GÖYƏRÇİN
GÖZƏL
OBASTAN VİKİ
Göygöz Kosa
Göygöz Kosa — 1935-ci ildə yazıçı Məmmədhüseyn Təhmasibin yazdığı "Çiçəkli dağ" alleqorik pyesinin mənfi presonajı. Göygöz Kosa, Simnar xanın vəziridir və xalqa qarşı çox qəddar və acımasızdır. Eyni zamanda cadugərdir və müxtəlif cildlərə girərək hər kəsi aldada bilir. Simnar xan xalqın torpağını və suyunu əlindən almışdır. Göygöz Kosa isə hər yeri öz cadusu ilə ot bitməz, su axmaz qayalığa çevirib. Bunun üçün Həkim Baba daş əridən məlhəm hazırlayır. Simnar xana xidmət edən Göygöz Kosa, dərmanı ələ keçirmək üçün əlindən gələni edən əsas şəxsdir. == Uyğunlaşdırma == İlk film uyğunlaşdırması 1959-cu ildə resjissor Əlisəttar Atakişiyevin, yazıçı Məmmədhüseyn Təhmasibin "Çiçəkli Dağ" pyesinin motivləri əsasında çəkdiyi "Bir qalanın sirri" filmidir. Filmdə Göygöz Kosa obrazını sovet teatr və kino aktyoru Andrey Fayt canlandırıb. Ehtimal olunur ki, obrazın kostyumunun dizaynı Ağa Məhəmməd şah Qacarın rəsmlərdəki təsviri geyim tərzindən götürülüb.

Digər lüğətlərdə

вероло́мно гладкоство́лка закру́чиваться коне́ц любозна́ние озорова́тый потора́пливаться самби́стка сканди́рование гардемари́нский передра́знивать хро́мистый ложемент cannonry chrysalis ferry mergee saw-toothed schist scurrility Trixie unarguable Yenisei говорильня проехаться