GÖVHƏR

f. 1) cavahir, inci, daş-qaş; 2) bir işin əsli, mayası, gövhəri. Gövhəri-qəltan iridənəli yuvarlaq inci; gövhəri-laməkan konkret yeri olmayan məkansız inci; gövhəri-şahvar çox iridənəli şahanə inci; gövhəri-yekta tayı olmayan inci.

GÖFTÜGU
GÖVHƏRBAR
OBASTAN VİKİ
Gövhər
Gövhər — Azərbaycanlı qadın adı. Gövhər Qazıyeva — Azərbaycanın ilk peşəkar aktrisası. Gövhər Cəfərzadə — Gövhər Həsənzadə — Azərbaycan bəstəkarı. Gövhər ağa — Qarabağ xanlarından İbrahim xanın qızı, Mehdiqulu xanın isə bacısıdır.
Aslanxan Gövhər
Aslanxan Gövhər (1847, Tivi, Ordubad rayonu – 1906, Tivi, Ordubad rayonu) — şair. == Həyatı və təhsili == 1847-ci ildə Ordubad rayonun Tivi kəndindən anadan olmuşdur. Nəsirov soyadlı yoxsullaşmış bəy ailəsində doğulmuş, əvvəlcə Məşədi Muxtar adlı ruhaninin yanında oxumuş, sonra isə Ordubadda mədrəsə təhsili almışdır. 1906-cı ildə Tivi kəndində vəfat etmişdir. == Fəaliyyəti == === Pedaqoji fəaliyyəti === Bir müddət Ordubadda və Qarabağda müəllimlik etmişdir. === Bədii yaradıcılığı === Gəncliyində Ordubadda Gövhər adlı qız aşiq olmuş və onun adını özünə təxəllüs götürmüşdür. Ordubaddakı "Əncüməni-şüəra" ədəbi məclisinin fəal üzvlərindən olmuş, əsasən, aşıq şeir tərzində yazmışdır. lirikasında əsasən, şairin şəxsən tanıdığı gözəllər (Mələk, Nərgiz və b.) realistcəsinə vəsf olunur. Yaradıcılığında ictimai mövzular da əhəmiyyətli yer tutut. Şair sosial ədalətsizliyi, yoxsullarına ağır güzəranını hakim təbəqələrin zülmünü təsvir və tənqid etmişdir.
Gövhər (Tarım)
Gövhər (az.-əbcəd گؤوهر‎, fars. گوهر‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 604 nəfər yaşayır (199 ailə).
Gövhər Baxşəliyeva
Gövhər Baxşəli qızı Baxşəliyeva (26 noyabr 1954, Bərdə) — filologiya elmləri doktoru, professor, AMEA-nın Akademik Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru, İctimai Elmlər Bölməsinin sədri, AMEA-nın həqiqi üzvü (2017) == Həyatı == Gövhər Baxşəliyeva 1954-cü ildə Azərbaycan Respublikasının Bərdə şəhərində anadan olmuşdur. C. M. Kirov adına Azərbaycan Dövlət Universiteti (Bakı Dövlət Universiteti), şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.1977-ci ildən h/v kimi AMEA Şərqşünaslıq İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor vəzifələrində çalışıb. Hazırda AMEA-nın İctimai Elmlər Bölməsinin sədri, akad. Z. Bunyadov adına Şərqşünaslıq İnstitutunun baş direktorudur. == Elmi fəaliyyəti == Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 260-dan artıq məqalə və məruzə, 5 monoqrafiya, 18 kitab Xaricdə çıxmış elmi əsərlərin sayı: 24 Əsas elmi nailiyyətləri: Klassik və müasir ərəb ədəbiyyatı, ərəbdilli Azərbaycan ədəbiyyatı, ərəb-Azərbaycan ədəbi əlaqələri, müqayisəli ədəbiyyatşünaslıq, mənbəşünaslıq, habelə şərqşünaslığın digər istiqamətlərinə aid tədqiqatlar.Dünya ədəbiyyatı (ərəb ədəbiyyatı) ixtisası üzrə 21 fəlsəfə doktorları yetişdirmişdir. Azərbaycan elmini bir çox xarici ölkələrdə uğurla təmsil edib (Türkiyə, Rusiya, İran, Misir, Səudiyyə Ərəbistanı, Suriya, BƏƏ, Fransa, İngiltərə, İtaliya, Macarıstan, Rumıniya, Çin, Malaziya, İndoneziya və s.). 10.01.02 — "Türk xalqları ədəbiyyatı" və 10.01.03 — "Dünya ədəbiyyatı" ixtisasları üzrə Müdafiə Şurasının sədridir. Şərqşünaslıq sahəsində Respublikada aparılan elmi işlərin koordinasiyası üzrə Problem Şurasının sədridir. "Şərq araşdırmaları" və "Azərbaycan şərqşünaslığı" dərgilərinin baş redaktorudur. == Əsas elmi əsərləri == === Monoqrafiyalar === 1.
