GURP

təql. Ağır bir şey düşdükdə çıxan səs.
◊ Ürəyi gurp eləmək – bax ürəyi gup eləmək (“gup”da).
GURLAYICI
GURPADAN
OBASTAN VİKİ
Hüseyn Rəhmi Gurpınar
Hüseyn Rəhmi Gurpınar (17 avqust 1864, Konstantinopol – 8 mart 1944, Heybəliada, İstanbul ili) — türk yazıçı, publisist. == Həyatı == O, 17 avqust 1864-cü ildə padşahın yavəri Mehmed Səid paşa və Ayşə Sidiqə xanımın ailəsində İstanbulda Ayaspaşada dünyaya gəlmişdir. Kiçik yaşlarında anasını vərəm xəstəliyindən itirən Hüseyn Rəhmi bir müddət Giritdə atasının yanında qalıb, ilk təhsilinə burada başlasa da, atası evləndikdən sonra ana nənəsinin yanına İstanbula qayıtmışdır. O, burada Ağsarayda Yaqubağa məhəlləsində nənəsi və xalalarının yanında böyümüşdür. Burada Yaqubağa (Ağayoxuşu) məhəllə məktəbində, daha sonra Mahmudiyyə Rüşdiyyəsində təhsil almışdır. Tarix müəllimi Əbdürrəhman Şərəf Əfəndinin təşviqi ilə iki ilə qədər Mülkiyyə məktəbində təhsilinə davam etmiş, burada fransız dilini incəliklərinə qədər öyrənmişdir. İkinci kursda oxuyarkən möhkəm xəstələnmiş və bununla əlaqədar olaraq təhsilini yarım qoymalı olmuşdur (1880). Bir müddət müxtəlif dövlət müəssələrində məmur kimi fəaliyyət göstərsə də, 1908-ci ildə işindən ayrılıb, həyatını ədəbiyyata həsr etmişdir. Hüseyn Rəhmi Türkiyə Böyük Millət Məclisinin Kütahya üzrə 5-ci (1936–1939) və 6-cı (1939–1943) Çağırış millət vəkili kimi fəaliyyət göstərmişdir. O, 8 mart 1944-cü ildə İstanbulda Heybəliadadakı evində vəfat etmiş, Abbas Paşa qərbristanlığında dəfn edilmişdir.

Значение слова в других словарях

автожи́р Введе́ние выква́шиваться заатланти́ческий запляса́ться меша́льщик обхлопа́тывать отлага́ться петрологи́ческий заса́дка клёцки малоду́шествовать мусульма́нство побеле́вший полти́нник привести́ пряди́льный бусать вянейдукса ground-speed handball marsh-fire objective zone skulk драпать