GÜLLƏ

I
сущ. пуля (небольшой свинцовый снаряд для стрельбы из ручного огнестрельного оружия и пулемётов). Dağıdıcı güllə разрывная пуля, pulemyot gülləsi пулемётная пуля; güllə hədəfə dəydi пуля попала в цель, güllə dəlib-keçdi nəyi, haranı пуля пробила (пронзила) что, güllə ilişib-qaldı harada пуля застряла где, в чём ; güllə yan keçdi kimdən, nədən пуля пролетела мимо кого, чего
II
прил. пулевой (полученный от поражения пулей). Güllə yarası пулевое ранение; top gülləsi артиллерийский снаряд, güllə atmaq стрелять, güllə açıldı произошёл выстрел, güllə boşaltmaq см. güllə atmaq, güllə yağdırmaq обстреливать, gülləyə basmaq осыпать пулями, gülləyə tutmaq см. gülləyə basmaq
◊ güllə kimi быстро, пулей, как пуля; sözləri güllə kimi dəydi kimə слова сразили как пуля кого
GÜLQƏND
GÜLLƏBORAN
OBASTAN VİKİ
Güllə
thumb|60 sm-lik morze mərmisi Mərmi — düşmənin canlı qüvvəsini, texniki qurğularını və qalalarını məhv etmək üçün topdan atılan vasitədir. Müasir mərmilərin çoxu içərisində yandıqda qaz yığılan yastı dibə malik assimetrik gövdədə hazırlanırlar. Bu güvdə dolu və ya içi boş hazırlanır. Tətbiq məqsədindən asılı olaraq mərmilər faydalı yük aparan olur və ya yox. Mərmi ilə aşağıdakı məqsədlərə nail olmağa cəhd olunur: Deşmək, Partlatmaq, Parça-parça etmək, Tüstü, duman yaratmaq, Yanğın yaratmaq (termit, Napalm, Fosfor və s.), Zəhərlənmə təsiri (bioloji, kimyəvi), Radiaktivlik, Koretmə.Kimyəvi və bioloji mərmilərin, həmçinin çəkisi 400 g-dan az olan yanğın və partlayıcı mərmilərin tətbiqi beynəlxalg hüquq tərəfindən qadağan edilmişdir. Əgər mərmi silindrik boruda yerləşdirilirsə, onun üzərində burulma hərkətini almaq üçün üzük yerlşdirilr.Bu üzlüklər adətən mis və bürüncdən hazırlanır. Raketlə atılan mərmilər xüsusi atıcıdan atılır. Bu atıcının üstün cəhəti ondan ibarətdir ki, onları bir yerdən başqasına aparmaq olur. Əl ilə atılan mərmilərə qranat deyilir. Onlar kiçik çəkidə olub, az təsirə malikdir.
Güllə atıcılığı
Güllə atıcılığı - idman növü. Olimpiya Oyunlarına atıcılığın iki növü, güllə atıcılığı və oxatma daxildir. Birinci növə pnevmatik, kiçik çaplı tapançadan və stenddən atıcılıq daxildir. Bu idman növü güllə ilə və stend atıcılığında dəqiq nişan almaq yarışlarıdır. Güllə atıcılığı kiçik kalibrli və Amerika tüfəngləri ilə, tapançalarla və revolverlərlə keçirilir. Tüfənglərdən uzanaraq, dizi üstə və ayaq üstə 25m-dən 300m məsafəyə qədər atəş açırlar. Hər atəş üçün 3 dəqiqəyə qədər vaxt ayrılır. Bu "yavaş" atıcılıq adlanır. Lakin "sürətli" atıcılıq da var: məsələn, Amerika tüfəngindən 300m məsafəyə 30 saniyə ərzində 5 atəş açmaq. Çox zaman atəş hərəkətsiz hədəflərə açılır.
