GURULTU

is.
1. Bir şeyin hərəkətindən və ya düşməsindən hasil olan çox bərk qarışıq səs.
[Məlikməmməd] sübhə yavuq gördü bir gurultu, bir nərilti gəlir ki, yer zəlzələ eləyir. Çəmənzəminli.
Sel gurultu ilə alaçığın içindən axıb gedirdi. A.Şaiq.

2. Qarışıqlıq, çaxnaşma, hay-küy.
Küçədə böyük bir gurultu vardı. S.Hüseyn.
Mühakimə, şəhəri titrədən xariqüladə gurultular ilə başladı. M.S.Ordubadi.

◊ Gurultuya vermək – günahı olmayan bir adamın məhvinə səbəb olmaq, bada vermək.
Gurultuya getmək – günahı olmadan məhv olmaq, bada getmək.

Синонимы

  • GURULTU çaxnaşma — qalmaqal — hay-küy
  • GURULTU uğultu — guvultu — patırtı
GURULDAYICI
GURULTU-NƏRİLTİ
OBASTAN VİKİ
Göy gurultusu
Göy gurultusu — ildırımın yaratdığı səs. Göy gurultusunun səsi ildırımın məsafəsindən və təbiətindən asılı olaraq dəyişə bilər. Şimşək və ya ildırım ətraflarındakı havanı saniyənin milyonda biri qədər bir müddətdə 30.000 dərəcəyə qədər qızdırırlar. İstilənən bu hava birdən genişləyir. Bu zaman normal atmosfer təzyiqinin təxminən 100 misli qədər bir təzyiqlə, səs sürətindən çox sürətli səs dalğaları yayılır. Bu eynilə səs sürətini keçən təyyarələrdə olduğu kimi qulağımıza partlama səsi olaraq çatır. Buna göy gurultusu deyirik.Göy guruldaması normal şərtlərdə 24 kilometrdən daha çox məsafələrdən eşidilmir. == Səbəb == Şimşəyin səbəbi əsrlər boyu fərziyyə və elmi araşdırma mövzusu olmuşdur. Erkən düşüncələr bunun tanrılar tərəfindən edildiyini düşünürdü. Qədim Yunan filosofları isə bunu küləyin toqquşdurduğu buludlar (Anaksimandr, Aristotel) və ya buludların içərisindəki havanın hərəkəti (Demokrit) kimi təbii səbəblərlə əlaqələndirirdilər.

Значение слова в других словарях

наступа́ние нахитри́ть пошлова́тый разве́данность уме́линка хи́пеж ко́мпас лице́йский оглаша́ться опоро́чить пересортиро́вка подлиза́ть подно́жие подса́дный стано́чник фонта́ном Cornelia low comedy ludicrously procathedral storm belt Zionward жилище знаменосец прикусывать