Gövhər Beydullayeva
Gövhər Kamran qızı Beydullayeva (23 aprel 2003, Əl-Zülfi[d], Ər-Riyad regionu[d]) — azərbaycanlı şahmatçı, ikiqat dünya (20 və 18 yaş qrupunda) və Avropa çempionu (14 yaş qrupunda), qadınlar arasında qrosmeyster (2022). == Erkən illəri == Gövhər Beydullayeva 23 aprel 2003-cü ildə Səudiyyə Ərəbistanının Əl-Zülfi şəhərində, həkim-transplantoloq Kamran Beydullayevin ailəsində dünyaya göz açıb. Ailə əslən Azərbaycanın Ağsu şəhərindəndir. 5 yaşınadək Səudiyyə Ərəbistanında yaşayan Gövhər, şahmatın ilk sirlərinə elə bu ölkədə olduğu müddətdə, atasının sayəsində yiyələnib. Bakıya qayıtdıqdan qısa müddət sonra isə kiçik bacısı ilə birgə Həmkarlar İttifaqı Respublika Şahmat və Dama klubuna yazılaraq, əməkdar məşqçi Xanlar Allahverdiyevin qrupunda peşəkar dərslər almağa başlayıb. == Karyerası == === Dünya və Avropa çempionatları === Gövhər Beydullayeva müxtəlif yaş kateqoriyalarında Azərbaycanı şahmat üzrə Dünya və Avropa çempionatlarında təmsil etmişdir. 2013-cü ildə 10 yaşadək qızlar arasında sürətli şahmat üzrə Avropa çempionu olub. Həmin ildə blitz üzrə keçirilən Avropa çempionatının gümüş medalını qazanıb.2014-cü ildə Gürcüstanın Batumi şəhərində keçirilən 12 yaşadək qızlar arasında Avropa çempionatında gümüş medal qazanıb. 2015-ci ildə 12 yaşlı qızlar arasında keçirilən Avropa çempionatında ikinci dəfə gümüş medal qazanıb.2017-ci ildə Rumuniyanın Mamaia şəhərində 14 yaşlı qızlar arasında keçirilən Avropa çempionatında bütün rəqiblərini üstələyərək müvafiq yaş qrupunda Avropa çempionu olub.2021-ci ildə 18 yaşadək qızlar arasında keçirilən Dünya şahmat Kubokunun qalibi olub. Gövhər Beydullayeva bu nəticə ilə yaşıdları arasında Fide Dünya çempionatının onlayn Super Finalına vəsiqə qazanıb.
Gövhər Cəfərzadə
Gövhər Hacı Məcid qızı Cəfərzadə- Şamaxıda öz vəsaiti hesabına qız məktəbi açmış Azərbaycanın maarifçi xanımı. == Həyatı == Gövhər Cəfərzadə 1883-cü ildə Şamaxıda anadan olmuşdur. == Maarifçilik fəaliyyəti == O, Şamaxıda öz vəsaiti hesabına 1912-1918-ci illərdə "Məktəbi-Şövqiyyə" adlı ikisinifli qız məktəbi açaraq, burada və daha sonra Ucarda və Bakının bir sıra məktəblərində müəllimlik etmiş, savad kurslarında qadınlara dərs demişdir. Lakin çar məmurları Gövhər xanımın açdığı qız məktəbini hökumət əleyhinə fəaliyyətdən qorxub bağladılar. Bu azsaylı savadlanan azərbaycanlı qadınlara paralel olaraq onlarla neft milyonçusunun həyat yoldaşı, qızı evlərində ianə məclisləri, "bəyaz çobanyastığı", "sinidə lentlər" aksiyaları keçirir, özləri kimi varlılardan pul yığıb qadınlar üçün məktəblər, savadsızlığın ləğvi məntəqələri açdırırdılar. "Bəyaz çobanyastığı" günlərində "Müqəddəs Nina" gimnaziyasının qızları rəmzi olaraq adi çobanyastıqlarını ağlasığılmaz yüksək qiymətlərə alır, yığılan pullar müsəlman qızların təhsilinə xərclənirdi. Azərbaycan maarifçisi Həsənbəy Məlikov və xanımı Hənifə Məlikzadə Zərdab kəndində 16 il polis nəzarəti altında yaşamağa məcbur olarkən qadınlar arasında maariflənmə aparır, oulsuz məktəb açırdılar. == Vəfatı == Maarifçi xanım 1936-cı Bakı şəhərində ildə vəfat etmişdir.
