güllələnmə

is. fusillade f ; ~yə məhkum edilmək être condammné à être fusillé, -e ~yə məhkum etmək condamner à être fusillé, -e

güllələmək
güllələnmək
OBASTAN VİKİ
Güllələnmə təxirə salınır!... (film, 2002)
Güllələnmə təxirə salınır! — Rejissor Ələkbər Muradovun filmi. == Məzmun == Həyat onları özgə cür yaşamağa və tanımağa məcbur etmişdi. Zaman o kəslərin taleyinə biganə idi, cəmiyyət o adamlara inanmaq istəmirdi. Onlar isə çətin gündə insanların köməyinə çatmaq üçün qəribə bir yol seçmişdilər... 1941-1945-ci illər müharibəsindən sonra bir qrup gənc "varlıların" əllərindən artıq mal-dövlətlərini alıb kasıblara paylayır. Eyni zamanda onlar qadın və gəlinlərin, xüsusilə ərləri cəbhəyə getmiş ana və bacıların namusunu qoruyurlar... Hüquqi baxımdan bu cavanlara "oğru" damğası vurulsa da, camaatın əksəriyyəti onların bu hərəkətinə haqq qazandırır... Filmdə həmin gənclərin cinayət tərkibli xeyirxah əməllərindən söhbət açılır. == Film haqqında == Filmin çəkilişlərinə Əmircan kəndinin sakinləri köməklik göstərmişdir.
Aqtöbedə güllələnmələr (2016)
Aqtöbe güllələnmələri 2016-ci ilin iyunun 5-də və ondan sonra Qazaxıstanın həmin şəhərində bir nəçə gün ərzində baş vermiş güllələmələr seriyasından ibarət idi. == Şərait == Qazaxıstan üçün terrorçuluq və ekstremim nadir hadisə sayıla bilər, lakin 2011-ci ildə ölkədə ilk intiharçı terror aktı da elə həmin şəhərdə baş verib.Terrordan uzaq, sakit bir ölkə olmasına baxmayaraq, son vaxtlar Qazaxıstanın əsas ixrac məhsulu olan neftin ucuzlaşması ölkədəki sabitliyi zərbə altına qoyub. Sabitliyə xələl gətirən digər səbəblərdən biri də həmin ilin aprel və may aylarında baş verən etiraz aksiyaları olub. Bundan başqa, xarici vətəndaşlara Qazaxıstanda torpaq almağa imkan yaradan qanunvericiliyə edilən son dəyişiklik də etirazları qızışdırıb. == Hücumlar == === Pallada mağazasına hücum === Hücumçuların böyük qrupu Pallada mağazasına girib, satıcını ürək hissəsindən gülləyiblər. Lakin o, təcili çağırış düyməsini basmağa imkan tapıb. Həmin satıcı aldığı güllə yarasından sonradan həlak olmuşdu. Balıqçılıq bölməsinin satıcıları da güllələnib, yaralanıblar. Düymənin basılmasından dörd dəqiqə sonra gələn təhlükəsizlik şirkətinin iki işçisi də yaralanıblar. Onlardan biri yerindəcə həlak olub.
Oryol güllələnməsi
Oryol güllələnməsi və ya Medvedev güllələnməsi — 11 sentyabr 1941-ci ildə XDİK əməkdaşları tərəfindən Oryol şəhərinin şimalında yerləşən Medvedev meşəsində, Oryol həbsxanasının siyasi məhbuslarının güllələnməsi. Güllələnmə zamanı İkinci (Valentin Arnold, Mixayıl Stroylov) və Üçüncü (Xristian Rakovski, Sergey Bessonov, Dmitri Pletnyov) Moskva proseslərinin iştirakçıları, Mariya Spiridonova, Pyotr Petrovski, Olqa Kamenyova, Varvara Yakovleva, alman riyaziyyatçı Frits Noser, Azərbaycan SSR Xalq Poçt-Teleqraf və Rabitə Yolları komissarı Cəmil bəy Vəzirov, azərbaycanlı şair, orta əsr əlyazmalarının kolleksiyaçısı Salman Mümtaz ilə birlikdə 157 nəfər dövlət və elm xadimi güllələnib. Güllələnmə SSRİ Xalq Daxili İşlər Komissarlığının xalq komissarı Lavrenti Beriya tərəfindən İosif Stalinin rəhbərlik etdiyi SSRİ Dövlət Müdafiə Komitəsi tərəfindən sanksiyalaşdırılıb. Güllələnənlər "məğlubiyyət təbliğatını aparmaqda, yeni təxribatları törətmək üçün qaçış planı hazırlamaqda" günahlandırılırdılar. 