GUŞƏ

is. [ fars. ]
1. Künc, bucaq. Otağın guşəsi.
– Onlar uçuq toyuq hinini palçıqlayır və həyətin bir guşəsinə yapılmış təzəkləri qalağa yığırdılar. M.İbrahimov.
[Səlim] başqa bir guşəyə yeridi. B.Bayramov.

// Tin, künc. Binanın guşəsi.
□ Guşə bağlamaq – iki divarın kəsişdiyi yeri hörmək, tini tikmək.
Baş tərəfdəki guşə bağlayan ustanın oxumağı ayrı bir zövq verirdi. S.Rəhimov.

2. Hissə, tərəf, cəhət.
Axşam vaxtları Xansaraq şəhərinin məğrib tərəfi behiştin bir guşəsini yada salır. C.Məmmədquluzadə.

3. Qələbəlik, izdihamlı yerdən uzaq olan sakit yer.
[Molla İbrahimxəlil:] Məgər mən öz ixtiyarımla belə abadanlıqdan xaric, xəlvət guşəyə özümü çəkmişəm?. M.F.Axundzadə.
[Rza:] Mən yavaşca evdən çıxıb Ulduzla həyətin xəlvət bir guşəsinə çəkilmişdim. M.İbrahimov.

4. Böyük bir şeyin içində müəyyən məqsəd üçün ayrılmış xüsusi yer, hissə. Qəzetin tənqid guşəsi.
– Bax, bu ikinci otaqdakı pərdəli guşələri görürsünüz, burada səs verəcəksiniz. Mir Cəlal.

5. mus. Melodiyanın, nəğmənin ən təsirli hissəsi, dəsgahlarda bitkin və aydın melodik quruluşa malik vokal-instrumental epizod.
Xanəndələr onun guşələrini əzbər edib məclislərdə oxuyurdular. Ə.Haqverdiyev.
Muğam – hər guşəsi sirli, soraqlı; Yola bənzəyir. B.Vahabzadə.

◊ Qırmızı guşə – siyasi və mədəni maarif işləri üçün ayrılmış, kitab, plakat və s. ilə təchiz olunmuş otaq, yer. Zavodun qırmızı guşəsi.

Синонимы

  • GUŞƏ guşə bax künc
  • GUŞƏ künc — tin — bucaq
GUŞ
GUŞƏBƏND
OBASTAN VİKİ
Guşələr (Həştrud)
Guşələr (fars. قوشه لر‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 251 nəfər yaşayır (47 ailə).
Göllü-guşəli xalçaları
Göllü-guşəli xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.

Значение слова в других словарях

высыпа́ться газифика́тор декато́нна несо́бственно-прямо́й проктологи́ческий размани́ть русоволо́сый самоощуще́ние сдёрнуть созда́тельница таска́ние фельдма́ршальство шерстове́дение без балды́ отгу́ливать прямосло́йный таджи́кский статский à la russe air-cushioned northwards root house stomacher вычитать огрызаться