Güllə keçirməyən şüşə
Güllə keçirməyən şüşə optik cəhətdən təmiz, lakin odlu silahlara qarşı davamlı olan bir şüşə növüdür. Lakin, hər hansı bir material kimi, tamamilə keçilməz deyildir. Ümumiyyətlə biri sərt və biri yumşaq olan iki və ya daha çox növ şüşənin birləşməsi nəticəsində istehsal olunur. Daha yumşaq təbəqə şüşəni parçalanmaq əvəzinə uzana bilməsi üçün onu daha elastik edir. Güllə keçirməyən təbəqələrdə istifadə olunan şüşənin hər ikisində də şüşəni şəffaf saxlamaq və pozulmuş olmayan bir görünüşü təmin etmək üçün qırılma göstəricisi təxminən eyni olmalıdır. Güllə keçirməyən şüşənin qalınlığı 19 ilə 89 mm arasında dəyişir.Güllə keçirməyən şüşə zərgərlik mağazaları və səfirliklər kimi təhlükəsizlik tələb edən binaların pəncərələrində, həmçinin hərbi və xüsusi nəqliyyat vasitələrində istifadə olunur.
Güllə atıcılığı idmanı Olimpiya oyunlarında
Güllə atıcılığı idmanı Olimpiya oyunlarında-Atıcılıq ilk dəfə Olimpiya Oyunları proqramına 1896-cı ildə daxil edilib. 1904-cü ildə Sent-Luisdə və 1928-ci ildə Amsterdamda keçirilmiş oyunlar istisna olmaqla atıcılığa bütün Olimpiya Oyunlarında yer verilib. Elektron hədəflər 1992-ci ildə Barselonada keçirilmiş oyunlarda sərrastlığın təkmilləşdirilməsi məqsədi ilə təqdim olunub. ==Faktlar və rəqəmlər== Kişilər arasında atıcılıq ilk dəfə 1896-cı ildə Afinada keçirilən müasir Olimpiya Oyunlarına daxil edildiyi təqdirdə, qadınlar arasında atıcılıq yarışının oyunlar sırasına daxil edilməsi 1984-cü il Los Anceles Olimpiya Oyunlarına kimi uzadıldı.
Güllə atıcılığı yay Olimpiya oyunlarında
Güllə atıcılığı idmanı Olimpiya oyunlarında-Atıcılıq ilk dəfə Olimpiya Oyunları proqramına 1896-cı ildə daxil edilib. 1904-cü ildə Sent-Luisdə və 1928-ci ildə Amsterdamda keçirilmiş oyunlar istisna olmaqla atıcılığa bütün Olimpiya Oyunlarında yer verilib. Elektron hədəflər 1992-ci ildə Barselonada keçirilmiş oyunlarda sərrastlığın təkmilləşdirilməsi məqsədi ilə təqdim olunub. ==Faktlar və rəqəmlər== Kişilər arasında atıcılıq ilk dəfə 1896-cı ildə Afinada keçirilən müasir Olimpiya Oyunlarına daxil edildiyi təqdirdə, qadınlar arasında atıcılıq yarışının oyunlar sırasına daxil edilməsi 1984-cü il Los Anceles Olimpiya Oyunlarına kimi uzadıldı.
2016 Orlando gecə klubu gülləbaranı
Orlando gecə klubu gülləbaranı (ing. Orlando nightclub shooting, həmçinin Orlando gecə klubu qırğını (ing. Orlando nightclub massacre)) - ABŞ-nin Florida ştatındakı Orlando şəhərində "Pulse" gey gecə klubunda 12 iyun 2016-cı il radələrində səhərə yaxın baş vermiş gülləbaran hadisəsidir. Hadisə nəticəsində qatil də daxil olmaqla 51 nəfər ölmüş, 53 nəfərdən çox insan isə yaralanmışdır.Hadisə müasir ABŞ tarixində ən böyük gülləbaran, ABŞ tarixində LGBT fərdlərinə qarşı ən böyük cinayət, və 2001-ci ildə baş vermiş 11 sentyabr terror aktlarından sonra ABŞ-də ən çox insanın öldürüldüyü terror hadisəsidir. Hadisə rəsmən daxili terrorizm aktı və qatilin İraq Şam İslam Dövləti ilə əlaqəsi olmasını qeyd etdiyinə görə İslam terrorizmi kimi qiymətləndirilmişdir. == Hücum == Hadisə 12 iyun 2016-cı ildə ABŞ-nin Florida ştatındakı Orlando şəhərində “Pulse” adlı gey gecə klubunda baş vermişdir. Hücum baş verdiyi vaxt klubda hər həftə şənbə günü təşkil olunan yığıncaq təşkil olunmuşdu ki, bu yığıncağa da daha çox Latın Amerikan mənşəli müştərilər gəlirdilər. Təxminən 2:00 am radələrində klubda 320 nəfər olduğu vaxt Mətin atəş açmağa başlamışdı. O, AR-15-tipli tüfəng və tapança ilə silahlanmışdı. Orlando Polis Departamentinin gecə klubunda əlavə vaxtla çalışan polis zabiti Mətinə cavab atəşi açmışdı.
