GÖRÜNMƏK

f.
1. Gözlə qavranılmaq, göz qarşısına çıxmaq, nəzərə çarpmaq. Uşaq kimi görünmək.
– Qonşu toyuğu qaz görünür qonşuya; Seyyid, öz yarıvı tut, özgə nigarı nə gərəkdir. S.Ə.Şirvani.
Ancaq sol tərəfdə vağzalın çıraqları parlaq görünürdü. S.M.Qənizadə.
Otağın küncündə bir dəyirmi masa görünürdü. Çəmənzəminli.

2. Zahir olmaq, peyda olmaq, nəzərə dəymək.
O gecənin sabahı Sarıköynəyin əri yenə kənddə göründü. S.Hüseyn.
Qırx-əlli il bundan əvvəl kəndin yaxınlığında bir pələng görünmüşdü. A.Şaiq.
[Gəldiyev] gündüz iki saat idarəyə qaçıb görünür, qayıdırdı. Mir Cəlal.

// Müəyyən bir təsir bağışlamaq. Zahirən zəif görünür.
– Bu keyfiyyət olara xeyli qəribə göründü. M.F.Axundzadə.

3. Hesab edilmək,
…kimi gəlmək. Cənnət kimi görünmək.
– Bax, yalançı tapıldı çünki çoban; Doğru derkən sözü göründü yalan. M.Ə.Sabir.
[Ruqiyyə:] Onu-bunu mən bilmirəm, sizin əhalidən bizim əhali təmiz görünür. A.Divanbəyoğlu.

4. dan. Bir yerə gəlmək, təsadüf edilmək (əsasən inkar şəklində işlədilir). Çoxdandır görünmürsən.
– Lətifə yenə də görünmürdü. M.Hüseyn.

5. Görünür, görünür ki şəklində – “deyəsən”, “yəqin” mənasında ehtimal bildirir.
[Cəmil bəy Bəypolada:] Görünür ki, bizim yerin adətindən əsla xəbəriniz yoxdur. H.Cavid.
[Asya:] Görünür ki, qız gədəyə çox bənd olubdur. Ü.Hacıbəyov.

Синонимы

  • GÖRÜNMƏK GÖRÜNMƏK (müxtəlif mənalarda) [Vaqif:] Get, get, vəfasızsan bu dünya kimi; Görünmə gözümə bir röya kimi
  • GÖRÜNMƏK açılmaq — ağarmaq — sökülmək
GÖRÜNMƏDƏN
GÖRÜNMƏZ

Значение слова в других словарях

вечеро́к дыри́ща недо́пуск патина повыраста́ть разбола́чиваться реа́льный фритю́р рассредото́ченность свежьё факел харцыз bereave bobbinet data computer gnotobiotics gutting theological whilst вправлять кудель малявка оцинковывать поливать профессор