GÜLAĞA

gül kimi ağa; pak və müqəddəs seyid.
GÜLABBA
GÜLALI
OBASTAN VİKİ
Gülağa Aslanlı
Gülağa Qulam oğlu Aslanlı və ya Gülağa Qulam oğlu Aslanov (24 fevral 1952, Mollaoba, Masallı rayonu) — Müsavat Partiyasının Mərkəzi İcra Aparatının sədri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sabiq üzvü. == Həyatı == Gülağa Qulam oğlu Aslanlı 24 fevral 1952-ci ildə Masallı rayonunun Mollaoba kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. Fizika elmləri üzrə fəlsəfə doktorudur. Rus dilini və Osmanlı Türkcəsini bilir. Ailəlidir. == Siyasi fəaliyyəti == Gülağa Aslanlı 20 noyabr 1992-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy tərəfindən imzalanmış 331 nömrəli fərmanla Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin "Biyan" Birliyi bazasında yaradılmış Azərbaycan Respublikasının "Biyan" İstehsalat Birliyinin baş direktoru təyin olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı 1036 nömrəli sərəncam ilə "Biyan" İstehsalat Birliyi ləğv edildiyi üçün Gülağa Aslanlı 2001-ci il martın ayının 22-dən "Biyan" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad olunmuş hesab edilmişdir. === Mərkəzi Seçki Komissiyasında === Gülağa Aslanlı 8 oktyabr 2010-cu il tarixində Müsavat Partiyasının namizədi olmuş, parlamentdə təqdimatı Müsavat Partiyasının millət vəkili İkram İsrafil tərəfindən icra edilmişdir. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Mikayıl Rəhimov və bitərəflərin namizədi Arifə Muxtarova ilə birlikdə Müsavat Partiyasının və Azərbaycan Xalq Partiyasınln namizədi Gülağa Aslanlının namizədliyi səsverməyə qoyulmuş və keçirilən səsvermədə iştirak edən 95 deputatdan 93-nün lehinə, 1-nin əleyhinə səs verməsi ilə onlar Mərkəzi Seçki Komissiyasının əsas üzvü seçilmişdirlər.
Gülağa Aslanov

Gülağa Cabbarov
Gülağa Cabbarov (tam adı: Gülağa Dadaş oğlu Cabarov, 25 mart 1955) — Azərbaycanlı futbol hakimi və idman xadimidir. Azərbaycan Futbol Hakimləri İctimai Birliyinin sədridir. == Həyatı == Gülağa Cabarov 1955-ci ildə Bakı şəhərinin Əmircan qəsəbəsində anadan olmuşdur. Gənclik illərindən futbol ilə məşğul olmuş, daha sonra futbol hakimi və idman işçisi kimi fəaliyyət göstərmişdir. O, Bədən Tərbiyəsi və İdman Akademiyasını futbol ixtisası üzrə və Azərbaycan Beynəlxalq Universitetini dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bitirmişdir. İki övladı var. Oğlu Rauf Cabarov FİFA dərəcəli beynəlxlaq futbol hakimidir. == İdman və əmək fəaliyyəti == Futbol üzrə Azərbaycan SSR kubokunun 1979-cu ildə Suraxanılı komandası ilə qalibi olmuşdur. Futbol karyerasını erkən başa vurmuş, hakimliklə məşğul olmuşdur. 1982-ci ildən SSRİ-nin müxtəlif futbol liqalarında hakimlik etmiş və SSRİ Yüksək Liqasında hakim köməkçisi olmuşdur.
