Qızıl və ya gümüş tellərindən, habelə onlara bənzədilən materiallardan qatışığı olan sap // həmin sapla işlənmiş, üzərinə bəzək vurulmuş. (“Koroğlu” dastanının lüğəti)
Dastanda saç, tel sözlərinin epiteti kimi işlənir. Sarı, sarı-qızılı rəng mənası da vardır.
Tutini bənd eylər şirin dilləri,
Şümşad barmaqları, nazik əlləri,
Gülabətin saçı, qara telləri,
Töküləndə dal gərdanə yaraşır.
(“Koroğlunun Ərzurum səfəri”)
*
Firəng şüşəsindən ağdı qolları,
Göyün ulduzuna bənzər xalları,
Saf gülabətintək siyah telləri,
Yayılanda dal gərdana yaraşır.
(“Koroğlunun Ərzurum səfəri”) (“Dəli-Həsənbala”)