Gövhər Həsənzadə
Gövhər Həsənzadə (6 mart 1969, Bakı) — Azərbaycan bəstəkarı. == Həyatı == Gövhər Həsənzadə ixtisasca rejissordur. Şəhriyar adına Mədəniyyət Mərkəzinin müdiri vəzifəsində işləyib. Hazırda şəxsi studiyasında fəaliyyətini davam etdirir. Onun bəstələdiyi mahnılar Azərbaycandan kənarda da oxunur və yetərincə tanınır. Azərbaycan Respublikasının əməkdar artistidir.
Gövhər Qazıyeva
Gövhər Qazıyeva (azərb. Gövhər Əhməd qızı Qazıyeva‎; 1887, Tiflis – 1960, İran) — Azərbaycanın ilk peşəkar aktrisası (ilk rolunu 1906-cı ildə oynayıb). "Göyərçin" ləqəbi ilə tanınmışdır. == Həyatı == Gövhər Qazıyeva 1887-ci ildə Tiflis şəhərində ziyalı ailəsində anadan olub. O, orada nəcib qızlar institutunu bitirib, rus və Azərbaycan dilində mükəmməl təhsil alıb. == Fəaliyyəti == XIX əsrin sonu - XX əsrin əvvəli Tiflisin teatr mühiti, çox maraqlı və rəngarəng idi. Tiflis zadəgan teatrında həvəskar azərbaycanlı aktyorlar da tez-tez tamaşalar verirdilər. Bu zaman Tiflisdə bir neçə Azərbaycan teatr truppası fəaliyyət göstərirdi. Bunlardan mühümləri Mirzə Əli Abbasovun rəhbərlik etdiyi "Dram cəmiyyəti" və Həbib bəy Köçərlinskinin başçılıq etdiyi "Səadət" truppası idi. 1906-cı ildən səhnə fəaliyyətinə başlayan Gövhər Qazıyeva hər iki truppanın tamaşalarında uğurla çıxış etmişdir.
Gövhər Sultan
Gövhər Sultan Bəyim — I Təhmasibin Qədəmli bəyimdən olan yeganə qızı, Şah II İsmayılla Şah Məhəmməd Xudabəndənin doğma bacısı, Səfəvi şahzadəsi. Atasının ölümündən sonrakı taxt mübarizəsində qardaşı İsmayılın tərəfində yer aldı. Lakin qardaşı taxta keçdikdən bir müddət sonra onun həyat yoldaşı, Bəhram Mirzənin oğlu İbrahim Mirzəni öldürtdü. Şahzadənin öldürülməsindən sonra yataq xəstəsinə çevrilən Gövhər bəyim 19 may 1577-ci il tarixində ya xəstəlikdən, bəzilərinin fikrincə isə, zəhər içib intihar edərək özünü öldürdü. Gövhər Sultan 1560-cı ildə Bəhram Mirzənin oğlu Şahzadə İbrahim Mirzəylə evləndirilmişdir. Yeganə övladı Gövhərşad bəyim 1561-ci ildə dünyaya gəlmişdir. Anasının ölümündən sonra bir müddət xalası Pərixan Sultanın yanında qalan Gövhərşad bəyim daha sonra Məkkəyə getmiş və 1587-ci ildə orada Seyid İbrahim Şirazinin oğlu Əmir Nəsirəddin Hüseyn ilə ailə həyatı qurmuşdur.
Gövhər Zeynalova
Gövhər Zeynalova (25 iyun 1923, Bakı – 28 iyun 1997, Bakı) — üzvü və neft kimya sahəsində görkəmli alim, Azərbaycan SSR Dövlət Mükafatı Laureatı, texnika elmləri doktoru, professor, AMEA Aşqarlar Kimyası İnstitutunun yaradıcılarından biri. == Həyatı == Gövhər Əli qızı Zeynalova 1923-cü il iyun ayının 25-də Bakı şəhərində anadan olmuşdur. O 1940-cı ildə Azərbaycan Dövlət Universitetinin kimya fakultəsinə qəbul olmuş və 1945-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirərək V.V.Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda (AETNEİ-də) elmi fəaliyyətə başlamışdır. 1951-ci ildə Gövhər xanım elmlər namizədlik, 1967-ci ildə isə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 1968-ci ildə G.Ə.Zeynalovaya professor adı verilmişdir. Keçən əsrin 50-ci illərində texniki tərəqqi xalq təsərrüfatının bütün sahələrində maşın və mexanizmlərin sayının artmasına gətirib çıxartdı. Bu isə sürtkü materiallarının və xüsusilə də sürtkü yağlarının keyfiyyətinin yüksəldilməsi problemini çox kəskin şəkildə qarşıya qoydu. Bu da öz növbəsində neft kimyasında yeni istiqamətin – sürtkü yağlarına aşqarlar kimyasının formalaşmasına gətirib çıxartdı. Aşqarların sintezi və tətbiqi sahəsində məqsədyönlü tədqiqatlar ölkəmizdə aşqarların sənaye istehsalının təməlini qoydu. Tezliklə keçmiş SSRİ-də ilk dəfə olaraq bir sıra aşqarlar yaradıldı və istehsalata tətbiq edildi. G.Ə.Zeynalova 1965-ci ildən ömrünün axırına kimi Aşqarlar Kimyası İnstitutunda, əvvəl laboratoriya müdiri, sonra isə konsultant kimi çalışmışdır.Gövhər xanım Zeynalova öz işində həm tələbkar, həm də artıq dərəcədə dəqiq və məsuliyyətli olmaqla yanaşı, təvazökar, ətrafındakılara və övladlarına qarşı çox qayğıkeş insan idi.
