mövcud olmuş və əsası Teymurilər sülaləsindən olan Babur tərəfindən qoyulmuş türk dövləti. Moğollar türk idilər. "Moğol" adı onlara onları səhvən monqol bilən avropalılar tərəfindən verilmişdir. Baburlu imperiyasının hökmdarları şah, xan, xaqan və padşah titulları daşıyırdılar. Qərbdə (Avropada) isə Baburlu xanları "Monqol (moğol) imperatoru" olaraq bilinirdilər.
Guranabad
Guranabad (Urmiya)
Guranabad-i Paşayi (Sulduz)
Guranabad-i Paşayi (fars. گوران ابادپاشائ‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 60 nəfər yaşayır (17 ailə).
Guranabad-i Qazi (Sulduz)
Guranabad-i Qazi (fars. گوران ابادقاضي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 114 nəfər yaşayır (28 ailə).
Guranabad-i Qazzaq (Sulduz)
Guranabad-i Qazzaq (fars. گوران ابادقزاق‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 127 nəfər yaşayır (26 ailə).
Guranabad (Urmiya)
Guranabad (fars. گوران اباد‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 101 nəfər yaşayır (17 ailə).
Göy gurultusu
Göy gurultusu — ildırımın yaratdığı səs. Göy gurultusunun səsi ildırımın məsafəsindən və təbiətindən asılı olaraq dəyişə bilər. Şimşək və ya ildırım ətraflarındakı havanı saniyənin milyonda biri qədər bir müddətdə 30.000 dərəcəyə qədər qızdırırlar. İstilənən bu hava birdən genişləyir. Bu zaman normal atmosfer təzyiqinin təxminən 100 misli qədər bir təzyiqlə, səs sürətindən çox sürətli səs dalğaları yayılır. Bu eynilə səs sürətini keçən təyyarələrdə olduğu kimi qulağımıza partlama səsi olaraq çatır. Buna göy gurultusu deyirik.Göy guruldaması normal şərtlərdə 24 kilometrdən daha çox məsafələrdən eşidilmir. == Səbəb == Şimşəyin səbəbi əsrlər boyu fərziyyə və elmi araşdırma mövzusu olmuşdur. Erkən düşüncələr bunun tanrılar tərəfindən edildiyini düşünürdü. Qədim Yunan filosofları isə bunu küləyin toqquşdurduğu buludlar (Anaksimandr, Aristotel) və ya buludların içərisindəki havanın hərəkəti (Demokrit) kimi təbii səbəblərlə əlaqələndirirdilər.

Значение слова в других словарях

бразилья́нец взъеро́шиться засекре́ченный контррефо́рменный металли́сты мо́лненный ордина́рно поса́дничество придо́нный пря́гла разночи́нствовать цветово́д логи́ческий нотариа́т стеклови́дно стих стре́лочка decastyle forwardly jacaranda pathology quinquefoliate skinhead нянюшка турбобур