GÖYƏRMƏK₁

f.
1. Göy rəng almaq, göy olmaq, göyləşmək, maviləşmək.
2. Zərbə və ya bərk şeyə toxunma nəticəsində bədənin bir yeri göy olmaq. Qolu göyərdi.
– Qızın üzü-gözü, … zərif dodaqları şişmiş, bir yerdən hətta göyərmişdi. H.Seyidbəyli.

3. məc. Soyuqdan, hirsdən, qeyzdən göy olmaq, göy rəng almaq.
Lalənin dodağı gömgöy göyərib; Üzü gah ağ olur, gah qıpqırmızı. R.Rza.
Ədhəmin qara sifəti dərhal dönüb göyərdi. B.Bayramov.

// məc. Bərk hirslənmək, özündən çıxmaq.
Görüb o quşları göyərdi Osman; Turutun düzündə olduğu zaman. H.K.Sanılı.

4. Uzaqdan görünmək (göy şey haqqında). Uzaqdan dəniz göyərirdi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GÖYƏRMƏK əsəbiləşmək
  • GÖYƏRMƏK qışqırmaq — bağırmaq
  • GÖYƏRMƏK üşümək
  • GÖYƏRMƏK cücərmək — yaşıllaşmaq — bitmək

Omonimlər

  • GÖYƏRMƏK GÖYƏRMƏK I f. Bitkinin yerdən təzəcə göz verməsi. Qayaların qoltuğunda barmaq-barmaq gicitkən göyərir

Antonimlər (əks mənalı sözlər)

  • GÖYƏRMƏK GÖYƏRMƏK – QIZIŞMAQ Görürəm, soyuqdan gömgöy göyərmisən. Keç otur qayıqda, əl-ayağın qızışsın (H.Nadir)
GÖYƏRMƏ₃
GÖYƏRMƏK₂

Digər lüğətlərdə

...ме́рность оприхо́доваться подзу́бриваться склера́льный тибето́лог цветоно́сный глазни́к империали́зм маникю́рша просту́киваться сражаться с ветряными мельницами beachcombing chain coccus jigget matzoth melodist remittee shard supper cloth tax-deductible weakening вместе иконоборчество костенеть рукопись