Gövhər ağa
Gövhər ağa (əsil adı Gövhərnisə bəyim) (1790—1888) — Qarabağ xanlarından İbrahim xanın qızı, Mehdiqulu xanın isə bacısıdır. Şəki xanı Cəfərqulu xan Xoyskinin xanımı olmuşdu. Anası gürcü knyazı Abaşidzenin qızı Cavahir xanımdır. Gövhər ağa gənc yaşlarında Qarabağ və Cənubi Qafqaz gözəli, ahıl yaşlarında isə Qarabağda öz dövrünün məşhur xeyriyyəçilərindən biri hesab edilmişdi. Övladı olmamış, bacısı oğlu Süleyman xanı − Şəki xanı Səlim xanın oğlunu, oğulluğa götürmüşdü. Gövhər ağa həm də məşhur şairə Xurşidbanu Natəvanın bibisi idi. == Həyatı == Müasirləri Gövhər ağanı Cənubi Qafqaz gözəli hesab ediblər. Deyilənlərə görə məhz onun bu gözəlliyi sayəsində qardaşı Mehdiqulu ağa Qarabağ xanı təyin olunmuşdur. Mehdiqulu ağa isə Qarabağ xanı təyin edilməsinin müqabilində, bu işdə vasitəçi olmuş Cəfərqulu xan Xoyskiyə bacısı Gövhər ağanı ərə vermişdi. Elə həmin ilin - 1806-cı ilin, sonunda Cəfərqulu xan Xoyski Şəki xanı təyin edilir.
Gövhər Cəfərzadə (Şövqiyyə)
Gövhər Hacı Məcid qızı Cəfərzadə- Şamaxıda öz vəsaiti hesabına qız məktəbi açmış Azərbaycanın maarifçi xanımı. == Həyatı == Gövhər Cəfərzadə 1883-cü ildə Şamaxıda anadan olmuşdur. == Maarifçilik fəaliyyəti == O, Şamaxıda öz vəsaiti hesabına 1912-1918-ci illərdə "Məktəbi-Şövqiyyə" adlı ikisinifli qız məktəbi açaraq, burada və daha sonra Ucarda və Bakının bir sıra məktəblərində müəllimlik etmiş, savad kurslarında qadınlara dərs demişdir. Lakin çar məmurları Gövhər xanımın açdığı qız məktəbini hökumət əleyhinə fəaliyyətdən qorxub bağladılar. Bu azsaylı savadlanan azərbaycanlı qadınlara paralel olaraq onlarla neft milyonçusunun həyat yoldaşı, qızı evlərində ianə məclisləri, "bəyaz çobanyastığı", "sinidə lentlər" aksiyaları keçirir, özləri kimi varlılardan pul yığıb qadınlar üçün məktəblər, savadsızlığın ləğvi məntəqələri açdırırdılar. "Bəyaz çobanyastığı" günlərində "Müqəddəs Nina" gimnaziyasının qızları rəmzi olaraq adi çobanyastıqlarını ağlasığılmaz yüksək qiymətlərə alır, yığılan pullar müsəlman qızların təhsilinə xərclənirdi. Azərbaycan maarifçisi Həsənbəy Məlikov və xanımı Hənifə Məlikzadə Zərdab kəndində 16 il polis nəzarəti altında yaşamağa məcbur olarkən qadınlar arasında maariflənmə aparır, oulsuz məktəb açırdılar. == Vəfatı == Maarifçi xanım 1936-cı Bakı şəhərində ildə vəfat etmişdir.
