GÖK

1 – Tanrı, Tanrıdan. Tanrısal, müqəddəs 2 – Mavi, Göyün rengi 3 – Yer üstü, göy üzü 4 – Əzəl-ebed, başsızlıq və sonsuzluq 5 – Gözəllik, göz alıcılık, üstünlük. Əski türkcədir. Əski Türkcədə Tanrıya da bəzən Gök Tenqri - yəni Göy Tanrı ifadəsi işlədilirdi.
GƏLƏCƏK
GÖRÜNMƏ
OBASTAN VİKİ
Arka Bahçem (Göksel albomu)
Arka Bahçem – Göksel-in 2005-ci ildə çıxardığı 4-cü albomudur.
Ay'da Yürüdüm (Göksel albomu)
Ay'da Yürüdüm – Göksel-in 2007-ci ildə çıxardığı 5-ci albomudur. Albomdakı "Taş Bebek" və "Yarabbi Şükür" mahnılarına klip çəkilmişdir.
Birinci Göktürk-Sasani müharibəsi
Birinci Göytürk-Sasani müharibəsi — Sasanilər ilə Qərb Göytürk Xaqanlığı arasında baş vermişdir Türklərin yanında başda Ağhunlar olmaq üzrə vassalları da iştirak etmişdir. İki dövlət arasındakı qarşıdurmalar Türklərin İrana basqınlarıyla başlamışdır. Sasani ordusunun uğurlu müdafiəsi nəticəsində Göktürk istilaları dayandırılmışdır. 558 ilində Sasani hökmdarı I.Xosrov Ağhunlara son vermək məqsədiylə Onoxlarla ittifaq etdi. Və qələbə nəticəsində Ceyhun çayının şimalı Türklərin, cənubu isə Sasanilərin idarəsi altına girdi. Buna baxmayaraq Türklər 580-ci illərin başından 588 ilinə qədər İpək Yolu üzərində vassalları Ağhunlarla birlikdə yürüş və talanlar etdilər. Buna görə Sasanilər məşhur sərkərdə Bəhram Çubinin (Mihranın) başcılığıyla seçmə bir ordunu Şərqə göndərdilər. (Bu sırada Sasani taxtında IV. Hürmüz var). Bəhram Çubin'in ordusu 12.000 nəfərlik seçmə Fars əsgərlərindən ibarət idi.Müttəfiq Türk ordusunun başında Ch'u-lo-hou xaqan var idi.Qanlı döyüşdə 300.000-lik Göytürk ordusu darmadağın edildi.Çu-lu xaqan bir oxla həlak oldu. Farslar türk işgalının qarşısını alıb Bəlx (Bactra) və Herat'ı azad etdilər.Bu məğlubiyyətdən sonra Türklər şimal-şərqə çəkildilər və xeyli müddət bu yerlərdə görünmədilər.
Bədriyə Tahir Gökmən
Bədriyə Tahir Gökmən — ilk Türk qadın pilotdur."Gökmən Bacı" adı ilə tanınır. == Həyatı == 1932-ci ildə Vecihi Uçuş Məktəbində aviasiya təliminə başladı. Dövlət qulluqçusu olduğu müddətdə uçuş təliminə davam etdi. 1933-cü ildə nişan aldı. Abdurrahman Türkkuşu ona Gökmən ləqəbini verdi. Gökmən Bacı kimi tanınan Bədriye Tahir 1934-cü ildə Soyad Qanunu qəbul edilərkən Gökmən soyadını götürdü.Bədriye Tahir, aviasiya səyləri səbəbindən bir çox reaksiya və maneə gördü. Aviasiya ilə maraqlandığı üçün maaşından kəsildi və nəticədə işindən qovuldu. 1934-cü ildə Vecihi Məktəbi, şagirdlərin döş nişanlarını təsdiqləmək üçün onların Hava Qüvvələri Müsteşarlığı tərəfindən test edilməsini istədi. Ancaq imtahan komitəsi gələndə imtahan keçirilə bilmədi, çünki məktəbin yeganə aktiv təyyarəsi məhv edilmişdi, nümayəndə heyəti yenidən gəlməkdən imtina etdikdə məktəb bağlandı və Gökmən Bacı-nın pilotluğu təsdiqlənmədi. O dövrdə işdən qovulan Bədriye Tahir Gökmənin sonrakı həyatı məlum deyil.
