GÖYƏRMƏK₂

f.
1. Bitmək, göyərməyə başlamaq, cücərmək. Arpa göyərdi.
– Sünbül göyərir səbzə kimi güllərə qarşı. Q.Təbrizi.
Dağlar, çöllər düşərdi; Novruzgülü göyərdi. A.Səhhət.

2. məc. Baş vermək, nəşət etmək, əmələ gəlmək, səbəb olmaq.
Fitnə göyərir torpağımızdan, daşımızdan; Tarac edərək bac alarız qardaşımızdan. M.Ə.Sabir.

3. məc. Bir nəticə vermək, nəticə hasil olmaq.
[Bəy:] Ürəyimdən keçənlər bir-bir göyərir. Mir Cəlal.
Sədr vaxtilə dediyi sözlərin göyərdiyini görüb boğazını arıtladı. B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GÖYƏRMƏK əsəbiləşmək
  • GÖYƏRMƏK qışqırmaq — bağırmaq
  • GÖYƏRMƏK üşümək
  • GÖYƏRMƏK cücərmək — yaşıllaşmaq — bitmək

Omonimlər

  • GÖYƏRMƏK GÖYƏRMƏK I f. Bitkinin yerdən təzəcə göz verməsi. Qayaların qoltuğunda barmaq-barmaq gicitkən göyərir

Antonimlər (əks mənalı sözlər)

  • GÖYƏRMƏK GÖYƏRMƏK – QIZIŞMAQ Görürəm, soyuqdan gömgöy göyərmisən. Keç otur qayıqda, əl-ayağın qızışsın (H.Nadir)
GÖYƏRMƏK₁
GÖYƏRMƏK₃

Digər lüğətlərdə

бессисте́мно верши́нный и́грище многоно́гие перекувы́ркиваться свистуно́к таки тюле́ний борони́ть бу́синка вероя́тность вспомяну́ть вымышля́ть отлакирова́ть привере́дничать реа́л самоуправля́емость редька Everest pine siskin push-off вывинтиться кобальт огранить очеловечение