Gövhər xanım Qacar
Gövhər xanım Ağaələkbər qızı İsmayılova - == Həyatı == Tiflis Nücabə qızlar institutunda ali təhsil alan Gövhər xanım Qacar 1905-ci ildə təşkil olunmuş "Zaqafqaziya müsəlman qadın xeyriyyə cəmiyyəti"nin sədri olmuşdur. O, fanatiklərin əlilə öldürülmüş Ağəli Əkbər İsmayılovun qızı, Bəhmən Mirzənin isə gəlini idi. Peterburq qızlar institutu nəzdində xüsusi kurs bitirmiş bu nüfuzlu qadın general əri şahzadə Əmir Kazım mirzə Qovanlı-Qacarla birgə əsrin əvvəllərində müsəlmanların mədəni tədbirlərinin hamısında yaxından iştirak etmişdir. Gövhər xanım Qacar haqqında Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım yazır: "Cəmiyyətin sədri Gövhər xanım Qacar savadlı, işgüzar və bacarıqlı bir qadın idi, çadrasız gəzirdi, əri hərbi qulluqçu idi. Tiflisin yüksək cəmiyyətlərinə gedib-gələr, canişin arvadının ziyafətlərində olardı. Özünün əlaqələri, həmçinin ağlı və nəzakəti ilə o bizim tədbirlərimizin həyata keçirilməsinə kömək edərdi".
Aşağı Gövhər ağa məscidi
Aşağı Gövhər ağa məscidi — Şuşa şəhərinin Qapan meydanında yerləşən cümə məcididir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. Şuşa şəhərində iki cümə məscidinin olması E. Avalov tərəfindən şəhərdə iki islam icmasının fəaliyyət göstərməsi ilə izah edilir. Məscid ilk dəfə Şuşanın 1855-ci ilə aid baş planında yaxınlıqda yerləşən mədrəsə ilə birlikdə qeyd edilir. Avalov 60 Şəhərin ikinci cümə məscidi olan Aşağı Gövhər ağa məscidi həm Aşağı məscid, həm də Kiçik məscid adları ilə tanınmışdır. 1874-1875-ci illərdə Yuxarı məscid kimi, Aşağı məscid kompleksində də əsaslı yenidənqurma işləri aparılmışdır. Yeni məscidin inşası memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən Gövhər ağanın maddi dəstəyi əsasında həyata keçirildiyinə görə, sonradan Aşağı məscid həm də Aşağı Gövhər ağa məscidi adı ilə tanınmağa başlamışdır. İki yaruslu məscidin əsas – şimal fasadında üç tağlı arkadalı eyvan yerləşir. Aşağı Gövhər ağa məscidinin orta tağı yarımdairəvi olan yan tağlardan fərqli olaraq oxvaridir. Yan tağlar üstündə əsas fasad boyunca yüksələn həmin tağ məscidin parad girişini vurğulayır.
Gövhər ağa məscidi (Aşağı)
Aşağı Gövhər ağa məscidi — Şuşa şəhərinin Qapan meydanında yerləşən cümə məcididir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. Şuşa şəhərində iki cümə məscidinin olması E. Avalov tərəfindən şəhərdə iki islam icmasının fəaliyyət göstərməsi ilə izah edilir. Məscid ilk dəfə Şuşanın 1855-ci ilə aid baş planında yaxınlıqda yerləşən mədrəsə ilə birlikdə qeyd edilir. Avalov 60 Şəhərin ikinci cümə məscidi olan Aşağı Gövhər ağa məscidi həm Aşağı məscid, həm də Kiçik məscid adları ilə tanınmışdır. 1874-1875-ci illərdə Yuxarı məscid kimi, Aşağı məscid kompleksində də əsaslı yenidənqurma işləri aparılmışdır. Yeni məscidin inşası memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən Gövhər ağanın maddi dəstəyi əsasında həyata keçirildiyinə görə, sonradan Aşağı məscid həm də Aşağı Gövhər ağa məscidi adı ilə tanınmağa başlamışdır. İki yaruslu məscidin əsas – şimal fasadında üç tağlı arkadalı eyvan yerləşir. Aşağı Gövhər ağa məscidinin orta tağı yarımdairəvi olan yan tağlardan fərqli olaraq oxvaridir. Yan tağlar üstündə əsas fasad boyunca yüksələn həmin tağ məscidin parad girişini vurğulayır.
Gövhər Sultan (II Mehmedin qızı)
Gövhər Sultan - II Mehmedin Gülbahar Xatundan doğulan, tarixdə bilinən yeganə qızıdır. == Həyatı == Ağqoyunlu hökmdarı Uzun Həsənin oğlu Uğurlu Məhəmmədlə 1474-cü ildə evləndirilmişdir. Atası tərəfindən Sivas bəylərbəyi təyin edilən Uğurlu Məhəmmədin 1477-ci ildə öldürülməsi nəticəsində Gövhər Sultan İstanbula geri döndü. Geri qalan ömrünü xeyir işlərlə məşğul olan Gövhər Sultanın yeganə övladı Gödək Əhməd 1497-ci ildə Azərbaycana gedərək burada taxt iddia etmiş və Ağqoyunlu taxtına oturmuşdur.Gövhər Sultan 1477-ci ildə vəfat etdi və cənazəsi anasının Fateh külliyyəsində yerləşən Gülbahar Xatun türbəsinə dəfn edildi.