26 Bakı komissarının güllələndiyi yerə yürüş (film, 1933)
Aqtöbedə güllələnmələr (2016)
Aqtöbe güllələnmələri 2016-ci ilin iyunun 5-də və ondan sonra Qazaxıstanın həmin şəhərində bir nəçə gün ərzində baş vermiş güllələmələr seriyasından ibarət idi. == Şərait == Qazaxıstan üçün terrorçuluq və ekstremim nadir hadisə sayıla bilər, lakin 2011-ci ildə ölkədə ilk intiharçı terror aktı da elə həmin şəhərdə baş verib.Terrordan uzaq, sakit bir ölkə olmasına baxmayaraq, son vaxtlar Qazaxıstanın əsas ixrac məhsulu olan neftin ucuzlaşması ölkədəki sabitliyi zərbə altına qoyub. Sabitliyə xələl gətirən digər səbəblərdən biri də həmin ilin aprel və may aylarında baş verən etiraz aksiyaları olub. Bundan başqa, xarici vətəndaşlara Qazaxıstanda torpaq almağa imkan yaradan qanunvericiliyə edilən son dəyişiklik də etirazları qızışdırıb. == Hücumlar == === Pallada mağazasına hücum === Hücumçuların böyük qrupu Pallada mağazasına girib, satıcını ürək hissəsindən gülləyiblər. Lakin o, təcili çağırış düyməsini basmağa imkan tapıb. Həmin satıcı aldığı güllə yarasından sonradan həlak olmuşdu. Balıqçılıq bölməsinin satıcıları da güllələnib, yaralanıblar. Düymənin basılmasından dörd dəqiqə sonra gələn təhlükəsizlik şirkətinin iki işçisi də yaralanıblar. Onlardan biri yerindəcə həlak olub.
Atılmamış güllələr (film, 2008)
Atılmamış güllələr, və ya Çaxılmamış güllələr (erm. Չկրակված փամփուշտներ — Çkrakvats pampuştner) — ermənilərin Qarabağ müharibəsi haqqında çəkdiyi filmlərdən biri. == Məzmun == Hadisələr 1991–1994 illərin Qarabağ müharibəsi zamanı cərəyan edir. 23 yaşlı gənc şair, Ermənistanın Yazıçılar Birliyinin üzvü, Aqvan Minosyan evi tərk edib qardaşı Aşotun başçılıq elədiyi könüllü dəstəyə qoşulur. Döyüşlərin birində Aqvan ölümcül yaralanır və həlak olur. Filmin süjet xətti Aşotun == Film haqqında == Filmdə çox sayda sənədli kadrdan istifadə olunub. Film Ermənistanın hər il keçirtdiyi "Qızıl ərik" beynəlxalq kino festivalında nümayiş etdirilib.
