GÖSTƏRİŞ
GÖSTƏRMƏK
OBASTAN VİKİ
Göstərmələr
Göstərmələr (lat. Phasmida) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. == Ümumi məlumat == Göstərmələrin çox nazik, uzunsov, bəzən də enli yarpaqşəkilli bədəni vardır. Baş hissəsi iri deyildir və proqnatik tipdədir. Bığcıqları sapşəkilli və ya qılşəkillidir, bəzən də çoxbuğumlu olur. Ağız orqanları gəmiricidir. Ayaqları eyni ölçüdədir, pəncələri demək olar ki, 5 buğumludur. Qanadları adətən olmur, olanda da ön qanadlar arxa qanadlara nisbətən qısa olur. Qarın hissəssi 10 buğumludur, qurtaracağında bir buğumlu serqi və dişilərdə isə yumurtaqoyan vardır. Göstərmələr bitki ilə qidalanırlar.
Kuzmanın anasını göstərmək
Kuzyanın anası (rus. Кузькина мать) və ya Kuzyanın anasını göstərmək — rus dilində frazeoloji birləşmə. Təhdid mənasını bildirir. Tez-tez kiminsə ünvanına istehzalı təhdid kimi istifadə olunur. İfadə rus ədəbiyyatında da tez-tez işlənilir. Məsələn, rus yazıçısı Anton Çexovun "Buqələmun" hekayəsində. Fərqli bir formada, “Biz sizə Kuzyanın anasını göstərərik!” (rus. Мы вам покажем кузькину мать!) formasında SSRİ siyasi xadimi Nikita Xruşşov tərəfindən düşmən ölkələrin nümayəndələrinin ünvanına istifadə olunmuşdur. Belə ki, 1959-cu ildə Xruşşov bu ifadəni ABŞ-nin vise-prezidenti Riçard Niksona qarşı istifadə etmişdir.
Kuzyanın anasını göstərmək

Şapurun Xosrovun rəsmini Şirinə göstərməsi
Xosrovun çimən Şirini görməsi - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Mirzə Əli tərəfindən çəkilmiş rəsm əsəridir. Tədqiqatçı N.Zamanovun fikrincə, "bu süjet bir çox Yaxın və Orta Şərq rəssamlarının fırçası ilə canlandırılsa da, o, Mirzə Əli Təbrizinin fırçasında özünün ən parlaq ifadəsini tapmışdır." Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin "Xosrov və Şirin" poemasında, Şirini öz sarayına dəvət etmək istəyən Xosrov şah, yaxın dostu və saray rəssamı olan Şapuru onun sarayına göndərir. Şirinin hüzuruna gələn rəssam, öz hökmdarını nə qədər tərifləsə də, Şirində təəssürat yarada bilmir. Bundn sonra şahın portretini çəkərək Şirinə təqdim edir. Rəsmi görən qız aşiq olsa da, ismətini qoruyaraq Şapurla getməkdən imtina edir: == Təsvir == "Şapurun Xosrovun rəsmini Şirinə göstərməsi" miniatüründə Mirzə Əli bilərəkdən ədəbi mətndən yayınmışdır. Rəssam verilmiş konret epizodla yanaşı, Nizami süjetinin məzmununu əsas götürmüş, nəticədə müstəqil və orijinal əsər yarada bilmişdir. Mirzə Əli, miniatürdə hadisəni mətndəki kimi yabanı çəmənlikdə, yaxud keçilməz dağ yamaclarında deyil, o dövr üçün səciyyəvi olan cah-cəlallı saray bağında təsvir etmişdir.Kompozisiyanın mərkəzində yaşıla çalan sal daşlarla döşənmiş meydança dayanır. Şirin, zəngin bəzəkli taxt-rəvanda, onun qabağındakı dairəvi çarhovuzun yanında isə Şapur əyləşmişdir.
Göstərməkimilər
Göstərməkimilər (lat. Phasmatidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin göstərmələr dəstəsinə aid heyvan fəsiləsi.

Значение слова в других словарях

ве́тхость видеонарко́тик интернационали́стский отскреба́ться подмота́ть свола́кивание скорлу́почка чечёточный впу́тываться запрограмми́ровать мизантро́п намеча́ться прока́зник с шу́мом гтин foreordain geisha half-cousin lad marmoraceous masthead top nomenclator payroll steelwork исповедание