GÖRMƏK

f.
1. Gözləri ilə qavramaq. Öz gözü ilə görmək. Evi görmək. Hadisəni öz gözümlə gördüm.
[Telli:] Vallah, xanım, elə görməmişdən ərə getmək lazımdır, yoxsa əvvəl görəndə daha sonra yaxşı olmur. Ü.Hacıbəyov.

// Görmə qüvvəsinə malik olmaq. Gözüm zəif görür. Çeşməklə yaxşı görürəm.
2. Təsadüf etmək, rastlaşmaq. Nə vaxtdır onu görmürəm.
[Səlim:] Gəzdim, dolandım, uğradım hər yerə; Mən böylə bir qadın görmədim hələ. H.Cavid.
[Balaş:] Heç bilmirəm nə edim? Qonaqlar da [Atakişini] görmək istəyir. C.Cabbarlı.

// Şəxsən görüşmək. Müdiri görməyə getmək.
// Yoluxmaq, yoxlamaq, baş çəkmək. Xəstəni görməyə getdi. Qız görmək üçün gedib.
– Ceyran, oğlunu görmək bəhanəsilə hər gün Eldarın evinə gedir. S.Hüseyn.

3. Başa düşmək, anlamaq, duymaq, hiss etmək.
Özüm görürəm ki, … – Qəssab Alı gördü ki, bu müştəri lap göydəndüşmədi. Koroğlu”.
Əşrəf gördü ki, hesabdarlıq Nazlının çox xoşuna gəlir. S.Rəhman.

// Hesab etmək, hiss etmək, tapmaq. Mən burada pis bir niyyət görmürəm.
4. Görməyə nail olmaq, qismət olmaq, nəsib olmaq. Oğlunun toyunu görmək. Yaxşı günlər görmək.
– Səlma da aqibət xoş bir gün görür. H.Cavid.
Uzaq deyil, bu günsabah görəcəyik o günləri; Yenə qanad açacaqdır eşq adlanan gözəl pəri. S.Vurğun.

5. Təsəvvürünə gətirmək, fikrən təsəvvür etmək, xəyalına, gözünün qabağına gətirmək.
…Qəhrəman öz uşaqlıq günlərini görürdü. S.Rəhimov.
Qambayev dəhşətli sonun yaxınlaşdığını görürdü. S.Rəhman.

6. Müəyyən etmək, bəlli etmək, aşkara çıxarmaq.
Aşkardı ki, hər iş sahibi ilin axırında … dəftərləri qoyar qabağına və başlar hesab etməyə ki, görsün qazancı nə olub və zərəri nə olub. C.Məmmədquluzadə.

7. Çatmaq, bəs eləmək, kifayət etmək. Bu çörək iki günə bizi görər.
[Bədəl:] Əvvəla, Rəhim xandan gətirdiyimiz sursat neçə müddət bizi görər? Ə.Haqverdiyev.

8. dan. Görüşüb danışmaq, görüşüb məsləhətləşmək, razılığını almaq. Onu görmək lazımdır. Adam görmək lazımdır.
// məc. dan. Qabaqca görüb rüşvət vermək. Koxanı gör, kəndi çap. ( Ata. sözü ). Dövlətli qabaqcadan vəziri görmüş imiş, vəzir də hökmü təsdiq edir. “M.N.lətif.”
9. Etmək, icra etmək, yerinə yetirmək.
[Mərcan bəy:] Qoymursan ki, mən öz işimi özüm görüm. Ü.Hacıbəyov.
Ballı … çay tədarükü görməyə başladı. A.Şaiq.

10. Şübhələnmək, təqsirləndirmək. Kimdən görürsən? – Mərd Allahından görər, namərd yoldaşından. ( Ata. sözü ).
[Oğurluğu] çayxana sahibi kəndlilərdən görürdü. Mir Cəlal.

11. Keçirmək, çəkmək, giriftar olmaq, uğramaq. Kasıblıq görmək. Çox çətinlik görmək. Xəstəlik görmək.
– Bağın, əkinin xeyrini bəylər görəcəkmiş; Toxm əkməyə dehqanları neylərdin, ilahi?! M.Ə.Sabir.

12. Gəzmək, yaşamaq, olmaq. Çox yer görmək.
13. Əmr şəklində gör – a) təəccüb, heyrət bildirir. Gör nə gözəl oxuyur. Gör nə qədər adam var. Gör nə böyük ilandır. Gör necə özündən çıxır; b) bax gör, yoxla, öyrən mənasında. Gör o hara getdi. Gör bir şey öyrənə bilərsənmi? Gör bacara bilərsənmi? c) hədə, qorxu bildirir. Gör ona nə toy tutacaqlar. Gör onun dərsini necə verəcəyəm.
14. Görək şəklində – intizar, qeyri-müəyyənlik bildirir. Görək bu işdən nə çıxar? Görək axırı nə olar?
15. Görüm şəklində – a) təkid, israr bildirir.
– Ə, de görüm, niyə mürüvvətin yoxdur, hə? … – deyə, Xəlil ani və sərt bir nəzərlə Şahmara baxıb, yenə gözlərini çəkdi. M.Hüseyn;
b) arzu, istək bildirir. Görüm böyük oğlan olasan.
[Məsmə:] O ki uşaqları oxutmaq, adam eləmək istəyir, onu görüm yüz yaşasın! Mir Cəlal.