Gövhər Sultan (IV Mehmedin qızı)
Gövhər Sultan - 19. Osmanlı padşahı IV Mehmedin Gülbəyaz Xatundan doğulan qızıdır. Həyatı ilə bağlı heç bir məlumat yoxdur.
Gövhər Sultan (I Əhmədin qızı)
Gövhər Sultan (1608, Konstantinopol, Osmanlı imperiyası – 1660, Konstantinopol, Osmanlı imperiyası) — 14-cü Osmanlı sultanı I Əhmədin qızı. == Həyatı == === Sultan Əhməd dövrü === Gövhər Sultan 1608-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası isə Mahpeykər Kösəm Sultandır. Adını atasının böyük bibisi olan Gövhər Sultandan almışdır. Belə ki, Sultan Əhməd böyük bibisinə olan sevgisindən qızlarından birinin adını da məhz Gövhər qoymuşdu. Osmanlı tarixində ilk dəfə atası Sultan Əhmədin səltənətində başlanılan və uşaq yaşdakı xanım sultanların dövlət xadimləriylə evləndirilməsinə əsaslanan saray ənənəsinə uyğun olaraq, böyük bacısı Aişə Sultan kimi, Gövhər Sultan da hələ azyaşlı bir uşaq ikən evləndirildi. 1611-ci ilin sentyabrında yenicə kaptan-ı dərya təyin edilərək paytaxta çağırılan Misir bəylərbəyi Mehmed Paşayla nigahlandı. Cütlüyün toy mərasimi paşanın paytaxta gəlişiylə başlayan şənliklər əsnasında baş tutdu. Bu şənliklər əsnasında bacısı Aişə Sultan da sədrəzəm Nasuh Paşayla nigahlandı. Atası Sultan Əhmədin istəyilə baş tutan bu evliliklər tamamilə siyasi xarakter daşımaqda idi.
Gövhər ağa Cavanşir (tarixi roman)
Gövhər ağa Cavanşir — Mehriban Vəzirin 2018-ci ildə nəşr olunmuş Qarabağ xanı İbrahimxəlil xanın qızı, xeyriyyəçi-mesenat Gövhərnisə bəyim Sarıcal-Cavanşir barədə tarixi romanı. == Məzmun == Gövhər ağa Cavanşir xalqımızın ən görkəmli qadın şəxsiyyətlərindən biridir. Qarabağlı İbrahim xanın qızı Gövhər ağa dövrünün ən gözəl, ən zəngin və mütərəqqi xanımlarından biri olmuşdur. Böyük sərvətini xeyriyyə işlərinə xərcləmiş, alimləri və ədibləri himayə etmiş, məscidlər, mədrəsələr, məktəblər, xəstəxanalar, körpülər inşa etdirmişdir. Bu gün əsirlikdə olan Şuşanın rəmzinə çevrilmiş “Gövhərağa məscidi” xanqızının mədəniyyət tariximizə qiymətli töhfəsidir. Qarabağın işğalı Gövhər ağanın taleyini amansızca müəyyən etmişdi. Xanqızının acı həyat hekayəsi və ictimai fəaliyyəti ilk dəfə geniş şəkildə araşdırılmış və qələmə alınmışdır. == Nəşr və tərcümə == Kitab ilk dəfə 2018-ci ildə Bakı Kitab Klubunda 214 səhifədə nəşr edilib.Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Gövhər ağa Cavanşirin (1790-1868) həyatı və ictimai fəaliyyətindən bəhs edən kitabın yazılması və nəşri” layihəsi çərçivəsində Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi İctimai Birliyi tərəfindən hazırlanıb. == İstinadlar == == Həmçinin bax == Yuxarı Gövhər ağa məscidi Aşağı Gövhər ağa məscidi Ağabəyim ağa Cavanşir tarixi-sənədli romanı == Xarici keçidlər == "Gövhər ağa Cavanşir (Tarixi roman)" ( (az.)). bbclub.az.
Yuxarı Gövhər ağa məscidi
Yuxarı Gövhər ağa məscidi və ya Şuşa cümə məscidi — Şuşa şəhərinin mərkəzi Meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. Yuxarı Gövhər ağa məscidinin inşası dörd mərhələdə həyata keçirilmişdir. Ərazidə ilk məscid Qarabağ xanlığının və Şuşa qalasının banisi Pənahəli xanın göstərişi ilə Qarabağ xan sarayı ilə paralel təxminən 1750-ci illərdə qamışdan inşa edilmişdir. İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra 1768–1769-cu illərdə qamış məscidin yerində daşdan yeni məscid tikilmişdir. XIX əsrin I yarısında Gövhər ağanın maddi dəstəyi ilə İbrahimxəlil xanın yararsız hala düşmüş məscidinin yerində qoşa minarəli üçüncü məscid inşa edilmişdir. 1883-cü ildə Gövhər ağanın maddi vəsaiti əsasında üçüncü məscidin yerində Şuşanın dördüncü və sonuncu cümə məscidi inşa edilmişdir. Dövrümüzə yaxşı qorunmuş səviyyədə çatmış dördüncü məscidin memarı Qarabağda bir çox tikililərin müəllifi olan Kərbəlayi Səfixan Qarabağidir. Yuxarı Gövhər ağa məscidinin minarələrinin dekoru və məscid yaxınlığındakı mədrəsənin ikinci mərtəbəsində otaqlardan birinin divar rəsmləri Mir Möhsün Nəvvab tərəfindən işlənmişdir. 1992-ci ildə Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələrinin nəzarətinə keçməsindən sonra, Yuxarı Gövhər ağa məscinin interyerləri tamamilə dağıdılmış, fasadına ciddi ziyan vurulmuş, minarələrinin minbər hissələri dağıdılmışdır.