Babi Yarda güllələnmiş uşaqlara həsr olunmuş abidə
Babi Yarda güllələnmiş uşaqlara həsr olunmuş abidə — Babi Yar qətliamında öldürülmüş uşaqlara qoyulmuş abidə. Abidə Ukraynanın Kiyev şəhəri ətrafında yerlşir. == Haqqında == Babi Yar qətliamı 1941-ci ildə Nasist Almaniyası tərəfindən Ukraynanın Kiyev şəhəri yaxınlığında etnik yəhudilərə qarşı baş verib. İki gün ərzində 33.771 etnik yəhudi nasistlər tərəfindən öldürülüb. Babi Yar qətliamı öldürülən insanların sayına görə Polşanın işğalı zamanı öldürülən 42-43 min nəfər və 1941-ci ildə törədilmiş Odessa qətliamından öldürülən 50 min nəfərdən say baxımından geri qalsa da, müharibə tarixində ən qısa vaxtda maksimal dərəcədə ən çox insanın öldürüldüyü cinayət kimi tarixə düşüb. Tədqiqatçıların hesablamalarına görə Babiy Yar qətliamında 150 minə yaxın yəhudi güllələnib, lakin bu saya 3 yaşa qədər öldürülmüş uşaqlar daxil deyil çünki onları saymırdılar. Uşaqları öldürəndə çox vaxt gülləyə qənaət etmək məqsədilə onları çox vaxt ya dəyənəklə vurub ya da torpağa basdırıb öldürürdülər. Abidə 30 sentyabr 2001-ci ildə qoyulub. Heykəltəraşı Valeri Medvedyev, memarı isə Yuriy Melniçukdur və R.Buxarenkodur. Abidə bürüncdəndir və mərmər postamentin üzərinə qoyulub.
Elcernon üçün güllər
Elcernon üçün gül (ing. Flowers for Algernon) — Daniel Kizin elmi fantastika janrında yazdığı hekayə. 1960-cı ildə "Ən yaxsı qısa elmi fantastik hekayə" nominasiyasında "Hyuqo" mukafatına layiq görülmüşdür. Sonradan Kiz hekayədəki süjetin əsasında eyniadlı roman yaratdı. Bu əsər 1966-cı ildə "Ən yaxsı roman" nominasiyasında "Nebula" mükafatına layiq görülmüşdür. == Süjet == Baş qəhrəman plastik qab istehsal edən müəssisədə döşəməsilən işləyən 37 yaşlı kəmağıl Çarli Qordondur (romanda Çarlinin 32 yaşı var və o, çörəkxanada süpürgəçi işləyir). Doktor Ştrauss və doktor Nemyur intellektin əməliyyat yolu ilə artırılması üzrə eksperiment keçirirlər. Əməliyyat Elcernon (ing. Algernon) adlı siçan üzərində uğurla keçiriləndən sonra alimlər eyni əməliyyatı insan üzərində aparmaq fikrinə düşür və yazıb-oxumağı öyrənmək arzusunda olan Çarli könüllü olaraq eksperimentə qoşulur. Əsər Çarlinin baş verənlər haqqında apardığı hesabatlar formasında yazılıb.
Gülləli bina
Gülləli bina - Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən qədim bina. Gülləli bina Taqanroq şəhəri Şmidt küçəsi, ev 19 ünvanında yerləşir. Binanın tikintisinə 1802-ci ildə başlanılmışdır. Tikinti işləri 1810-cu ildə bitmişdir. Bina İvan Andreyeviç Varvasinin hesabına inşa edilmişdir. Hazırda isə bina tamamən sökülmüşdür. == Tarixi == Taqanroq şəhəri Şmidt küçəsi 19 ünvanında 1810-cu ildə İvan Andreyeviç Varvasinin vəsaiti hesbına inşa edilmişdir. Açıqcalarda bina gülləli bina olaraq keçərlidir. Belə ki, binanın fasadında çoxlu sayda gilizlər vardır. Şəhər fransiz-ingilis qüvvələri tərəfindən atəşə tutularkən qalın binanın divarlarına çoxlu sayda güllə dəymişdir.
