– Dağların başı qardır; Üstündə daşı vardır; Burdan keçən gözəlin; Əcəb göz-qaşı vardır. ( ).
[Qurban:] Mən kimdən əskiyəm? Bu mənim qəddü qamətim, bu mənim göz-qaşım.
□ Göz-qaş atmaq – bax gözqaş etmək (eləmək).
Hər gün bir “afətə” göz-qaş atdı o; Mənsəbin gücünə at oynatdı o…
Göz-qaş etmək (eləmək) – göz və qaşlarının hərəkətilə işarə etmək, bildirmək, xəbər vermək. [Nazlı:] Bizdə belədir.
Elə ki oğlan ürəyinə yatdı, əvvəlcə ona göz-qaş elə.
[Rəşid:] Anam mənə göz-qaş eləyib, çardağın dalına çağırdı.
Göz-qaşını oynatmaq – gözlərini, qaşlarını, üz əzələlərini tərpədərək ədabazlıq etmək, oyun çıxartmaq.