Gövhər Sultan Bəyim Səfəvi
Gövhər Sultan Bəyim Səfəvi (d. XVI əsrin I yarısı, Səfəvi imperiyası - ö. — 1577, Səfəvi imperiyası) - Səfəvi sülaləsindən olan şahzadə, I Təhmasibin qızı, Səfəvi sülaləsindən olan şahzadə İbrahim Mirzə Səfəvinin arvadı və II İsmayılın, Məhəmməd Xudabəndənin bacısı. == Həyatı == Səfəvi imperiyasının ikinci hökmdarı I Təhmasibin qızı olaraq dünyaya gəlmişdir. Onun anası qızılbaş tayfası Mosullulardan və ya Türkmanlardan olan sərkərdə İsa xan Mosullunun qızı Qədəmli Bəyim və ya digər adı ilə Sultanım Bəyimdir. Sultanım Bəyimin qardaşı, Gövhər Sultanın dayısı Musa Sultan Mosullu Səfəvi imperiyasının Azərbaycan bəylərbəyliyinin bəylərbəyi olmuşdur.Gövhər Sultan Səfəvi 1560-cı ildə I İsmayılın nəvəsi və Bəhram Mirzə Səfəvinin oğlu İbrahim Mirzə Səfəvi ilə ailə həyatı qurmuşdur. İbrahim Mirzə o dönəmki şah olan I Təhmasibin sevimlilərindən biri idi. İbrahim Mirzə xüsusən dövrün incəsənət xadimlərinə etdiyi hamiliyi ilə məşhurdur. O, xüsusi emalatxana yaradaraq xüsusui əlyazmaları toplamış və ya yenidən yaratdırmışdır. Həmçinin İbrahim Mirzə fars və Azərbaycan türkcəsində şeirlər də yazmışdır.
Aşağı Gövhərağa məscidi
Aşağı Gövhər ağa məscidi — Şuşa şəhərinin Qapan meydanında yerləşən cümə məcididir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. Şuşa şəhərində iki cümə məscidinin olması E. Avalov tərəfindən şəhərdə iki islam icmasının fəaliyyət göstərməsi ilə izah edilir. Məscid ilk dəfə Şuşanın 1855-ci ilə aid baş planında yaxınlıqda yerləşən mədrəsə ilə birlikdə qeyd edilir. Avalov 60 Şəhərin ikinci cümə məscidi olan Aşağı Gövhər ağa məscidi həm Aşağı məscid, həm də Kiçik məscid adları ilə tanınmışdır. 1874-1875-ci illərdə Yuxarı məscid kimi, Aşağı məscid kompleksində də əsaslı yenidənqurma işləri aparılmışdır. Yeni məscidin inşası memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən Gövhər ağanın maddi dəstəyi əsasında həyata keçirildiyinə görə, sonradan Aşağı məscid həm də Aşağı Gövhər ağa məscidi adı ilə tanınmağa başlamışdır. İki yaruslu məscidin əsas – şimal fasadında üç tağlı arkadalı eyvan yerləşir. Aşağı Gövhər ağa məscidinin orta tağı yarımdairəvi olan yan tağlardan fərqli olaraq oxvaridir. Yan tağlar üstündə əsas fasad boyunca yüksələn həmin tağ məscidin parad girişini vurğulayır.
Fatma Gövhəri Sultan
Fatma Gövhəri Sultan (d. 30 noyabr 1904 - ö. 10 dekabr 1980) — 32. Osmanlı sultanı Əbdüləzizin ən kiçik oğlu Mehmed Seyfəddin Əfəndinin yeganə qızı, Osmanlı sultanı və Osmanlı bəstəkarı. == Həyatı == Fatma Gövhəri Sultan 1904-cü ildə atasının Çamlıca köşkündə dünyaya gəlmişdir. Əhməd Tövhid Əfəndinin əkizidir. Atası Sultan Əbdüləzizin oğlu Mehmed Seyfəddin Əfəndi, anası isə Nervaliter xanım idi. Sarayda atasından və digər Osmanlı bəstəkarlarından musiqi dərsləri aldı. Kamança, ud və piano dərsləri aldı. 1924-cü ildə Osmanlı sülaləsinin sürgün edilməsi haqqında qanundan sonra ölkəni tərk etdi.