Gülağa Məmmədov
Gülağa Allahverdi oğlu Məmmədov (28 iyun 1925, Lənkəran, Lənkəran qəzası – 7 iyun 1994, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan SSR xalq artisti (1982). == Həyatı == Gülağa Məmmədov 1925-ci il iyunun 28-də Lənkəranın Kiçik Bazar adlanan məhəlləsində anadan olub. Bakıda boya-başa çatıb. Çox kasıb ailədə böyüyüb. Atası çəkmətikən, anası evdar qadın olub. Kirayədə yaşayıblar, ailə atasının cüzi qazancı ilə dolanıb. Uşaqlıqdan musiqiyə böyük marağı olan Gülağa tez-tez qonşu uşaqları başına yığıb, onlara mahnılar oxuyarmış. 12 yaşında olarkən, təsadüfən küçələrindən keçən bəstəkar Üzeyir Hacıbəyov məlahətli uşaq səsi eşidərək ayaq saxlayır. Üzeyir bəy Moskvada keçiriləcək Azərbaycan Mədəniyyəti və İncəsənəti ongünlüyünə Koroğlunun ariyasını ifa etmək üçün elə bu yaşda istedadlı uşaq axtarırmış. Gülağanın səsinə valeh olan bəstəkar həyətə keçir və balaca istedadla tanış olur.
Gülağa Tənha
Gülaga Məmi oğlu Qəmbərov (d. 20 may, 1959, Ərkivan) — Gülağa Tənha adı ilə tanınan azərbaycanlı şair və iş adamı. == Həyatı == Gülağa Tənha 1959-cu il mayın 20-də Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. == Təhsil == Əmək fəaliyyətinə Moskva şəhərinin tikinti obyektlərində fəhlə kimi başlayıb, istehsalatdan ayrılmadan Moskva İnşaat Mühəndisləri institutunu bitirib. SSRİ Ticarət Nazirliyinin Əsaslı Tikinti və Layihələşdirmə Baş İdarəsinin rəisi vəzifəsində işləyib. Tikintiyə aid iki monoqrafiya və 5 metodik vəsaitin müəllifidir. Beynəlxalq EKO Energetika Akademiyasının tikinti və memarlıq rektorudur. Əfqanıstan müharibəsi iştirakçısıdır. == Fond == "Gülaga Qəmbərov Fondu"nun prezidentidir. Rəhbərlik etdiyi fond Azərbaycanda təhsilin, səhiyyənin, idmanın və mədəniyyətin inkişafı sahəsində çoxsaylı layihələr həyata keçirir, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur.
Gülağa Zeynalov
Gülağa Tapdıq oğlu Zeynalov (28 aprel 1956, Şuşa, DQMV – 2 yanvar 2015, Bakı) — milli musiqi sənətinin tanınmış nümayəndələrindən biri, ustad tarzən, dosent. == Həyat və fəaliyyəti == Gülağa Zeynalov 1956-cı il aprel ayının 28-də Şuşa şəhərində anadan olmuşdur. O, 1970-ci ildə Şuşa Musiqi Məktəbini, 1974-cü ildə Xankəndi Orta İxtisas Musiqi Məktəbini və 1980-ci ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Tarzən 1980–1982-ci illərdə M. M. Nəvvab adına Şuşa Orta İxtisas Musiqi Məktəbində müəllim, 1984–1986-cı illərdə Şuşa rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsində çalışmış, 1993–1995-ci illərdə Şuşa Dövlət Musiqili Dram Teatrının drijoru olmuşdur. Hər il Gürcüstan Respublikasının Dmanisi rayonunda (Başkeçid) keçirilən Borçalı Türklərinin Elat Mədəniyyəti Günlərində Qarabağ Üçlük Muğam Qrupunun rəhbəri kimi Qarabağın tanınmış ziyalıları ilə birgə Qarabağ həqiqətlərinin təbliğində böyük rolu olmuşdur. Gülağa Zeynalov Rusiyanın, Ukraynanın, Qazağıstanın, Türkiyənin, Almaniyanın iri konsert salonlarında çıxış etmişdir. Gənc yaşlarından Odessa, Berlin, İstanbul, Hollandiya, Qazaxıstan, Özbəkistan, Kiyev və başqa şəhərlərdə keçirilən festival və müsabiqələrdə iştirak etmişdir. == Dirijorluq etdiyi komediyalar == "Arşın mal alan" Ü. Hacıbəyov; "Durna" S. Rüstəmov; "Özümüz bilərik" S. Ələsgərov; "Nənəmin şahlıq quşu" V. Adıgözəlov. == Mükafatları == Gülağa Zeynalov respublika və Ümumittifaq festifallarının, o cümlədən 1986-cı ildə keçirilən Ü. Hacıbəyov adına xalq çalğı alətləri I respublikalararası müsabiqənin laureatı olmuşdur. == Vəfatı == Gülağa Zeynalov 2015-ci ilin 2 yanvar tarixində vəfat etmişdir.
