GÖRKƏMLİ

1. видный, заметный; 2. с хорошей наружностью, внушительным видом, представительный; 3. выдающийся, солидный, значительный;
GÖRKƏM
GÖRKƏMLİLİK
OBASTAN VİKİ
Görkəmli azərbaycanlılar
Azərbaycanlıların siyahısı — Azərbaycan Respublikası, Sovet Sosialist Respublikaları İttifaqı, Azərbaycan Xalq Cümhuriyyəti, Rusiya imperiyası, Azərbaycan xanlıqlarının və Azərbaycanın digər sələfi dövlətlərinin və dünya ölkələrin tərkibində yaşayan azərbaycanlıların siyahısı. Siyahıda həmçinin Azərbaycanda yaşayan digər etnik azlıqlardan olan məşhur şəxslər, eləcə də xaricdə anadan olub, Azərbaycanda aktiv həyatının çox hissəsini yaşayan şəxslər qeyd olunub. Siyahı ad sırası ilə qeyd olunub.
Görkəmli çiriş
Görkəmli çiriş (lat. Eremurus spectabilis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin çiriş cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükə həddinə yaxın olanlar" kateqoriyasına aiddir – EN B1ab (i, ii, iii, iv, v) + 2ab (i, ii, iii, iv, v). == Təbii yayılması == == Botaniki təsviri == Çoxillik, iyşəkilli kökümsovlu ot bitkisidir. Yarpaqlar 6–15, xətvari, kənarları girintili, çəpinə yuxarı yönəlmiş çılpaq, gövdədən qısa, 1–4 sm enindədir. Gövdə 120 sm hündürlüyündədir. Çiçəkqrupu sıx, çoxçiçəkli salxımdır. Çiçəkyanlığı iyşəkilli-zəngvari, uzunsov xətvari, sarıtəhər, 8–9 mm uzunluğunda, kənarlıdır. Erkəkcik sarı, tünd-qırmızı rəngdə, tozcuqla birlikdə çiçəyalığından 2 dəfə uzundur. Qutucuq şarvari, 2 dəfə meyvə saplağından kiçikdir, qırışlıdır.
Görkəmli şoumen
"Görkəmli şoumen" (ing. The Greatest Showman) — 2017-ci ildə çıxarılmış ABŞ musiqili tarixi dövr dramı. Maykl Qreysinin Cenni Biks və Bill Kondonun ssenarisi əsasında çəkdiyi filmdə Hyu Cekman, Zak Efron, Mişel Vilyams, Rebekka Ferqünson, Zendaya və başqa aktyorlar rol almışlar. Filmin hekayəsi F.T. Barnum tərəfindən “Barnum & Bailey Sirki”nin yaradılmasından ilhamlanmışdır. Filmin əsas çəkilişlərinə 2016-cı ilin noyabrında Nyu-Yorkda başlanılmış, premyerası isə 8 dekabr 2017-ci ildə “RMS Queen Mary 2” okean laynerinə baş tutmuşdur. ABŞ-da film, sirkin fəaliyyətini dayandırmasından yeddi ay sonra, 20 dekabr 2017-ci ildə çıxarılmışdır. “Görkəmli şoumen” əsasən qarışıq rəylər almış, tənqidçilər aktyorların ifasını (xüsusilə Cekmanı), musiqi və istehsalı tərifləmiş, lakin, bəzi tənqidçilər onu “süni ruhlandırıcı və dərin olmayan” adlandırmışlar. 75-cı Qızıl Qlobus mükafatının təəqdim edilməsi mərasimində film Ən yaxşı bədii film — Myuzikl və ya komediya, Ən yaxşı aktyor – Myuzikl və komediya (Cekman) və Ən yaxşı orijinal mahnı ("This Is Me") nominasiyalarında mükafata namizəd göstərilmiş və sonuncu nominasiyada mükafatı qazanmışdır. == Məzmunu == Fineas Teylor Barnum və atası Hallett ailəsi üçün çalışırlar. Azyaşlı Barnum ailənin qızı Çeriti Halletlə zarafat edir; bunu görən atası Barnuma şillə vurur, Çeritini isə otaqdan qovur.
