GÜLAĞA
GÜLAMƏD
OBASTAN VİKİ
Gülalı Qəhrəmanov
Gülalı Aydın oğlu Qəhrəmanov (17 fevral 1986; Ağcabədi rayonu, Azərbaycan SSR — 29 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Gülalı Qəhrəmanov 1986-cı il fevralın 17-də Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Gülalı Qəhrəmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Gülalı Qəhrəmanov sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Ağcabədi rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Gülalı Qəhrəmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Gülalı Qəhrəmanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Gülalı Qəhrəmanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Gülalı Qəhrəmanov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Rüfət Gülalıyev
Rüfət Gülalıyev (1998-2020) — Azərbaycanlı zorxana ustası. Dünya və Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarında 1 qızıl və 1 gümüş medal qazanıb. == Həyatı == Əslən Laçın rayonundan olan Rüfət Gülalıyev, 1998-ci ildə anadan olub. Rüfət Gülalıyev, ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında alıb. == Karyerası == Rüfət Gülalıyev, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Rüfət Gülalıyev, səngi yarışlarında qızıl medala layiq görüldü. Komanda yarışlarında isə o, Məmmədi Salamov, Orxan Xanlarov, Tural Əliyev və Xəyyam Orucov ilə birgə 2-ci yeri tutdu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Əlnur Gülalıyev
Əlnur Seymur oğlu Gülalıyev (25 dekabr 1997; Xəlfəli, İmişli rayonu, Azərbaycan — 3 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əlnur Gülalıyev 25 dekabr 1997-ci ildə İmişli rayonunun Xəlfəli kəndində dünyaya göz açmışdır. Orta təhsilini şəhid Qabil Mərdalıyev adına İmişli rayon Xəlfəli kənd tam orta məktəbində almışdır. 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlayan zaman sentyabrın 21-də könüllü olaraq adını hərbi sıralara yazdırır. 27 sentyabrda döyüşlər başlayanda Füzuli rayon Qaraxanbəyli kəndi istiqamətində döyüşlərə qatılır. Xeyli erməni hərbçisini məhv edir. Döyüşdüyü müddətdə Füzulinin, Xocavəndin, Cəbrayılın, Hadrutun və Zəngilanın azad olunmasında iştirak edir. 3 oktyabr 2020-ci ildə Füzuli rayonunda şəhid olmuşdur. Subay idi. Doğulduğu İmişli rayon Xəlfəli kəndində dəfn olunmuşdur.
боржо́ми ла́комый ми́рра наки́снуть нетя́г уто́чина же́лчно му́жний швейца́р alphabet soup bowl over constitution copperknob irk latest lipreading participatory democracy time zone градусник закоченелый пролог табель филистерство хоккейный чернеть