GÜLLÜK

is. Çoxlu gül əkilmiş və ya gül açmış yer; çiçəklik, gülzar, gülüstan, gülşən. Güllüyün gülü beşgünlükdür. ( Ata. sözü ).
Bülbüllər ötüşür, cəh-cəh vururlar; Güllüklərdə dügün, dərnək qururlar. H.Cavid.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GÜLLÜK GÜLLÜK, ÇİÇƏKLİK [Vəzir:] Şərqilər oxuyan xınalı kəklik; Sizi qarşılayan güllük, çiçəklik (S.Vurğun); BAĞÇA-BAĞ İşlədikcə daha da; Çoxalır həvəsləri;
  • GÜLLÜK çiçəklik — çəmənlik
GÜLLÜCƏ
GÜLMƏ
OBASTAN VİKİ
Güllük
Güllük — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhali milliyətcə qarışıqdır. Müxtəlif milliyətlərin nümayəndələri kənddə mehriban halda yaşayırlar. Bununla belə sayca Azərbaycan Türkləri əhalinin əsas kəsimini təşkil edir. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 672 təsərrüfatda hər iki cinsdən toplam 2.431 nəfər əhali yaşayır. == Toponimikası == Güllük oyk., sadə. Qax r-nunun eyniadlı i.ə.v.-də kənd. Alazan Əyriçay çökəkliyindədir. Yaşayış məntəqəsi XVII əsrdə Dağıstanın Saxur kəndindən köçüb gəlmiş ailələrin Güllük adlanan yerdə məskunlaşması nəticəsində yaranmışdır. Toponim "gül, çiçək olan ərazi" mənasındadır.
Güllük bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Güllük Dağı Milli Parkı
Güllük Dağı Milli Parkı və ya Termessos Milli Parkı — Türkiyənin Antalya vilayətinin Qorqudeli rayonunda yerləşən milli park. 1970-ci ildə açılmışdır və sahəsi 6.702 ha-dır. == Haqqında == Milli park arxeoloji, botanik, geoloji və geormorfoloji quruluşa malikdir. Güllük dağının (Solimos dağı) yamaclarında Anadolunun yerli xalqı olan solimlər tərəfindən qurulmuş Termessos antik şəhərinin qalıqları yerləşir. Şəhərin yaxınlığında dərin vadilər və təpələr vardır. Termessos antik şəhərinin qalıqları yaxşı mühafizə edilmişdir. Güllük dağının cənub-qərbində 1150 m yüksəklikdə salınmışdır. Ən yaxşı qorunmuş qalıqlar ellinist dövrünə aid məzarlardır. Digər əsərlər Roma dövrünə aiddir. Qüllələr, səddlər, aqora, kral yolu, teatr, su anbarları, məzarlar ən əhəmiyyətli əsərlərdir.

Digər lüğətlərdə

бре́кчия днёвка засма́ливать обра́внивание ошале́в перешеве́ливание пи́чкание поели́ку тра́пповый растро́гаться спелеотури́зм тонне́льный эполет cineraria decider dogwood European Economic Community growlingly Mahratti surprising мороженое мусоропровод отгадывать пенять пересниматься