16. Bir sıra isimlərdən sonra gələrək mürəkkəb feil və müxtəlif ifadələr əmələ gətirir; məs.: məsləhət görmək, isti-soyuq görmək, yolunu görmək.
◊ Gördüm deyən olmadı – heç kəs görmədi, tapılmadı, itdi, yoxa çıxdı.
Cənnətəli Nurəddin ilə bərabər beş gün qohumunu axtardı, amma gördüm deyən olmadı. S.S.Axundov.

Gördüyünü götürmək – gördüyü şeyi yadda saxlamaq, tez mənimsəmək, tez öyrənmək, zehnən qavramaq. Uşaq gördüyünü götürər.
– Sarı qayda-qanunu nisbətən çox tez qavrayırdı və gördüyünü götürürdü. S.Rəhimov.

Görməyə gözü olmamaq – zəhləsi getmək, qətiyyən xoşu gəlməmək, nifrət etmək. …Vəzir-vüzəranın Molla Nəsrəddini görməyə gözləri yox idi. “M.N.lətif.”.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GÖRMƏK duymaq — sezmək — bilmək — anlamaq
  • GÖRMƏK baxmaq — nişanlamaq

Omonimlər

  • GÖRMƏK GÖRMƏK I f. Müşahidə etmək; rastlaşmaq. Gözümə bir qara keçmiş görünür; Bir qara keçmiş ki, bizdən uzaqdır (S

Etimologiya

  • GÖRMƏK Bu feilin əsasında qaramaq sözü dayanıb. Qaramaq görməyin qədim sino­nimidir. Görmək qaramağa nisbətən sonralar (həm də onun inkişafı pro­sesində) əmə
GÖRMƏ
GÖRMƏLİ
OBASTAN VİKİ
Qabaqcadan görmək
Qabaqcadan görmək ya Proqnozlaşdırma (İngiliscə. Forecasting) keçmiş və indiki verilərinin istiqamət və gedişini analizi (data trend analysis) əsasında gələcək haqda öncədən faktlı və məntiqli xəbər vermək prosesidir. Bir adi örnək, gələcək müəyyənləşmiş günlərdə faiz dəyişənin təxminidir. Öncədən Demək (Prediction) isə Qabaqcadan görməklə eynidir, ancaq daha ümumi sözdür. İkisi də formal statistik metodlarında olan Zaman Seriləri, keçmə-bloklu (cross-sectional), uzunasına rəqəmlər (longitudinal data), ya alternativ az formal qərar çıxarmaq metodlarını işlədirlər. Bu istifadə çeşidli sahələr arasındda fərqli ola bilər: misal üçün, hidrologiya'da, "Qabaqcadan görmə" (forecasting) və "Ön görü" (forecast) müəyyənləşmiş gələcək zamanlardakı dəyərlərin qiymətləndirilməsi için saxlanılır, halbuki "Öncədən Demək" (Prediction) ibarəti, uzun bir dönəmdə sel axımlarınının neçə dəfə baş verməsi kimi, daha çox ümumi təxminlərə işlənir. Keyfiyyətli öngörü yolları istehlakçıların düşüncə və qərarı əsasında və subyektiv dirlər. Onlar keçmiş verilər(data) əldə olmasalar uyğundurlar. Onları adətən orta və ya uzun mənzilli qərarlarda işlətmək olar. Keyfiyyətli öngörü yollarından neçə örnək: Bildirilmiş rəy və qərar (informed opinion and judgment) Delfi yolu (Delphi method) Bazar araşdırması Tarixi yaşam dövrü bənzətməsi (historical life-cycle analogy) Sayılı qabaqcadan görmə modelləri indiki və keçmiş verilər(data)dən gələcək veriləri (data`nı) əldə etmək için işlənirlər.
Səni yenidən görmək (kitab)
Səni yenidən görmək - fransız yazıçısı Mark Levi tərəfindən yazılmış kitab. Ürəyiniz geridə qalsa, mütləq qayıdacaqsınız... Mark Levinin milyonlarla satılan “Kaş ki doğru olsaydı” romanının davamı olan “Səni yenidən görmək” birincisi qədər sürprizlərlə dolu bir nağıldır. Uğurlu memar Artur və idealist həkim Lauren arasındakı sevgi qaldığı yerdən davam edir; Onların fantaziya ilə reallıq arasında fırlanan həyatları yenidən San-Fransiskoda kəsişir. Gücünü itirməyən sevgiləri növbəti dəfə gözlənilməz maneələrlə qarşılaşır. "Həyat sizə ikinci bir şans versəydi, ondan maksimum istifadə etmək üçün risk edərdinizmi?" Marc Levy bu suala cavab axtararkən xəyallarını itirmiş çağımızın insanlara sevginin vəsfini təqdim edir.
Bir dəfə görmək... (film, 1984)
Bir dəfə görmək... qısametrajlı sənədli televiziya filmi rejissor Nicat Əliyev tərəfindən 1984-cü ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Sənədli televiziya etnoqrafik filmi tamaşaçıları respublikamıza səyahətə çıxarır. == Məzmun == Sənədli televiziya etnoqrafik filmi tamaşaçıları respublikamıza səyahətə çıxarır, onlara qədim Naxçıvanın, bağlar diyarı Qarabağın, başı qarlı Kəlbəcərin və başqa bölgələrin görməli yerləri, tarixi abidələri, mənzərəli guşələri ilə tanış edir.

Digər lüğətlərdə