Azərbaycanın görkəmli şəxsiyyətləri
Azərbaycanın görkəmli şəxsiyyətləri — M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından tərtib etdiyi biblioqrafiyalara aiddir. Biblioqrafiya ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı‒biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Biblioqrafiyada ədəbiyyat xronoloji qaydada qruplaşdırılmış, daxildə isə əlifba sırası gözlənilmişdir. == Tarixi == Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsinə dair Sərəncamı çərçivəsində ərsəyə gəlmişdir. == Biblioqrafiya == Kitabda Azərbaycan tarixində müstəsna xidmətləri olan 31 görkəmli və tanınmış şəxsiyyətin həyatı, yaradıcılığı və fəaliyyəti haqqında geniş məlumat verilib. Onların arasında Nizami Gəncəvi, Əfzələddin Xaqani, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Aşıq Ələsgər, Həsən bəy Zərdabi, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Hacı Zeynalabdin Tağıyev, Hüseyn Cavid, Məmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Yusif Vəzir Çəmənzəminli, Mikayıl Müşfiq, Heydər Əliyev, Mir Cəlal Paşayev, Yusif Məmmədəliyev, Səttar Bəhlulzadə, Həzi Aslanov, Niyazi, Kərim Kərimov, Mehdi Hüseynzadə, Qara Qarayev, Lütfi Zadə, Fikrət Əmirov, Ziya Bünyadov, Bəxtiyar Vahabzadə, Xudu Məmmədov, Azad Mirzəcanzadə, Müslüm Maqomayev və başqaları var. Kitabda həmçinin Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanından və II Dünya müharibəsində Balkan ölkələrinin alman faşizmindən azad edilməsində qəhrəmanlıq göstərmiş, azərbaycanlılardan ibarət 223-cü diviziyanın döyüş yolundan da bəhs edilib. == İstinadlar == == Xarici keçidlər == Azərbaycanın görkəmli şəxsiyyətləri ilə bağlı altı məkan Azərbaycan. Mədəniyyət və turizm, Prezident Kitabxanası AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kazimova, Nikki, Azerbaijan - Culture Smart!: The Essential Guide to Customs & Culture, Kuperard., 2011 Vikianbarda Azərbaycan mədəniyyəti ilə əlaqəli mediafayllar var.
Görkəmli Azərbaycanlılar panteonu
Görkəmli Azərbaycanlılar panteonu — Tbilisidə Azərbaycanın görkəmli ictimai xadimlərin dəfn olunduğu memorial qəbiristanlıq. Burada Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh, Fətəli xan Xoyski, Həsən bəy Ağayev və s. kimi görkəmli şəxslər dəfn edilib. Panteon Botanika bağının ərazisində, köhnə müsəlman qəbiristanlığının yerində yerləşir. == Tarixi == Qəbiristanlıq "Gorxana" adı ilə XVII əsrdə yaradılıb. Şərqi Gürcüstan İrandan vassal asılılıqda olanda, qəbiristanlığın yerləşdiyi rayona seyidlər köçməyə başladılar, ona görə şəhərin bu rayonu Seyidabad adlanmağa başlandı. Həmçinin,Tiflisdə yaşayan bütün müsəlmanları elə bu qəbiristanlıqda dəfn edirdilər. XIX əsrdə qəbiristanlığın ərazisi xeyli genişləndirilmişdir. Adı çəkilən şəxslərdən başqa qəbiristanlıqda general Abdulla-ağa Bakıxanov, Məmməd-Həsən Hacınski, yazıçı və publisist Əliqulu Qəmküsar, aktyor və rejissor İbrahim İsfahanlı, şair Mehdiqulu xan Vəfa, diplomat Behbud ağa Şahtaxtinski, İsa Sultan Şahtaxtinski, Adilə Şahtaxtinskaya, yazıçı və publisist Eynəli bəy Sultanov, yazıçı və publisist Rzaqulu Nəcəfov, Hüseyn Əfəndi Qayıbov, Nazlı xanım Məmmədquluzadə, Həmzət bəy Qayıbov, Müzəffər Nərimanov, Fərəc bəy Sultanov, Mirzəli Abbasov, Abbas Qurbanov, Ənvər Xudaverdiyev, Mustafa Vəliyev, Yusif Hacızadə, Hüseyn Bəhmənov, Rzabala Rzayev kimi mədəniyyət, elm xadimləri və siyasətçilər də dəfn olunub, üstəlik Axundovun ailəsinin üzvləri, onun xanımı Tuba-xanım, oğulu Adil bəy və qızı Seyra, xanımının qardaş və bacıları və Mirzə Şəfi Vazehin xanımı da burada son mənzilini tapmışdılar. Onların bir çoxunun adları bu gün panteonun girişindəki abidəyə həkk olunmuşdur.