Gökcə Pəhlivanoğlu
Gökcə Pəhlivanoğlu — Türkiyə rejissoru. Gökcə Pəhlivanoğlu 1984-cü ildə İstanbulda anadan olub. Mərmərə Universitetinin Gözəl Sənətlər fakültəsinin Sinema TV bölümünün məzunudur. Əlavə olaraq fotoqrafiya ilə məşğuldur. "Trident" (2004), "Çıma" (2004), "Zincirləmə film tamlaması" (2005) filmlərinin rejissorudur. 2003-2004-cü illərdə bir çox filmlərdə prodüser-dizayner və fotoqraf kimi çalışıb. "Trident" filmi 2004-cü ildə İstanbul Qısa Filmlər Festivalında, "Çıma" Metro Qroum Qısa Filmlər yarışmasında 4-cü mükafatı qazanıb. "Zincirləmə film tamlaması" isə Beynəlxalq İzmir Qısa Filmlər Festivalının finalçısı olmuşdur. Bundan başqa həmin film Antalya Altun Portağal Film Festivalının Qısa Film yarışmasında iştirak etmiş, Akbank Qısa Filmlər Festivalının finalçısı olmuşdur.
Gökcə ət-Türki
Gökcə ət-Türki (tam adı: İzzəddin Əbül-Müzəffər Gögcə ibn Əbdüllah ət-Türki) — Eldənizlərin vassallarından olmuşdur. İraqi Əcəmdə yəni İran ərazisində Xarəzmşahlara və Eldənizlərə qarşı fəal döyüş əməliyyatları aparmışdır. Bir müddət İraqi Əcəmi sultan titulu ilə idarə etmiş xəlifə ən-Nasir ilə müttəfiq olmuşdur. == Həyatı == Xarəzmşah Təkişin Xarəzmə qayıtmasından sonra İraq məmlükləri bir yerə yığışaraq Xarəzmşahlara qarşı mübarizəyə başladılar. İttifaqın başında duran Cahan Pəhləvanın vassalı Gökcə ət-Türki ilə birlikdə xəlifə ən-Nasir də Xarəzmşahlara qarşı hərəkətə keçmişdi. Xarəzmşah tərəfindən Özbəyə verilən köhnə İraq Səlcuq torpaqları xəlifə ilə Gökcə arasında bölüşdürüldü. Rey, Savə, Qum, Kaşan Gökcənin, İsfahan, Həmədan, Zəncan və Qəzvin isə Xəlifənin əlinə keçdi. Özbək Həmədanın idarəsini öz əlinə aldı.Xarəzmşah Təkiş vəfatında sonra taxta oğlu Əlaəddin Məhəmməd keçdi. Xarəzm taxtında meydana gələn hökmdar dəyişikliyindən istifadə edən Gökcə, Özbək və Əbu Bəkr İraqi Əcəm bölgəsindəki fəallıqlarını artırdılar. Həmədana gələn Atabəy Əbu Bəkr buranın idarəsini qardaşına verib, İsfahanı öz əlinə keçirdi.
Gökdepe
Gökdepe (türkm. Gökdepe — şəhər (1993-cü ilə qədər - Geok-Təpə), Türkmənistanın Axhal velayatının Gökdepe etrapının inzibati mərkəzi. == Tarix == Tarixən bu, Transxəzər dəmiryolunun Gökdepe stansiyasının yaxınlığında yerləşən Transxəzər bölgəsinin Axaltəkə bölgəsindəki üç kəndin adı idi. Əsas cazibə vahidləri Rus qoşunlarının işğalından qorumaq üçün Yeni-Şaar adlanan Tekinlər tərəfindən inşa edilmiş geniş bir istehkamın xarabalıqlarıdır. 1881-ci ildə rus qoşunları tərəfindən tutulduğundan bu yana Gökdepe (Dengil-Tepe) kimi tanınır. === General Lazarevin yürüşü === 1878 -ci ildə, Tekinlərin ruslara tabe olan Yumudların kəndlərinə davamlı basqınları və karvanların soyulması nəticəsində general Lomakinin komandanlığı altında olan rus qoşunları bölgədə asayişi bərpa etmək üçün Çikişlyardan yola düşdülər. (Atrek ilə Sumbarın birləşməsində) orada bir istehkam qurdu və içərisində kiçik bir qarnizon buraxdı. Bu məqsədə çatılmadı - Tekinlər daim Chat ətrafında gəzirdilər və hətta Çikişlyara hücum etdilər. Nəticədə daha əlverişli bir strateji nöqtəni tutmaq lazım sayıldı. 7310 piyada, 2900 süvari və 34 silahdan ibarət bir dəstə iki hissəyə bölündü: 4.000 piyada, 2000 süvari və 16 silah, general -leytenant ID Lazarevin komandanlığı altında işğal üçün nəzərdə tutulmuşdu; Qalan qoşunların Çikişlyarla ünsiyyət qurması lazım idi.