Gülağa İslamov
Gülağa İslamov — Xəzər Rayon İcra Hakimiyyətinin sabiq başçısı. == Həyatı == İslamov Gülağa Bayram oğlu 1948-ci il dekabr ayının 19-da Bakı şəhərində anadan olmuşdur. 1965-ci ildə Bakı şəhər 156 saylı orta məktəbi, 1990-cı ildə isə Poltava Koorperasiya İnstitutunu Əmtəəşünaslıq ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə Azərbaycan SSR Kurortlar İdarəsi Avtomobil Nəqliyyatı Birliyində böyük mexanik kimi başlamışdır. 1967–1977-ci illərdə böyük mexanik, çilingər, mexanik işləmişdir. 1977–1995-ci illərdə Bakı Şəhər Kooperativ Ticarəti İdarəsində çeşidləyici, Qəbul Məntəqəsinin müdiri, anbardar, Estoniya Respublikasındakı "Flores" Kooperativində baş əmtəəşünas, Şüvəlan Gülçülük Sovxozunda şöbə müdiri, "Şüvəlan" İstehsal-Ticarət Assosiasiyasında 1 saylı sahənin rəisi, "Qərənfil" Fermer Təsərrüfatının müdiri, 1995–2018-ci illərdə isə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Gülağası Mirzəyev
Gülağası Ağahüseyn oğlu Mirzəyev (18 aprel 1978, Bakı) — Azərbaycan balet solisti, Azərbaycan Respublikasının xalq artisti (2013). == Həyatı == Mirzəyev Gülağası Ağa Hüseyn oğlu 1978-ci il aprel ayının 18-də Bakı şəhərində anadan olub. 1984-cü ildən 1987-ci ilədək 6 saylı orta məktəbdə təhsil alıb. 1987-ci ildə Bakı Xoreoqrafiya Məktəbinin klassik şöbəsinə daxil olmuş və 1995-ci ildə balet artisti ixtisası ilə həmin məktəbi bitirib. Əmək fəaliyyətinə 1994-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasında balet artisti vəzifəsində başlayıb. 1999-cu ildən indiyə kimi kimi teatrın aparıcı səhnə ustası vəzifəsində çalışır. Dəfələrlə Azərbaycan Respublikasının Opera və Balet teatrının balet truppasının tərkibində xarici ölkələrdə qastrol səfərlərində iştirak edib, və beynəlxalq festivallarında Azərbaycan Respublikasını təmsil etmişdir. 2006–2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışıb. 2015-ci ildə Moskva Müasir Humanitar Akademiyasını (sənətşünaslıq bakalavr pilləsi) bitirib. 2015-ci ilin noyabr ayından 2016-cı ilin fevral ayına kimi Bakı Xoreoqrafiya Akademiyasının bədii rəhbər vəzifəsində işləmişdir.
Бо́жья Ма́терь криста́льно нервату́ра попры́скивание стружи́ть анфила́да ауто... вороти́ться компости́роваться нетру́дный халту́ра declassed eyeliner fireworker Johnny-on-the-spot Maas prairie oyster sea-pass walking tour выбраться козлы перепекаться пессимистический сантиментальничать согласованно