Gövhəran (Xoy)
Gövhəran (fars. گوهران‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Gövhərşad Qəzvini
Gövhərşad Qəzvini (?-1628)— Məşhur xəttat Mir İmadın qızı, xəttat. == Həyatı == Gövhərşad xanım Məşhur xəttat Mir İmadın ailəsində dünyaya gəlmişdi. İbtidai təhsilini və xəttatlığı atasından öyrənmişdi. Nəstəliq xəttini gözəl yazırdı.Məşhur dilçi və ədəbiyyatşünas Mirzə Səngilax (Məhhəmədəli Qoçani, 1771-1877) onun xəttini bir çox yazılarında tərifləyir. Gövhərşad xanım Qəzvin ədəbi mühitində gözəl şeirləri ilə da tanınırdı. Həsəni və Seyfi təxəllüsləri ilə məşhur idi. == Həmçinin bax == Mir İmad Qəzvini Mirzə Məhəmmədhüseyn Seyfi == Xarici keçidlər == Xəttatlıq çox pis şeydi. Heç vaxt xəttat olmaq fikrinə düşməyin. Düşənlər 3131-ci ilə qədər Əzab çəksinlər. Bir də ki Bir qız var Adı N ilə başlayır.
Gövhərşad bəyim
Gövhərşad bəyim bint Qiyasəddin Tarxan Kişlık (fars گوهرشاد‎ — Gowhar š ād, (doğ.1379 - öl. 1457) — Şahrux mirzə ibn Əmir Teymur Barlasın xanımı, siyasətçi. == Həyatı == Gövhərşad bəyim məşhur Özbək əmiri Qiyasəddin Tarxan Kişlıkın qızıdır. Herat hakimi Şahrux mirzə ibn Əmir Teymur Barlasla ailə qurmuşdu. Onun oğulları arasında ikisi daha məşhurdur. Biri riyyaziyyatçı, astronom, böyük alim və hökmdar və Teymurlular sülaləsindən olan dövlət adamı Uluqbəy, digəri Baysunqur mirzədir. O, Teymurlu dövlət adamı və xəttatıdır. Ədəbiyyatın və rəssamlığın qoruyucusu olaraq tanınmışdır. Gövhərşad bəyim 1457-ci ildə Əbu Səid mirzə tərəfindən öldürülmüşdü. İntiqamı alındı.
Gövhərşad məscidi
Gövhərşad məscidi— İranın Xorasan əyalətində, Məşhəd şəhərində Teymurlular dönəminə aid məscid. == Tarixi == Gövhərşad məscidi 1418-ci ildə İranın Xorasan əyalətində, Məşhəd şəhərində Teymurlular hökmdarı Şahrux mirzənin arvadı Gövhərşad bəyimin əmri ilə tikilmişdir. Tikintinin memarı Qəvaməddin Şirazidir. Bu tarixi bina müqəddəs hərəmin cənub tərəfində yerləşir və Darül Səyadə və Darül Hifaz tağlarına birləşir. Məscidin kaşıları Teymurlular dövrünün şah əsərləridir. Məscidin günbəz şəkilli tağları və onun xüsusi bəzəyə malik minarələri qabarıq üsulla bəzədilmiş, həmçinin divarın naxış və xətləri gips üzərində Teymurilər dövrünün ən yaxşı kaşıları bu binaya təkrarolunmaz gözəllik vermişdir. Bu qədim bina İran incəsənətinin kamil və seçilmiş nümunələrindən sayılır və qədim memarlığın bütün xüsusiyyətləri burada işlədilmişdir. Teymurlular dövrünün ən yaxşı süls xətti ustalarından olan Baysanqurun (Gövhərşadın oğlu) tarixi və gözəl kitabəsi gözəl süls xətti ilə eyvanda gözə çarpır və məscidin tarixi naxışları damara oxşayan kaşı üzərində bu kitabədə yazılmışdır. Mehrab mərmər daşından olub oyma, bəzək və kitabə ilə o dövrlərin memarlığının göstəricisidir. Eyvan mehrabının yanında yerləşən Sahibəzzaman (ə.c) minbəri qədim olması baxımından mühümdür.

Значение слова в других словарях

графити́ровать мину́точка пир поги́бший рассы́лочный расчленённость сеноко́сить суперка́рго выня́нчивать кильва́тер про́тив противораке́тный трегла́вый чистосерде́чность жмых капельмейстер Angostura bitters approachless debtee grub-ax helpful бургомистр малолюдье подешеветь словцо