GÜLDAN

is. [ fars. ]
1. Dərilmiş gülü qoymaq üçün müxtəlif formalı qab; gülqabı. Güldana su tökmək.
[Vaqif] qarşısındakı mina güldanın içindəki novruzgülü və bənövşələri götürüb qoxuladı. Çəmənzəminli.
Şair çiçəkləri qoyub güldana; Dedi: – Bir əfsanə yadıma düşdü… B.Vahabzadə.

2. Dibçək. Güldanda gül əkmək.

Синонимы

  • GÜLDAN GÜLDAN Şair çiçəkləri qoyub güldana; Dedi: Bir əfsanə yadıma düşdü (B.Vahabzadə); GÜLQABI Mən xatirələrimi zərif büllur bir gülqabı kimi ehtiyatla, bü
GÜLÇÜLÜK
GÜLDƏFNƏ
OBASTAN VİKİ
Güldanlı (Urmiya)
Güldanlı (fars. گلدانلو‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 181 nəfər yaşayır (59 ailə). Etnik və soy baxımından kəndlilər bütünlükdə azərbaycan türkləri olaraq müsəlmandırlar. Kəndin öncəki adı Turanşahlı idi.
Güldanlı xalçaları
Güldanlı xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbidir, Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Qərəcə, Heris, Sərab, Əhmədabad, Miriş, Əhər, Salmas, Görəvan, Sennə, Qaradağ və başqa xalça məntəqələrini əhatə edir. Bu ərazidə yaşamış türk dilli tayfalar hələ qədimdən xalçaçılığın yaranması və inkişafında mühüm rol oynamış, müxtəlif dövrlərdə Iran xalça sənətinin təşəkkülünə ciddi təsir göstərmişlər. Orta əsrlərdə Şərqin ən mühüm ticarət mərkəzlərindən və zəngin şəhərlərindən olan eləcə də Avropa ilə ticarət əlaqələri xalçaçılıq sənətinin sürətli inkişafına səbəb olmuşdur. == Təbriz xalçaçılıq sənəti == Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Həmin şəhər dekorativ-tətbiqi sənətin zəngin ənənələrinin inkişafında mühüm rol oynamışdır.Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub. Alimlər illərdir bunun tədqiqatı ilə məşğul olurlar.

Значение слова в других словарях

гобои́ст космопла́вание мамо́н плоскова́тый шка́льный го́рный лачу́га трёхшёрстный жмикрома bird of paradise bludge bye Chouan leaf beetle lucky piece Marcus memorability obligative opiology producer goods suggestive ultramarine дворницкая темперированный шугануть