Gökhan Aybulus
Gökhan Aybulus == Həyatı == Musiqiçi Türkiyənin Əskişəhər şəhərində dünyaya göz açmışdır. İlk musiqi təhsilinə, Anadolu Universiteti Dövlət Kanservatoriyasında, Professor Zöhrab Adıgözəlzadənin yanında başlamışdır. 2000-ci ildə Moskva Çaykovski Kanservatoriyasında Professor Naum Shtarkmanın sinifinə daxil olmuşdur. 2006 -cı ildə Çaykovski Konservatoriyasında təhsilini tamamlayan Aybulus, 2009-cu ildə doktorantura təhsilini Lale Taranın vasitəsiylə Professor Sergei Dorensky ilə Moskvada bitirmişdir.
Gökhan Gönül
Gökhan Gönül (4 yanvar 1985[…] və ya 7 yanvar 1985) — Türkiyəli futbolçu. "Fənərbaxça" klubunun və Türkiyə milli futbol komandasının heyətində çıxış edir. == Həyatı == 7 yanvar 1985-ci ildə Barfada dünyaya gəlib. 6 yaşında olanda ailəsi Bursaya köçür. Məhəllədə top oynayarkən dostları onu Bursa Yolspora apardı və qısa boyu olmasına baxmayaraq qapıçı oldu. Bir gün məşqçi onu sınamaq üçün hücumçu mövqeyində oynatdı. Məşqçi Gökhanın uğurlu performansını gördükdən sonra ona " Artıq qapıçı deyilsən " dedi. İlk illərdə bütün mövqelərdə oynayırdı. Gökhan Gönül ancaq boş vaxtlarında futbol oynayırdı, ancaq məşqçisi Mehmed Kirazoğlu onun uğurlu performansını hiss edib çox çalışdırmağa başladı. Artıq normal məşqlərdən əlavə olaraq axşamlar da məşq edirdi.
Gökhan Güləç
Gökhan Güləç (25 sentyabr 1985) — Türkiyəli futbolçu, Xəzər-Lənkəran klubunun hücumçusu. == Karyerası == Peşəkar futbol karyerasına 2003-cü ildə İnegölsporda başlayan 27 yaşlı hücumçu daha sonra Qaziantepspor (2004-05, 17 oyun, 4 qol), Beşiktaş (2005-07, 35 oyun, 8 qol), Dənizlispor (2007-08, 13 oyun, 1 qol), Bursaspor (2008-09, 28 oyun, 6 qol), Kasımpaşa (2009-2012, 28 oyun, 7 qol) klublarında oynayıb. Türkiyənin 20 yaşlılardan (10 oyun) və 21 yaşlılardan (6 oyun) ibarət yığma komandalarında çıxış edən futbolçu bu qarşılaşmalarda qapılardan 4 qol keçirib. Bundan başqa, futbolçu Beşiktaşla 2005 və 2006-cı illərdə Türkiyə kubokunu, 2005-ci ildə isə Türkiyə Superkubokunu qazanıb. 2012-ci ilin sonunda Xəzər-Lənkəran klubuna transfer olunub.
Gökhan Kılıç
Gökhan Kılıç (6 yanvar 1988) — Türkiyəli kişi ağır atlet. 56 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Türkiyəni təmsil edir. Gökhan Kılıç İslam Həmrəyliyi Oyunlarında iştirak etmişdir. Son dəfə 2017 İslam Həmrəyliyi Oyunlarında mübarizə aparmışdır.
