GURLAMAQ

f.
1. Bərkdən səslənmək, gurultu qoparmaq, guruldamaq.
Hiddət ilə ruzigar gurlar; Qar parçaları səmaya fırlar. A.Şaiq.

// Eyni mənada odlu silahlar haqqında. Minomyotlar gurladı. Uzaqvuran toplar aramsız gurlayırdı.
// Eyni mənada gurultulu səs çıxaran çalğı alətləri haqqında. Təbil gurladı.
– Şeypurlar gurladı, ov bitdi. Çəmənzəminli.
[Qacar:] Gurlasın dağlarda şeypurun səsi; Sabah alınmalı Şuşa qələsi! S.Vurğun.

2. Qalın və güclü səs çıxarmaq, bu cür səslə danışmaq. Qoca gurladı.
[Ayrım qızının] gurlayan ( f.sif. ) səsini hər kəs eşitsə idi, onun bir kişi olduğuna inanardı. A.Şaiq.

// Bərk səslənmək.
Bu suallar birər-birər Dəmirqayanın qulağında gurlayırdı. H.Nəzərli.

3. məc. Güclü bir qüvvə ilə başlamaq, qopmaq.
Pəncərədən izdihama tamaşa edən xanımlar, qızlar 1825-ci ildə baş vermiş dekabristlər üsyanının yeni bir qüvvətlə gurlayacağından qorxub tir-tir əsirdilər. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GURLAMAQ gumbuldamaq — partıldamaq
GURLAMA
GURLANMA

Digər lüğətlərdə

амфо... дробови́к надлупи́ть немотиви́рованный переклёпка раска́ливание телегла́с ...га́мия брако́вщик не́кий ктитор обедной челба by- Corsican hospitaler laminate larvivorous metalism tie-shooting застёгивать книготорговый книгохранилище невропатия расплатиться