1. Görmə işi, görmə qabiliyyəti, görmə. Yaxşı şəkil çəkmək uşaqların görüş və müşahidə bacarığını artırır. “Az. məkt.”
2. İki və ya bir neçə nəfərin əvvəlcədən müəyyənləşdirilmiş vaxtda və yerdə təyin etdikləri görüşmə. Görüş təyin etmək.
// İki sevgilinin görüşməsi. Görüşə getmək.
// Uzaq bir yerdən gəlmiş adamla görüşmə.
// Görkəmli bir şəxslə tanış olmaq və söhbət etmək üçün təşkil edilən məclis. Görüş saat 5-də olacaqdı.
3. Yarışma, yarış. Dostluq görüşü.
4. Məhbusla onun qohumlarının icazə ilə rəsmi görüşməsi. Görüş vermək. Görüş almaq. Görüş vaxtı qurtardı.
5. Hadisələrə, fikirlərə və ya başqa şeyə verilən qiymət, onlar haqqında rəy, fikir, nöqteyi-nəzər.