Gökhan Kırdar
Gökxan Kırdar (2 iyun 1970, Aydın) — türk musiqiçisi və film musiqisi bəstəkarıdır. O, İraq türkmənlərindəndir. == Filmoqrafiya == 1994. Gece, Melek ve Bizim Çocuklar 1998. Namaste 2001. Tekfur Sarayı ve İstanbul 2003. Kurtlar Vadisi 2003. Ölümsüz Aşk 2003. Hayalet 2003. Fırsat/Crude 2004.
Gökhan Kəsər
Gökhan Kəsər (9 sentyabr 1987, İzmir) — Türk müğənni və aktyor. == Bioqrafiyası == Gökhan Kəsər 9 sentyabr 1987-ci ildə İzmirdə anadan olub. Ailəsi Rizənin Pazar mahalından İzmirdə məskunlaşıb. Mənşəyi Rizənin Çamlıhemşin mahalının Kale kəndinə gedib çıxır.4 yaşında hobbi olaraq başladığı modellik karyerasına çox şey qatdı. O, ilk dəfə çox gənc yaşlarında "Miss & Mr Model 2004" yarışmasında qalib seçilərək "Egey Kralı" adını qazanıb. Daha sonra "Best Model of Turkey 2005" yarışmasında Türkiyə ikincisi seçilərək "Manhunt Turkey" adını qazanaraq Türkiyəni xaricdə təmsil etmək hüququ qazanıb. Nəhayət, 2006-cı ildə Çində keçirilən və 64 ölkədən ən yaxşı modellərin yarışdığı və dünyanın ən yaraşıqlı və xarizmatik kişisinin seçildiyi Manhunt International yarışmasında dünyanın dördüncü və ən fotogen kişisi seçildi. və "Manhunt International 2006 "Manhunt International Mr. Photogenic" titullarına layiq görülmüşdür. ölkəmizə gətirilmişdir.
Gökhan Saki
Gökhan Saki (d.18 Oktyabr 1983 Schiedam, Hollandiya) Türkiyə və Hollandiya vətəndaşı peşəkar Kikboksinq idmançısıdır. Hollandiyada Golden Glory Gym komandasında döyüşən Saki 2 dəfə Hollandiya və Avropa Muay Tay çempionu, 2008-ci ildə təşkil olunmuş K-1 Dünya GP 2008 Havay çempionudur. == Kariyerası == Saki 1993-cü ildə 10 yaşında Muay Tay idmanına başladı. 2008-ci ildə Tokioda təşkil olunmuş Dünya K-1 Grand Prix çempionluğunda yarım finala qədər yüksəldi. Yarım finalda rəqibi hollandiyalı Remy Bonjasky-yə nakaultla uduzdu. Hollandiyada böyüyən və özünü Kikboksinq-də təkmilləşdirən Saki Türkiyə adına yarışlara çıxmaqdadır. Ləqəbi İsyancı olan Sakinin boyu 182 sm-dir. Sonuncu dəfə 2010-cu ildə K-1 Grand Prix çempionluğunda Türkiyəni təmsil etmiş və izləyənlərin rəğbətini qazanmışdır. Bu yarışda 1/8 finaldakı rəqibi Daniel Ghita ilə qarşılaşmışdır. Eyni xüsusiyyətlərə malik olduqları üçün onlar arasındakı döyüş son dərəcə ağır və böyük maraqla izlənən oldu.
Gökhan Töre
Gökhan Töre (20 yanvar 1992[…], Köln, Almaniya Federativ Respublikası) — Türk futbolçusu. "Beşiktaş" klubunun hücumçusudur.
Gökhan Zan
Gökhan Zan (7 sentyabr 1981[…], Antioxiya) — təqaüddə olan türk futbolçu. Gökhan Zanın ilk klubu "Hatayspor" olub. Sonradan "Çanaqqala Dardanelspor"a keçən futbolçu 2003–2004-cü il mövsümündə "Beşiktaş"a transfer olub. O, 2005–2006-cı il mövsümünü "Qaziantepspor"da keçirdikdən sonra "qartallar"ın heyətinə qaytarılıb. 2000-ci ildən Türkiyə milli komandasına çağırılan Gökhan indiyədək 45 dəfə "ay-ulduzlu" forma geyib. 2009-cu ildə "Qalatasaray"la 2 illik müqavilə imzalayıb.