Güllələnmiş heykəllər (film, 2002)
== Məzmun == Film-tamaşada Güllələnmiş Heykəllər dilə gəlib danışır və fəryad edir. Şuşanın keçmişi və bugünü müqayisə edilir və nəticələr çıxarılır. Şuşa həsrəti güllələnmiş heykəlləri belə dirildir. Film-tamaşada "Şuşanın Dağları", "Xarı Bülbül" mahnılarından istifadə edilmişdir. == Filmin heyəti == Ssenari müəllifi: Hüseynbala Mirələmov Quruluşçu Rejissor: Nadir Diridağlı Quruluşçu Operator: Əlövsət Cəlilov Quruluşçu Rəssam: Rafael Əsədov Səs Rejissoru: Vaqif İmanquliyev Musiqi Tərtibatçısı: Teymur Abdullayev Montaj Rejissoru: Əhməd Məcidov Redaktor: Sadıq Elcanlı Operator Assistenti: Fuad Muxtarzadə Rejissor Assistenti: Qərənfil Cəlilova Qrim Ustası: Solmaz Hüseynova, Məqsud Məhərrəmov Geyim Ustası: Elmira Quliyeva Rekvizit: Dilarə Əzimova,Tərlan Qafarov Kompüter: Riyad Qasımov Videomühəndis: Elçin Manafov, Canpolad Abbasov Pirotexnik :Vaqif Qurbanov STS Qrupu: Ağazər Həşimov, Samir İzzətov, Soltan Əliyev(Soltan Oqtayoğlu kimi), Sənan Cəfərov, Mürsəl Zəkiyev, Təbiət Məmmədov İşıqçı: Həsən İsmayılov, İlham Axundov, Vova Kaleşnikov Dekorçu: Fərhad Mayılov, Əliağa Xəlilov, Eldar İmanov, Şamil İbrahimov, İsfəndiyar İsmayılov Quraşdırıcı: Ələkbər Rəsulov, Vüqar Əliyev, Ənvər Hüseynov, Mehdi Abdullayev, Ruslan Hüseynov, Cavid Əliyev (III), Elnur Quliyev, Nazim Qafarov Rəqs edir Xəzər universiteti nin oğlanlardan ibarət rəqs ansamblı Ansamblın Bədii Rəhbəri: Xanlar Bəşirov Quruluş Hissə Müdiri: İlyas İsmayılov Direktor: Mirzə Əliyev ROLLARDA: Əliabbas Qədirov — Üzeyir Hacıbəyov İlham Əsgərov — Bülbül Nurəddin Mehdixanlı — Vaqif Məleykə Əsədova — Natəvan Bəsti Cəfərova — Ağabəyim ağa Sevil Xəlilova — Gövhər ağa Abbas Qəhrəmanov — İbrahim xan Əli Nurzadə — Nəvvab Firəngiz Mütəllimova— Əli məşəlli qadın Sabir Məmmədov — Əli məşəlli kişi Həlimət Məmmədova Aygün Bayramova — Xanəndə Nəzakət Teymurova — Xanəndə Mənsum İbrahimov — Xanəndə Cabir Abdullayev Elçin Həşimov Elnur Əhmədov == Mənbə == Mükərrəmoğlu, M. “"Güllələnmiş heykəllər" film-tamaşasına ictimai baxış” //Xalq.- 2002.- 24 dekabr.
Güllələnmiş heykəllər (Şuşa)
Güllələnmiş heykəllər — Şuşa şəhərində yerləşən abidə. == Tarixi == 1982-ci ildə Heydər Əliyevin göstərişi ilə Şuşa şəhərində Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün heykəli ucaldıldı. 1992-ci il birinci Qarabağ müharibəsi zamanı heykəllər erməni vandalizmi nəticəsində zərər görmüşdür. Natəvanın baş barmağı yox idi, Üzeyir bəyin eynəyi sındırılmışdı, Bülbülün isə tunc alnı qabarmışdı. Ermənilər heykəlləri Ermənistana aparıb, orada əridib satmaq fikrində idilər. Lakin bundan xəbər tutan Polad Bülbüloğlu, Heydər Əliyevə müraciət etmişdir. Görülmüş tədbirlər nəticəsində, Heydər Əliyev tərəfindən 1993-cü ildə həmin heykəllər Bakıya gətirilib. 2000-ci ildən muzeyin kolleksiyasına daxil edilmişdir.2020-ci il ikinci Qarabağ müharibəsi zamanı, Azərbaycan Silahlı Qüvvələri noyabrın 8-i Şuşa şəhərini azad etmişdir. 2021-ci ildə İlham Əliyevin göstərişi ilə heykəllər İncəsənət muzeyindən götürülüb, yenidən Şuşa şəhərinə gətirilmişdir.
