GÖYCƏ

göy təhər, göyə bənzər; Göycə gölü (mahalı).
GÖVHƏRTAC
GÖYÇƏ
OBASTAN VİKİ
Göycə
Göyçə mahalı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) ərazisində, Göyçə gölü ətrafında olan tarixi mahal. Göyçə mahalı Qərbi Azərbaycanda 1988-ci ilə qədər azərbaycanlıların kompakt yaşadığı ərazilərdən biri olmuşdur. 1747–1828-ci illərdə İrəvan xanlığının mahalı olmuşdur. == Tarixi == Mahal Göyçə gölünün sahilləri boyu geniş bir ərazini əhatə edir. Bu ərazi Rusiyaya müharibə ilə birləşdirilənə qədər İrəvan xanlığının, sonralar isə İrəvan quberniyasının tərkibində olub. Sovet hakimiyyəti illərində Ermənistan SSR rayonlaşdırılarkən Göyçə mahalı süni surətdə beş inzibati rayon arasında bölünüb: Çəmbərək rayonu, Basarkeçər rayonu, Aşağı Qaranlıq rayonu, Kəvər rayonu və Yelenovka rayonu. Geniş otlaqlara malik olan Göyçə mahalında yaşayan əhali daha çox əkinçilik, maldarlıq, arıçılıq, bağçılıq, xalçaçılıq və balıqçılıqla məşğul olmuşdur. Göyçə Azərbaycan aşıq sənətinin beşiklərindən biri hesab edilir. Bölgə Azərbaycan ədəbiyyat və mədəniyyət tarixinə Aşıq Alı, Aşıq Ələsgər, Şair Məmmədhüseyn, Aşıq Əsəd, Aşıq Qurban kimi məşhur ustad saz və söz sənətkarlarını bəxş etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda Göyçə mahalı tarixi Azərbaycan torpağı kimi onun tərkibində olub.
Göycə sultan
Göyçə Sultan (fars. گویجه سلطان‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 803 nəfər yaşayır (183 ailə).
Böyük Ördək (Göycə)
== Toponim == Böyük Ördək - 1728-ci ildə İrəvan əyalətinin Göycə nahiyəsində kənd adı. == Həmçinin bax == Göycə İrəvan əyaləti == Ədəbiyyat == Алияров С.С. К ономастике книги Коркута. “Azərbaycan dilinin tarixi leksikasına dair tədqiqlər”. Баку, 1988.
Göycə qala (Marağa)
Göyce qala- İranın Şərqi Azərbaycan ostanının Saracu nayihəsində yerləşən tarixi abidə . Qala Marağa şəhərinin 45 km cənub-şərqində Saracu nayihəsinə daxil olan eyni adlı kəndin qərbində, Quruçayın kənarında yerləşir. İran Mədəniyyət nazirliyi (Miras-i Ferhengi) 2003-cü ildə qalanı 10471 nömrəsi ilə milli əsər kimi qeydə almışdır. == Tarixi == Şərqi Azərbaycan ostanının xüsusilə Marağa bölgəsinin dağlıq şəraiti burada müdafiə-məskunlaşma qalalarının salınmasına səbəb olmuşdur. Qalanın Göycə adını ətrafında yerləşən yaşıl daşlardan aldığı qəbul edilir. Aparılan tədqiqatlar zamanı qalaya aid heç bir kitabə aşkar edilməyib. Buna görə də qalanın dəqiq tikilmə tarixi haqqında əlimizdə dəqiq məlumat yoxdur. İran Mədəniyyət nazirliyinin verdiyi məlumata əsasən qalanın Urartu dönəmində tikildiyi ehtimal edilir. Bu məlumata biz ilk Volfram Kleissin tədqiqatlarında rast gəlirik. Bəzi tarixçilərin fikrincə isə qalanın yerləşdiyi ərazi Urartu dövlətinin deyil Manna dövlətinin sərhədləri daxilində olub.
Aşağı Göycəli
Aşağı Göycəli — Azərbaycan Respublikasının Ağstafa rayonunun Aşağı Göycəli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kəndin tarixi Ağstafa rayonuna məxsus olan qədim insan yaşayış məskənləri ilə bağlıdır. Hazırda kənd ərazisində neolit-tunc dövrünü əhatə edən Töyrətəpə yaşayış yeri kimi dünya əhəmiyyətli abidə mövcuddur.
Aşağı Göycəli bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Aşağı Göycəqala (Marağa)
Aşağı Göycəqala (fars. چوان علمدار‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 62 nəfər yaşayır (13 ailə).
Dra-dra göycəqarğa
Dra-dra göycəqarğa (lat. Coracias garrulus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin əsl rakşilər fəsiləsinin göycəqarğa cinsinə aid heyvan növü. == Genefond əhəmiyyəti == Azərbaycan faunasında fəsilənin tək növüdür. == Qısa təsviri == Sığırçından iridir. Ümumi rəngi yaşıl-göydür. Bel tərəfi qəhvəyi gil rənginə çalır. Quyruğu və qanadları üzərində tünd göy rənglər var. Boğazı ağdır. Adi səsi kəskin cırıltıdır "rak-rak", lakin reproduksiya dövrünün əvvəlində tez-tez "kra-kra-kra-kra" edir. Qarğa kimi ləng uçur.