Görkəmli adamların həyatı
Görkəmli adamların həyatı — məşhur şəxsiyyətlərin həyat və yaradıcılığı haqqında kitab seriyası. Əsası 1890-cı ildə Florenti Fyodoroviç Pavlenkov tərəfindən qoyulmuş və Maksim Qorkinin təşəbbüsü ilə 1933-cü ildən Moskvada buraxılmağa başlanmışdır. 1938-ci ildən "Molodaya qvardiya" nəşriyyatında buraxılır. Bu seriyaya daxil olan kitablar içərisində yazıçı, bəstəkar, rəssam və digər sənət adamlarına, alimlərə (İbn Sina, Şekspir, Dante, Mixail Lomonosov, Onore de Balzak, Gi de Mopassan, Şopen, Lev Nikolayeviç Tolstoy, Dostoyevski, Çexov və başqaları) həsr olunmuş nəşrlər mühüm yer tutur. Həmin seriyadan Babək, Nizami, Mirzə Fətəli Axundzadə, Nəriman Nərimanov, Mirzə Ələkbər Sabir, Firudin bəy Köçərli, Abdulla Şaiq, Ömər Faiq Nemanzadə və başqaları haqqında kitablar çap olunmuşdur. Nəşr olunan bu kitablarda dahi şəxsiyyətlərin həyatı, yaradıcılıqları diqqət mərkəzinə gətirilir, zəruri faktlar, yaxud arxiv sənədləri əsasında tədqiqata cəlb olunur, maraqlı faktlar, araşdırmalar üzə çıxarılır. Müəllifin həyat və fəaliyyətinin bütün incəliklərini olduğu kimi oxucuya təqdim etdiyi qəhrəmanı isə öz növbəsində, geniş oxucu marağı üçün zəmin yaradır. Məsələn, "Görkəmli adamların həyatı" seriyasından Şərqin böyük şairi və mütəfəkkiri Ömər Xəyyamla bağlı nəşr olunan kitabda şairin həyat və yaradıcılığından, xüsusən də bir çox dillərə tərcümə olunaraq dünya şöhrəti qazanmış rübailərindın bəhs edilir. Ömər Xəyyamın həm də bir riyaziyyatçı və filosof kimi məşhur olması diqqət mərkəzinə gətirilir. Ümumiyyətlə, müəlliflər az məlum olan çoxlu materiallar əsasında Ömər Xəyyamın həyat və fəaliyyətini işıqlandırmaqla yanaşı, həm də XI–XII əsrlərdə müsəlman Şərqində mövcud tarixi şəraiti və mənəvi həyatı da geniş qələmə almışlar .
Görkəmli şoumen (film, 2017)
"Görkəmli şoumen" (ing. The Greatest Showman) — 2017-ci ildə çıxarılmış ABŞ musiqili tarixi dövr dramı. Maykl Qreysinin Cenni Biks və Bill Kondonun ssenarisi əsasında çəkdiyi filmdə Hyu Cekman, Zak Efron, Mişel Vilyams, Rebekka Ferqünson, Zendaya və başqa aktyorlar rol almışlar. Filmin hekayəsi F.T. Barnum tərəfindən “Barnum & Bailey Sirki”nin yaradılmasından ilhamlanmışdır. Filmin əsas çəkilişlərinə 2016-cı ilin noyabrında Nyu-Yorkda başlanılmış, premyerası isə 8 dekabr 2017-ci ildə “RMS Queen Mary 2” okean laynerinə baş tutmuşdur. ABŞ-da film, sirkin fəaliyyətini dayandırmasından yeddi ay sonra, 20 dekabr 2017-ci ildə çıxarılmışdır. “Görkəmli şoumen” əsasən qarışıq rəylər almış, tənqidçilər aktyorların ifasını (xüsusilə Cekmanı), musiqi və istehsalı tərifləmiş, lakin, bəzi tənqidçilər onu “süni ruhlandırıcı və dərin olmayan” adlandırmışlar. 75-cı Qızıl Qlobus mükafatının təəqdim edilməsi mərasimində film Ən yaxşı bədii film — Myuzikl və ya komediya, Ən yaxşı aktyor – Myuzikl və komediya (Cekman) və Ən yaxşı orijinal mahnı ("This Is Me") nominasiyalarında mükafata namizəd göstərilmiş və sonuncu nominasiyada mükafatı qazanmışdır. == Məzmunu == Fineas Teylor Barnum və atası Hallett ailəsi üçün çalışırlar. Azyaşlı Barnum ailənin qızı Çeriti Halletlə zarafat edir; bunu görən atası Barnuma şillə vurur, Çeritini isə otaqdan qovur.
Görkəmli şoumen (film musiqisi)
The Greatest Showman: Original Motion Picture Soundtrack — 2017-ci ildə çıxarılmış eyni adlı filmin musiqi albomudur. Albom 8 dekabr 2017-ci ildə "Atlantic Records" tərəfindən çıxarılmışdır. "The Greatest Show", "This Is Me" və "Rewrite the Stars" təbliğat sinqlları ilə erkən sifarişə 26 oktyabr 2017-ci ildə start verilmişdir. Avstraliya və ABŞ hit-paradlarında albom birinci yerə yüksəlmişdir. == Kompozisiyaların siyahısı == Bütün mahnılar Pasek & Pol tərəfindən yazılmış və bəstələnmişdir. == Qəbulu == Albom "Oprah's Favorite Things" siyahısına daxil edilmişdir.

Digər lüğətlərdə

дото́ль про себя́ соедини́ться бактеризова́ться ги́ря дурно́тный дуэ́том кита́йские церемонии кронште́йн нейтро́н неубо́ристый произво́дственница ра́нт субантаркти́ческий блязик цыпочки alveolus baldicoot photograph stallometer suburban youthly клониться совать шелководческий