Güllələnmiş qərənfillər (film, 2012)
=== Film haqqında === Film 2013-cü ildə rus və ingilis dillərinə tərcümə olunmuşdur.
Güllələnmə təxirə salınır!... (film, 2002)
Güllələnmə təxirə salınır! — Rejissor Ələkbər Muradovun filmi. == Məzmun == Həyat onları özgə cür yaşamağa və tanımağa məcbur etmişdi. Zaman o kəslərin taleyinə biganə idi, cəmiyyət o adamlara inanmaq istəmirdi. Onlar isə çətin gündə insanların köməyinə çatmaq üçün qəribə bir yol seçmişdilər... 1941-1945-ci illər müharibəsindən sonra bir qrup gənc "varlıların" əllərindən artıq mal-dövlətlərini alıb kasıblara paylayır. Eyni zamanda onlar qadın və gəlinlərin, xüsusilə ərləri cəbhəyə getmiş ana və bacıların namusunu qoruyurlar... Hüquqi baxımdan bu cavanlara "oğru" damğası vurulsa da, camaatın əksəriyyəti onların bu hərəkətinə haqq qazandırır... Filmdə həmin gənclərin cinayət tərkibli xeyirxah əməllərindən söhbət açılır. == Film haqqında == Filmin çəkilişlərinə Əmircan kəndinin sakinləri köməklik göstərmişdir.
Güllər
Güllər küçəsi — Ağdam rayonunun Qaradağlı kəndinin ərazisində yerləşən küçə. == Tarixi == 2016-cı il aprelin 3-də axşam saatlarından və aprelin 5-də saat 12:00-dək Güllər küçəsi Dağlıq Qarabağda baş verən toqquşma zamanı ermənilər tərəfindən ağır artileriya silahları ilə atəşə tutub. Lakin, Azərbaycan Ordusu qarşı tərəfi ağır artileriya silahları ilə susdurub. 2016-cı il aprelin 27-də axşam saatlarında və aprelin 28-nə keçən gecə ərzində Güllər küçəsi yenə də ağır artileriya silahları ilə atəşə tutulub. Lakin, Azərbaycan Ordusu Dağlıq Qarabağda baş verən toqquşma zamanı qarşı tərəfi ağır artileriya silahları ilə susdurub. 2017-ci il fevralın 24-25-nə keçən gecə Ermənistan silahlı qüvvələri atəşkəsi pozması nəticəsində Güllər küçəsinə mərmi düşməsədə əhali təşvişə düşüb. Lakin, Azərbaycan silahlı qüvvələri qarşı keçirdiyi əməliyyat zamanı onların qarşısın alaraq atəş nöqtələrinə cavab tədbirləri görüblər. == İnfrastruktur == 2011-ci ilin oktyabrın 1-də Güllər küçəsinə ilk dəfə təbii qaz verilməsinə başlanılıb. 2012-ci ilin sentyabrın 1-də Güllər küçəsinə ilk dəfə telefon xətti çəkilib. 1984-cü ildə Güllər küçəsində uşaq bağcasının təməli qoyulub.