1980-ci illərin axırında Oryol ətrafında güllələnənlərin əksəriyyəti bəraət qazanırlar. 1990-cı ildə isə güllələnmiş 108 nəfərin ittihamı ləğv edilir. == Güllələnmə haqqında qərarın qəbul edilməsi == SSRİ Ali Sovetinin 22 iyun 1941-ci ildə verdiyi göstərişə əsasən SSRİ-nin qərb bölgələrində eləcə də Orlovsk bölgəsində hərbi vəziyyət elan edildi. X.Rakovskinin qohumu L.Tinevanın xatirələrinə əsasən "Almanlar Oryol şəhərinə yaxınlaşanda siyasi məhbusları yerində saxlayıb, bütün cinayətkarları daha uzaq düşərgələrə göndərdilər. 5 sentyabr 1941-ci ildə SSRİ Xalq Daxili İşlər Komissarlığının xalq komissarı Lavrenti Beriya və onun müavini Boqdan Kobulovun göstərişi ilə, I xüsusi bölmə SSRİ XDİK həbsxana rəhbərliyi ilə birgə, əksinqilabi cinayətdə günahlandırılan və Oryol həbsxanasında cəza çəkən 170 nəfərin siyahısını tərtib etdilər. I xüsusi bölmə rəisi L. Baştakovun və həbsxana rəhbəri M.Nikolskinin imzası ilə təsdiqlənmiş siyahıda məhbuslar haqqında qısa məlumatlar yer alıb.
Zar yolunda osetin qaçqınların güllələnməsi
Zar yolunda osetin qaçqınların güllələnməsi (gürc. ოსი ლტოლვილების ჩაცხრილვა ძარის გზაზე; rus. Расстрел осетинских беженцев на Зарской дороге) — Gürcüstanın Cənubi Osetiya bölgəsində, mərkəz Tsxinvali şəhərinin yaxınlığında yerləşən Zar kəndinin inzibati ərazisində gürcü hərbiçilər tərəfindən döyüş bölgəsindən çıxarılan etnik osetin qaçqınlara qarşı həyata keçirilmiş kütləvi silahlı hücum. Silahlı hücum qaçqınların daşındığı yük maşını və avtomobillərdən ibarət avtomobil karvanını hərəkət vəziyyətində olduğu zaman gülləbaran ediləməsi ilə gerçəkləşdirilmişdir. Tarix ədəbiyyatlarına Zar qətliamı və ya Zar yolunda faciə kimi keçmiş hadisə nəticəsində çoxu uşaq, qadın və yaşlılar olmaqla 36 nəfər öldürülmüşdür. == Hadisə == Hadisə 1992-ci ilin 20 may tarixində Cənubi Osetiya müharibəsindən qaçan etnik osetinlilərə məxsus avtomobil və yük maşını karvanlarının Zar kəndinin ərazisində keçən yolda atəşə tutulması ilə baş vermişdir. Zar kəndi tanınmamış Cənubi Osetiya Respublikasının paytaxtı Tsxinvali şəhərinin yaxınlığında yerləşməkdədir. Hadisənin baş verdiyi gün Zar kəndi gürcü qüvvəllərinin təmas xəttinə yaxın bölgədə yerləşirdi və qonşuluqda yerləşən Kekhvi və Kurt kəndləri gürcü döyüşlərin nəzarəti altında idi. Hadisə şahidlərinin ifadələrinə görə ilk atəş, heç bir dayan xəbərdarlığı olmadan avtomobil karvanının hərəkətdə olduğu zaman açılmışdı. Ölümcül yarası olan 11 yaşlı oğlannın cəsədi, hadisə yerindən 50 metr kənarda aşakarlanması osetin qaçqınlarınını gülləbarandan qaçmağa çalışdığını, ancaq gürcü silahlılar tərəfindən təqib edildiyini göstərmişdir.

Digər lüğətlərdə

алгори́фм виноградолече́ние деме́ственный кни́жница обсмако́вывать перегоро́дка самопи́сец умиротворе́ние экономи́стский повывёртывать расша́тывать ря́ха уклю́каться extender garrison high-wrought luna moth lyriform opening gun overflowing whereanent нагрузить надобность ослик прямокрылые