GÜLDAN
GÜLDƏSTƏ
OBASTAN VİKİ
Güldəfnə
Güldəfnə (lat. Trigonella) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Tarixçə == Qədim misirlilər və yunanlar bitkidən tərəvəz kimi istifadə edirdilər. Güldəfnənin toxumları mumiyaların balzamlanması, eyni zamanda müalicəvi məqsədlər üçün tətbiq edilirdi. Məsələn, Böyük Karl bitkidən keçəlləşmə əleyhinə istifadə etmişdir. Hindistanda isə brahmanlar güldəfnənin yarpaqlarından istifadə edirdi. Bitkinin qovrulmuş toxumlarından şərq ölkələrində hərəmxana qadınları saçlarına gözəl görünüş bəxş etmək üçün yararlanırdılar. Əsasən bu ölkələrdə bitki xüsusilə çox istifadə edilir: Yunanıstan, Misir, Livan, Suriya. Güldəfnə bu ölkələrdə becərilir: Fransa, Misir, Tunis, Mərakeş, Efiopiya. Güldəfnə bir çox ölkələrin mətbəxində müxtəlif adlar altında ədviyyat kimi tətbiq edilir: fenuqrek, fenum-qrek, feniqrek otu, yunan otu, dəvə otu və s.
Göy güldəfnə
Göy güldəfnə (lat. Trigonella caerulea) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güldəfnə cinsinə aid bitki növü.
Samanlıq güldəfnəsi
Samanlıq güldəfnəsi (lat. Trigonella foenum-graecum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güldəfnə cinsinə aid bitki növü. Vətənı Yaxın Şərq, Xüsusən Suriya, Cənubi-Qərbi Avropa, Hindistan və Çindir. Çindən Aralıq dəniziniə qədər geniş sahəyə yayılıb. Toxumları və bəzi ölkələrdə yaşıl yarpaqları göyərti kimi istifadə olunmaqdadır. Dadı acıtəhər və ətirlidir. Efirində 40 növ maddə tapılır. Qədimdən Orta Şərq ve Hind mətbəxində istifadə olunmaqdadır. == Xüsusiyyətləri == Sarə-kəhrəba rəngli rombşəkilli güldəfnə toxumları, adətən şoraba və pastaların hazırlanmasında isitfadə olunur. Xüsusən Hindistan subkontinentinin mətbəxində rast olunur.
Yem güldəfnəsi

Digər lüğətlərdə

выпиловочный заче́рпывание консисто́рия нахола́живаться поджига́тельский схоластици́зм трухля́виться частно... взмести́ дифтери́т дремо́тность поме́шанный хвата́нье babblement befall hippo- hook-forceps immensurable salami sonic barrier stifler turnaround вулканизация обжаловать отхлопать