GÜLABDAN

is. [ fars. ] Gülab saxlamaq üçün aşağısı girdə, boğazı dar, uzun və qəşəng formalı çini, ya metaldan qab; gülabqabı, gülabsüzən.
…Mərsiyəxan gülabdanı alıb ətirləndi. Çəmənzəminli.
Dərhal xəlifə … mis satıllarda şərbət, əlində gülabdan camaat ilə bir yerdə küçəyə çıxardı. H.Sarabski.
Birdən [Mehribanın] gözləri pəncərənin üstündəki gülabpuşa sataşdı. H.Seyidbəyli.

GÜLAB
GÜLABQABI
OBASTAN VİKİ
Gülabdan buta
Buta (butə, puta) – qönçə; badamabənzər naxış növüdür. Azərbaycan ornament sənətinin çox yayılmış bəzək elementlərindən biri. == Etimologiyası == Birmənalı olaraq, «buta/puta» sozünün ilkin mənası qədim türk xalqlarının mifoloji təsəvvürlərində sakral xarakter daşıyan rəmzlə bağlıdır. Zərdüşt təliminə əsasən, buta Günəşin, müqəddəs odun rəmzi, insanı bədnəzərdən, xəstəliklərdən qoruyan pak alov dilinin stilizə olunmuş təsviridir. Azərbaycanın toponimikasında, folklorunda, tətbiqi sənətində, memarlığında bu arxetipin forma və varianları ilə bağlı çoxsaylı misallar çəkmək olar: Misir ehramlarının yaşıdı sayılan Qız qalasının konturları yüksəklikdən butaya bənzəyir. Bakı şəhərinin heraldik rəmzində də buta təsvir olunmuşdur. Butanın atəşpərəstlik dövrünə məxsus bəzək forması olduğu ehtimal edilir. Bakı, Gəncə, Ərdəbil, Təbriz, Naxçıvan, Salyan, Muğan xalçalarında, binaların daxili bəzəkləri və digər sənət nümunələrində butadan geniş istifadə edilmişdir. Buta Orta Asiya və Yaxın Şərq ölkələrinin də (Hindistanın tirmə şallarında, İranın parça və metal məmulatlarında və s.) dekorativ və tətbiqi sənətində geniş yayılmışdır. Butalar forma etibarı ilə 4 qrupa bölünür: Xalça bəzəyində işlədilən butalar ("Muğan-buta", "Salyan-buta", "Xilə-buta", "Bakı-buta", "Sarabi-buta", "Gəncə-buta", "Şirvan-buta"); Ailə həyatını təmsil edən butalar ("bala-buta", "həmli-buta", "balalı-buta", "evli-buta", "qoşaarvadlı-buta" və s.); Rəmzi mahiyyət daşıyan butalar ("cıqqa-buta", "lələk-buta", "küsülü-buta", "qovuşan-buta", "yazılı-buta" və s.); Bu qrupa müxtəlif formalı butalar daxildir: "saya-buta", "əyri-buta", "dilikli-buta", "qıvrım-buta", "şabalıd-buta", "zərxara-buta", "badamı-buta", "qotazlı-buta", "çiçəkli-buta", "yanar-buta" və s.

Значение слова в других словарях

бау́льчик го́льден жа́ркий кро́шечный лопа́тка никако́й подма́тываться пораски́нуться приха́живать распали́ться уломи́ть этерни́товый еже... маскирова́ться охо́тник профила́ктика angiocardiogram beachboy potoo prime вызвездить котироваться неясность рояль фурункул