Gökhan Özoğuz
Gökhan Özoğuz (11 oktyabr 1976, İstanbul) — Türk musiqiçi, Athena grubunun solisti və Hakan Özoğuzun əkiz qardaşı.2004 Avroviziya Mahnı Müsabiqəsində Türkiyəni "For Real" adlı mahnı ilə təmsil etdilər. Bu mahnı 195 balla 4-cü oldu və Türkiyənin Avroviziya tarixində ən çox bal alan mahnısı oldu.
Göksel
Göksel Demirpençe (25 noyabr 1971, İstanbul) — Türkiyə musiqiçisi. == Həyatı == Göksel 1971-ci ildə İstanbulda doğulub. İlk və orta məktəbi İstanbulda tamamlayıb. 1988-ci ildə Boğaziçi Universiteti Fəlsəfə bölməsini qazanan sənətçi, musiqiyə olan əlaqəsinin artmasıyla 1991-ci ildə məktəbdən ayrılmaq məcburiyyətində qalıb. 1989-cu ildə Aroyo Odo Çox Səsli Xorunda iştirak edib. Musiqi işlərinə xüsusi solfec və şan dərsləri götürərək başlayıb. İstanbul Universiteti təhsil vəzifəlisi Gül Sabar və İran əslli musiqiçi Evlim Bahçebandan xüsusi dərslər götürdü. Musiqilə peşəkar olaraq məşğul olmağa qərar verən Göksel xüsusi musiqi işləri ilə bərabər bir çox orkestrdə solistlik etdi. 1995-ci ildə Sezen Aksu və Sertab Erenerin işlərində vokalist olaraq vəzifə götürdü. Elə həmin il məşhur musiqiçi Onno Tuncla tanış olmasıyla birlikdə musiqi həyatına bir albom ilə inteqrasiya olunmağa qərar verdi.
Göksu
Göksu — Türkiyədə çay. Çayın uzunluğu 260 km bərəbərdir. == Tarixdə == 1190-cı ildə üçüncü Xaç yürüşü vaxtında Müqəddəs Roma imperiyasının imperatoru I Fridrix Barbarossa bu çayda batmışdı (o vaxt çay Kalikadın adlanırdı). Çayı keçəndə, imperator attan düşüb və boğulmuşdur.
Göksəl Dəmirpəncə
Göksel Demirpençe (25 noyabr 1971, İstanbul) — Türkiyə musiqiçisi. == Həyatı == Göksel 1971-ci ildə İstanbulda doğulub. İlk və orta məktəbi İstanbulda tamamlayıb. 1988-ci ildə Boğaziçi Universiteti Fəlsəfə bölməsini qazanan sənətçi, musiqiyə olan əlaqəsinin artmasıyla 1991-ci ildə məktəbdən ayrılmaq məcburiyyətində qalıb. 1989-cu ildə Aroyo Odo Çox Səsli Xorunda iştirak edib. Musiqi işlərinə xüsusi solfec və şan dərsləri götürərək başlayıb. İstanbul Universiteti təhsil vəzifəlisi Gül Sabar və İran əslli musiqiçi Evlim Bahçebandan xüsusi dərslər götürdü. Musiqilə peşəkar olaraq məşğul olmağa qərar verən Göksel xüsusi musiqi işləri ilə bərabər bir çox orkestrdə solistlik etdi. 1995-ci ildə Sezen Aksu və Sertab Erenerin işlərində vokalist olaraq vəzifə götürdü. Elə həmin il məşhur musiqiçi Onno Tuncla tanış olmasıyla birlikdə musiqi həyatına bir albom ilə inteqrasiya olunmağa qərar verdi.
Göktürk
Göktürk-1 — Türkiyənin yüksək görüntü keyfiyyətinə malik yer müşahidə peyki. Göktürk-2 — Türkiyədə yüksək keyfiyyətli şəkillərin çəkilməsi üçün istehsal edilən ilk peyk. Göktürk-3 — Yer planetini müşahidə peyki.
Göktürk-1
Göktürk-1 — Türkiyənin Aselsan və Türkiyə Aviasiya və Kosmos Sənayesi və İtaliyanın Telespazio şirkəti tərəfindən Türkiyə Milli Müdafiə Nazirliyi üçün hazırlanan yüksək görüntü keyfiyyətinə malik yer müşahidə peyki.