Güllər (1952)
Güllər (film, 1952)
Güllər Vadisi Milli Parkı
Güllər vadisi (ing. Valley of Flowers National Park) — Hindistannın milli parkıdır. Qərbi Himalay dağlarının yüksəklikərində yerləşmiş, qeyri-adi gözəlliyin rəngləriylə, çəmənləriylə məşhurdur. Himalay ayısı, qar bəbiri, boz ayı, mavi qoyunlar və s. daxil olmaqla bir çox nadir heyvanların yaşadığı yeridir. 1982-ci ildə Güllər vadisi milli park elan edilmiş və 2005-ci ildə "Nanda Devi Milli parkları və Güllər vadisi"(№ 335) obyektin tərkibində Ümumdünya mirasın irsi siyahısına daxil edilib. == Bitki aləmi == Parkın bitki aləmi Alp meşələrində bitən tozağacıları ilə həmçinin gözəl çiçəklənən ot bitkiləriylə (səhləblər, lalələr, primulalar, kalendulalar, qızçiçəyilər, anemonlar və başqaları) zəngindir.
Güllər vadisi
Güllər vadisi (ing. Valley of Flowers National Park) — Hindistannın milli parkıdır. Qərbi Himalay dağlarının yüksəklikərində yerləşmiş, qeyri-adi gözəlliyin rəngləriylə, çəmənləriylə məşhurdur. Himalay ayısı, qar bəbiri, boz ayı, mavi qoyunlar və s. daxil olmaqla bir çox nadir heyvanların yaşadığı yeridir. 1982-ci ildə Güllər vadisi milli park elan edilmiş və 2005-ci ildə "Nanda Devi Milli parkları və Güllər vadisi"(№ 335) obyektin tərkibində Ümumdünya mirasın irsi siyahısına daxil edilib. == Bitki aləmi == Parkın bitki aləmi Alp meşələrində bitən tozağacıları ilə həmçinin gözəl çiçəklənən ot bitkiləriylə (səhləblər, lalələr, primulalar, kalendulalar, qızçiçəyilər, anemonlar və başqaları) zəngindir.
Güllər və Adamlar (1975)
== Məzmun == Film Şüvəlandakı gülçülük sovxozunun işindən bəhs edir.
Güllər və adamlar (film, 1975)
== Məzmun == Film Şüvəlandakı gülçülük sovxozunun işindən bəhs edir.
Güllər və quşlar (İrəvani)
Güllər və quşlar — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm. Rəsm Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. == Təsviri == Bu rəsm-trafaret uzunsov kağız üzərində çəkilmişdir. Yarpaqlar və çiçəkli budaqların sallandığı vaza kənarlarını xatırladan kompozisiya vertikal şəkildə təşkil edilmişdir (fuksiya, lalə və itburnu çiçəklərindən). Qızılgül tumurcuqları kompozisiyaya tamlıq bəxş edir. Kompozisiyanın mərkəzində itburnu və süsən çiçəkləri arasında iki erkək qırqovul yerləşdirilib. İki erkək fazan isə qızılgüllərdən yuxarıda təsvir edilib. Quşların hərəkət və cins elementləri, süsənin rəng çaları, çəhrayı tumurcuqlar və onlara uyğun budaqların rəngləri düzgün verilib. == İstinadlar == == Ədəbiyyat == Миклашевская Н. М. Художники XIX в. Мирза Кадым Эривани и Мир Мохсун Навваб / Под ред.
Güllər Əfəndiyeva
Güllər Əfəndiyeva (1880, Çiçi, Quba qəzası – 15 iyul 1970, Quba) — Azərbaycan xalça ustası. == Həyatı == Pirəbədil kəndində yaşamış və işləmişdir. Onun "Herat-Pirəbədil" xalçası Fransada keçirilən tətbiqi sənət sərgisində (1980-ci illərin sonu) qızıl medala layiq görülmüşdür. "Pirəbədilburma", "Ağgülçiçi", "Xırdagülçiçi" çeşniləri, həmçinin kiçik ölçülü yəhərüzüləri koloriti ilə fərqlənir.

Digər lüğətlərdə

агрохими́ческий байда́рочник бе́дные ваучеродержа́тель дёрг кругообраще́ние крупча́тка ла́пание мо́рный океани́да изли́шне обезземе́леть про́мысл электродинами́ческий балга куурлю язно baby-snatching door-knocker fire-bridge Justina pine благонравие гонщик населять