GÖNDƏRMƏK

f.
1. Yollamaq (birinə vermək, çatdırmaq üçün). Məktub göndərmək. Sovqat göndərmək. Poçtla pul göndərmək.
[Oğul:] Ata, ayda on beş manat qardaşıma göndərə bilərsən? Ə.Haqverdiyev.
[Yaşlı kişi:] Tək bir teleqram üzərinə biz [tatar tacirinə] vaqonlarla mal göndərirdik. S.Hüseyn.

2. Bir tapşırıqla bir yerə yollamaq. Uşağı dükana göndərmək.
[Əsgər:] Günü bu gün Süleymanı görsəm göndərəcəyəm ki, gedib elçilik eləsin. Ü.Hacıbəyov.
Məhəmməd Səfi ağa bir az səbr eləyib, xidmətçi qızı [Alının] dalınca göndərdi. Çəmənzəminli.

// Bir məqsədlə bir yerə getməsini əmr və ya təklif etmək; təyin etmək. İdarəyə müdir göndərmək. İşə göndərmək. Uşaqları gəzməyə göndərmək.
3. Ezam etmək, yollamaq. Müşavirəyə göndərmək. Vətənə göndərmək.
– Keçən gün seçkiqabağı məni seçicilər arasında kütləvi iş aparmaq üçün Xıdırlıya göndərdilər. S.Rəhman.
Bakıda Firidunu növbəti çağırışçılara qoşub, Tbilisiyə göndərdilər. Mir Cəlal.

4. Yazı, hərəkət və ya sözlə öz münasibətini, hissiyyatını bildirmək, ifadə etmək. Salam göndərmək.
◊ Sibirə göndərmək köhn. – Sibirə sürgün etmək.
…Səfəri adam öldürmək üstündə Sibirə göndərdilər. S.S.Axundov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GÖNDƏRMƏK GÖNDƏRMƏK Əkizlər gəlib dedilər ki, dayday işdən gəlməyib, dayıdostu dedi ki, gəlsə həl-həlbət göndərərəm sizə (H
  • GÖNDƏRMƏK yollamaq — vermək — yönəltmək

Antonimlər (əks mənalı sözlər)

  • GÖNDƏRMƏK GÖNDƏRMƏK – GƏTİRMƏK Ancaq hər ehtimala qarşı Səttarın barmaq izlərini ekspertizaya göndərmək lazımdır (H
GÖNDƏRMƏ
GÖNDƏRTMƏ

Digər lüğətlərdə

микроско́пный неглиже́ похо́жий превозвы́сить стрептоко́кк Тур фарисе́й хитрёхонек валю́тный догора́ть изобрета́тельский на роду напи́сано намора́живаться сортаме́нт шашлы́чная agromania camel's-thorn harpy eagle hypostasize maidenhead quilt пацифизм солянка фламандка шпаргалка