Göktürk-2
Göktürk-2 - TÜBİTAK Kosmos, TAİ əməkdaşlığı çərçivəsində reallaşdırılan kəşfiyyat peyki. 18 Dekabr 2012-ci il tarixində Çindəki Jiuquan Kosmosa Buraxılma bazasından kosmosa göndərilmişdi. Peyk 409 kq ağırlığındadır. Peykin tapşırığı icra edən komputeri və proqram təminatı tamamilə Türk məhsuludur. Türk mühəndisləri tərəfindən istehsal edilmişdir. Türkiyə tarixində yüksək keyfiyyətli şəkillərin çəkilməsi üçün istehsal edilən ilk peykdir. == Tarixi == Hazırlanmasına 2007-ci ildə başlanılan peyk, 18 Dekabr 2012-ci ildə Çindən Çinin istehsal etdiyi Uzun Yürüyüş-2D daşıyıcı raket vasitəsi ilə kosmosa göndərilmişdir. Göktürk-2-nin təchizatlarının hazırlanması 80%-i, layihələndirilməsinin isə 100%-i Türk Mühəndislər tərəfindən həyata keçirilmişdir. == Kosmosa buraxılması == Türkiyənin Çindən pulla aldığı kosmosa göndəriş xidməti sığorta haqqı da daxil olmaqla 20 milyon yevroya başa gəldi. Göktürk-2 kosmosa buraxıldıqdan 12 dəqiqə sonra saat 18.25-də 686 kilometr yüksəklikdəki orbitinə daxil oldu.
Göktürk-3
Göktürk-3 — Türkiyə Milli Müdafiə Nazirliyi üçün Hərbi Elektronika Sənayesinin və TÜBİTAK Kosmik Texnologiyaları üzrə Tədqiqat İnstitutunun (TÜBİTAK UZAY) dəstəyilə Türk Aviasiya və Kosmos Sənayesinin (TAİ) rəhbərliyi altında layihələndirilən və reallaşdırılan Yer planetini müşahidə peyki. == Haqqında == Layihə türk ordusunun ehtiyaclarını qarşılamaq üçün gecə-gündüz, istənilən təbii şəraitdə, hər hansı bir su və hava ərazisi əngəl törətmədən yüksək keyfiyyətlə dünyanın istənilən yerinin təsvirini əldə etmək üçün işlənib hazırlanmışdır. 8 may 2013-cü il tarixində Türk Aviasiya və Kosmos Sənayesi ilə Müdafiə Sənayesi Nazirliyi arasında imzalanmış müqavilə dən sonra tərəflər peyk və yer stansiyalarının yerli olaraq dizayn edilməsi üçün işə başladılar. Milli Müdafiə Nazirliyinun bəyan etdiyinə görə Göktürk-3'ün kosmosa göndərilməsi 2019-cu ilin sonlarına planlaşdırılır.
Gökçə Bahadır
Gökçə Bahadır (doğum 9 noyabr 1981, İstanbul, Türkiyə) — Türkiyə aktrisası. Akademiya İstanbul Radyo Televizyon hissəsindən məzun olub. Müjdat Gezen İncəsənət Mərkəzinde aktrisalıq dərsi alıb. Universitetdən məzun olduqdan sonra Best TV-də VJ-lik, sonra isə Show TVdə Siqnal verilişinin aparıcılığını etdi. "Tatlı Hayat", "Beşik Kertmesi", "Mühürlü Güller" kimi məşuur seriallarda rol alıb.Hayat Bilgisi serialinda Törpü rolunu canlandırıb. Gökçe Bahadır Yaprak Dökümü serialinda Leyla rolunu canlandırmışdır.14 sentyabr 2012-ci ilde Kayıp Şehir adli serialda Aysel rolunu canlandırmısdır. Star tvdə yayımlanan Aramızda qalsın tele-serialında Yadigar rolunu canlandırmıştır. == Şəxsi həyatı == Əli Sunal ilə bir neçə ay evli qalmışdır. Cütlük 23 fevral 2012 tarixində boşanmışdır.

Значение слова в других словарях

аборти́ровать бито́чки вислоу́хий изобрази́ться нерабо́тающий осемени́ться учётный взаимопо́мощь заво́лжский кесарю - ке́сарево! ко́рчиться ла́герница неби́тая несло́жно поголоси́ть размножа́ть разреклами́ровать уведомля́ть драпать привилегированный afterdeck glamour stocks penniless Sibyl suspensor