Göycəkənd (Bicar)
Göycəkənd (fars. گوجه كند‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 153 nəfər yaşayır (36 ailə). Əhalisini kürdlər təşkil edir.
Göycəli
Göycəli — Azərbaycan Respublikasının Ağstafa rayonunun Göycəli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Ağstafa rayonunun Göycəli kəndi Kalininkənd qəsəbə Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Göycəli kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 8 iyun 1999-cu il tarixli, 680-IQ saylı Qərarı ilə Ağstafa rayonunun Göyçəli kəndi Xətai kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Göyçəli kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Toponim Göyçə hidronimindəndir. == Tarixi == Kəndin qədim adı Bəyazatlı kəndi idi. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2458 nəfər əhali yaşayır. === Tanınmış şəxsləri === Tofiq Hüseynoğlu — Azərbaycan ədəbiyyatşünası. Vidadi Əliyev — Azərbaycan aktyoru. == Din == Kənddə Əbülfəzlil Abbas məscidi dini icması fəaliyyət göstərir.
Göycəli bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Göycələr dağı
Göycələr dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1193,3 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənuba istiqamətlənmiş Gəvək şaxəsinin şərq yamacında zirvə. Gilançayın sağ sahilində, Biləv kəndindən 3,5 km-dək cənub-qərbdədir. Zirvə hissəsi Alt Miosen yaşlı subqələvi bazalt tərkibli, ellipsvari kiçikölçülü sillə təmsil olunmuş günbəzvari yüksəklikdir. Yamaclarında Orta Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurları açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahına aid Gilançay antiklinalının şimal-şərq qanadında yerləşir.
Göycəqamalaq (Marağa)
Göycəqamalaq (fars. گويجه قملاق‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 256 nəfər yaşayır (51 ailə).
Göycəqumlaq (Həştrud)
Göycəqumlaq (fars. گويجه قملاق‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 156 nəfər yaşayır (29 ailə).
Göycəyaran (Urmiya)
Göycəyaran (fars. گويجه ياران‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 89 nəfər yaşayır (25 ailə).
Naxçıvan göycəsi
Naxçıvan göycəsi - Xalq seleksiyaçıları tərəfindən yetişdirilən Göycə alça və ya albuxara tinglərinə vurulan calaq vasitəsilə yetişdirilən alçaya bənzər meyvədir. Göycənin adi alçadan fərqli cəhəti tam yetişənə qədər yaşıl rəngini qoruyub saxlamasıdır. Adətən alça tam yetişəndə qızarır. Ancaq göycə belə deyil. Digər tərəfdən, bu meyvə kal vaxtı göy-göy yeyildiyi üçün elə “Göycə” adlanır. Göycə ancaq Naxçıvanda yetişir. Bu meyvənin digər rayonlarımızda yetişməsi mümkün deyil. Olsa belə, meyvənin dadı tamamilə dəyişir və adi alçaya çevrilir. Kənd təsərrüfatı üzrə peşəkar mütəxəssis olan Əsgər Həsənovun tədqiqatına görə, Naxçıvan göycəsinin tarixi 6-9-cu əsrlərə gedib çıxır. Xalq seleksiyaçıları tərəfindən yetişdirilən Göycə alça və ya albuxara tinglərinə vurulan calaq vasitəsilə yetişdirilir.
Sirac Göycəyev
Sirac Göycə oğlu Göycəyev — Sosialist Əməyi Qəhrəmanı 1897-ci ildə indiki Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan Bico kəndində doğulmuşdur. İkinci dünya müharibəsində alman faşistlərinə qarşı döyüşlərdə iştirak etmişdir. Ordudan qayıtdıqdan sonra kənd təsərrüfatı sahəsində çalışmışdır. 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Eyni ildə Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif edilmiş, eyni kənddən olan 6 nəfərdən biridir. Bico kəndindəki M.Əzizbəyov adında kolxozda 1972-ci ilə qədər briqadir işləmiş, sonra İttifaq əhəmiyyətli fərdi təqaüdə çıxmişdır. Bico kəndində vəfat etmişdir.
Yuxarı Göycəqala (Marağa)
Yuxarı Göycəqala (fars. گويجه قلعه عليا‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 71 nəfər yaşayır (14 ailə).
Göycəli (dəqiqləşdirmə)
Göycəli — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Aşağı Göycəli — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd.
Göycələr
Göycələr (lat. Lycaenidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinə aid heyvan fəsiləs.
Göycəqarğa
Göycəqarğa (lat. Coracias) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin əsl rakşilər fəsiləsinə aid heyvan cinsi.

Digər lüğətlərdə