GÖBƏK

Döl ana bətnində olanda onun qidalanması üçün göbək bağı deyilən bo­ru işə yarayır. Doğumda bu bağı kəsirlər, yerdə kiçik bir çuxur qalır ki, ona da göbək de­yirlər. Göbək, ilk növbədə, göbələk sözü ilə oxşardır, gö­bələk isə “köpmək” an­lamı ilə bağlıdır, amma göbək çökək olur. Ona gö­rə də məna yaxınlığı özünü gös­­tər­mir. Əslində, boru təzə kəsiləndə gö­bək də göbələk kimi bir qədər domba və­­ziy­yətdə olur. Ad da buna əsasən veril­miş ola bilər. Qurumaq (kepimək) feili mövcud olub (indi təpimək şəklində işlədilir), göbək (köbək) bu kəlmə ilə də bağlı ola bilər, çünki boru kəsildik­dən sonra göbəkdə quruma pro­sesi gedir. Mü­ba­hi­sə­lidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

GOD
GÖBƏLƏK
OBASTAN VİKİ
Göbək ciyəsi
Göbək ciyəsi (lat. funiculus umbilicalis) — embrionu, daha sonra dölü bətnində cift vasitəsilə ana orqanizmlə birləşdirən xüsusi bir üzv. İnsanda onun uzunluğu 50-70 sm vä daha artıq olur. Bu da dölün ana bətnində (uşaqlıqda) sərbəst hərəkət etməsinə imkan yaratmış olur. Göbək ciyəsinin qalınlığı yeni doğulmuşda 2 sm olur. Onun xarici qişası ya örtüyü hamar və bir qədər parıltılıdır. == Təşkili == === Göbək arteriyaları === Göbək arteriyaları 2 ədəd olub, dölün daxili qalça arteriyalarından başlanğıc götürərək karbon qazı, metobolizm maddələrilə zəngin qanı ciftə çatdırır. Doğuşdan sonra boş qaldığına görə çapıq toxumasına çevrilərək göbək büküşünün əmələ gəlməsində iştirak edir. === Göbək venası === Göbək venası ilkin mərhələdə cüt olur. Sonradan sağ vena obliterasiya olunur, tutulur.
Göbək venası
Göbək venası (lat. v. umblicalis) vasitəsilə ciftdən arterial qan dölə doğru axır. Göbək venası göbək ciyəsilə gedərək göbəkdən qarın boşluğuna daxil olur, qarnın ön divarının dal səthilə yuxarıya qalxaraq qaraciyərin qapısına çatır və burada iki şaxəyə bölünür. Şaxələrdən biri qapı venasına və digəri venoz axacaq – lat. ductus venosus adı ilə aşağı boş venaya açılır. beləliklə göbək venası ilə axan arterial qanın bir hissəsi aşağı boş venadakı venoz qanla qarışır, digər hissə isə qapı venasındakı venoz qanla qarışıb qaraciyərə daxil olur və orada kapillyar sistemini keçdikdən sonra qaraciyər venaları (lat. vv. hepaticae) vasitəsilə yenə aşağı boş venaya tökülür. Bunun nəticəsində qaraciyər başqa üzvlərə nisbətən artıq miqdarda arterial qan alır, ona görə də embrionda olduqca artıq inkişaf etmiş olur.
Göbəklitəpə
Göbəklitəpə (türk. Göbekli Tepe) — Türkiyənin cənub-şərqində, Örəncik kəndindən 2,5 km, Şanlıurfa şəhərindən 15 km şimal şərqdə yerləşən, dünyada ən qədim istehkam məbəd kompleksidir. 2003 cü ildə aparılmış geomaqnit tədqiqatlarına əsasən 12000 il yaşı olan bu məbəd kompleksi, e.ə. IX minilliyə aiddir. Kompleks cəmi 20-dən artıq dairəvi şəklində olan istehkamlardan ibarətdir. Bəzi sütunların səthi relyeflərlə örtülüdür. Məbəd məqsədli şəkildə e. ə. VIII minillikdə torpaqla basdırılmışdır. Uzun illər məbəd kompleksi 15 m hündürlüklü və 300 m diametrli Göbəklitəpə hündürlüyündə yatıb qalmışdır.
Göbəktala
Göbəktala — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Göbəktala kəndi Rəsullu kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Göbəktala kənd Soveti yaradılmışdır. == Əhalisi == Kənd əhalisinin sayı 1431 nəfərdir ki, onun da 729 nəfəri kişi, 702 nəfəri isə qadındır. == Din == Kənddə "Həzrəti Əbülfəz" məscidi dini icması fəaliyyət göstərir.
Göbəktala bələdiyyəsi
İmişli bələdiyyələri — İmişli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Значение слова в других словарях

агроконве́йер бабу́ша злеть невы́ясненный Открове́ние отставля́ться подбоче́ниваться подко́с по́чечник размачтова́ть ретрогра́дность рулёжный со́лнечник то́нкий шварто́вный приме́рный сигаре́та кипека consanguine exploitage merger prochain медлительно мичманский унаследовать